907ci düzəlişi tam ləğv etməyə yönəlmiş qanun layihəsi ABŞ Konqresinin saytında yerləşdirilib
Siyasət 27 Dek 2025 19:41:00 78 0
907-ci düzəlişi tam ləğv etməyə yönəlmiş qanun layihəsinin mətni ABŞ Konqresinin saytında yerləşdirilib.
Bu xəbəri də oxu: AZAL işi simptom kimi: Bastrıkinin açıqlaması niyə qərarın özündən daha təhlükəlidir?
Son.az APA-ya istinadən bildirir ki, qanun layihəsində deyilir ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən bəri Amerika Birləşmiş Ştatlarının və onun müttəfiqlərinin sadiq tərəfdaşı olaraq qalır, Azərbaycan müharibə dövründə də, sülh dövründə də mühüm əməkdaşlığı təmin edib.
Qanun layihəsində bildirilir ki, Azərbaycan Cənubi Qafqazda sülhü prioritet hesab etdiyini açıq şəkildə nümayiş etdirmişdir və elə bir sülh sazişi əldə edib ki, bu sazişdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikasının müvafiq sərhədləri və ərazi bütövlüyü qarşılıqlı şəkildə razılaşdırılıb.
Qanun layihəsinə əsasən, Azadlığa Dəstək Aktının 907-ci maddəsi ləğv edilir və qanundan həmin maddə ilə əlaqəli bənd çıxarılır.
Qeyd edək ki, bu ilin dekabr ayında ABŞ Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna 907-ci düzəlişi tam ləğv etməyə yönəlmiş qanun layihəsini təqdim edib.
Bu düzəliş ABŞ-ın Azərbaycana birbaşa hərbi və maliyyə yardımı göstərməsini məhdudlaşdırır.
Xatırladaq ki, bu ilin avqust ayında ABŞ Prezidenti tərəfindən "Azadlığa dəstək qanununa" 907-ci düzəlişin tətbiqinin müvəqqəti olaraq dayandırılması ilə bağlı sərəncam imzalanıb. 1992-ci ildə qəbul olunmuş bu düzəliş Azərbaycana ABŞ dövlət yardımının göstərilməsini qadağan edir.
Rəsmi Bakı Azərbaycanla-ABŞ arasında münasibətlərin inkişaf perspektivləri, Azərbaycanın geniş regionda artan rolu nəzərə alınaraq, ABŞ tərəfinin bu düzəlişin tamamilə ləğv edilməsi istiqamətində əməli addımlar atacağına ümidvar olduğunu bəyan edib. Son.az
Məşhur müğənni Valeriya Yana Çurikovaya müsahibəsində diqqət çəkən
"Avroviziya" təmsilçilərimizdən olan Safurə Əliyeva həyat yolda
Biləsuvar rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi b
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi
Aparıcı Elgiz Əkbər TikTok-da canlı yayıma girdiyi üçün tənqid edildiy
Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Milli Kitabxanası, F.Köç
Aparıcı Elşən Orucov saçlarını bənövşəyi rəngə boyayıb.
Biləsuvar rayonunda 51 yaşlı qadın iş yerində ölüb.
İmişlidə 56 yaşlı keçmiş məhkum dəm qazından boğularaq ölüb.
Tbilisi məhkəməsi Gürcüstanın keçmiş müdafiə naziri Baçane Axalayanı
Azərbaycanda bayram günləri yaxınlaşdıqca bazarlarda canlanma müşahidə
Türkiyənin tanınmış aktyoru Kenan İmirzalıoğlu yeddi il sonra yeni seria
Bakıda 4 nəfərin ölümü ilə nəticələnən "Location" klubdakı
