TÜRKSOYun Baş katibi İlham Əliyevi təbrik edib
Siyasət 24 Dek 2025 19:19:00 51 0
TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Bu xəbəri də oxu: Bakıda Din Xadimlərinin II Forumu keçirilir
Son.az xəbər verir ki, məktubda deyilir:
"Möhtərəm cənab Prezident.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un Baş Katibliyi adından Zati-alinizi doğum günü münasibətilə ən səmimi arzularımla təbrik edirəm. Bu əlamətdar günün Sizin üçün sağlamlıq, xoşbəxtlik və əmin-amanlıq dolu yeni bir ilin başlanğıcı olmasını arzu edirəm.
Həyatınızı Azərbaycan xalqına və Türk Dünyasının ortaq gələcəyinə həsr etdiyiniz bu şərəfli yolda ölkənizin rifahı, sabitliyi və inkişafı naminə nümayiş etdirdiyiniz qətiyyətli və uzaqgörən liderlik təkcə Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün mühüm qürur mənbəyidir.
Azərbaycan Respublikasının Türk mədəniyyətinin qorunması, inkişaf etdirilməsi və beynəlxalq miqyasda tanıdılması istiqamətindəki ardıcıl mövqeyi, eləcə də TÜRKSOY-a göstərdiyi dəyərli dəstək xalqlarımız tərəfindən daim böyük hörmət və təqdirlə qarşılanır.
Zati-alinizin Türk dünyasında birlik və həmrəyliyin möhkəmləndirilməsinə yönəlmiş strateji baxışı ortaq tarix, dil və mədəniyyət bağlarımızı daha da gücləndirir, dövlətlərimiz arasında qardaşlıq münasibətlərini möhkəm əsaslar üzərində gələcəyə aparır. Azərbaycanın beynəlxalq arenada artan nüfuzu, eləcə də regional və qlobal sülhə verdiyi töhfələr diqqətlə izlənilir və yüksək qiymətləndirilir.
Bu əlamətdar gün münasibətilə Zati-alinizə bir daha möhkəm cansağlığı, firavanlıq və davamlı uğurlar arzulayır, Azərbaycan Respublikasının və əziz Azərbaycan xalqının sülh, sabitlik və rifah şəraitində inkişafının davam etməsini Uca Allahdan diləyirəm.
Zati-aliləri, dərin hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Xalq artisti Röya Ayxan keçmiş həyat yoldaşı Anar Cəlilovla bağlı danı
Türkiyəli riyaziyyat müəlliminin Azərbaycan vətəndaşları ilə bağlı s
Türkiyənin reytinqli serialı "Kurtlar Vadisi" serialında Samuel V
Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Y
Romada nüfuzlu "Laurentum Awards"ın XXXIX təqdimetmə mərasimi ke
Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Respublikasının Pr
Aparıcı və aktyor İbrahim Səlim və sosial media fenomeni Ayşə Şeyma Ket
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə
Televiziya verilişlərindən birində gərgin və mübahisəli anlar yaşanıb.
Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik. Çün
Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın Xalq artisti Fidan Hacıyevanın
İşğal dövründə Ağdam demək olar ki, urbisidə məruz qalmışdır. Yəni
Bu gün Ağdam şəhərinin tarixində çox əlamətdar bir gündür, tarixi bir
Tanınmış xanəndə Elgiz Əliyev səmimi açıqlaması ilə diqqət mərkəzi
Ajda Pekkanın bacısı Semiramis Pekkan bir müddətdir mübarizə apardığı
