Keçmiş arvadı Ağadadaş Ağayevi məhkəməyə verdi: "Ağlıma gəlməzdi ki, qızımın atası..."
Şou-biznes 28 Dek 2025 13:36:00 67 0
Xalq artisti Ağadadaş Ağayevin keçmiş xanımı məhkəməyə üz tutub.
Bu xəbəri də oxu: Türk məşhurlar makiyajsız BELƏ GÖRÜNÜR
Son.az xəbər verir ki, Lalə Əliyeva sənətçi ilə boşandıqdan sonra 2018-ci ildə tərəflər arasında bağlanılan barışıq sazişinin etibarsız hesab edilməsini istəyib.
Əliyeva iddia ərizəsində qeyd edib ki, o, Ağadadaş Ağayevlə boşandıqdan sonra birgə nikah dövründə olan əmlakın bölünməsi ilə əlaqədar məhkəməyə müraciət edib. O, xalq artistinə qarşı iddia qaldıraraq, "Büsat" şadlıq sarayının, "Vüsal" kafesinin, eləcə də idman kompleksinin birgə nikah dövründə əldə olunduğundan bölünməsini məhkəmədən xahiş edib.
Tərəflər arasında 7 il öncə təsdiqlənən barışıq sazişinə əsasən Lalə Əliyeva Mərdəkanda yerləşən villadan, eyni zamanda digər əmlak hüquqlarından imtina edib, Ağadadaş Ağayev isə bankdan götürülən 86 716 ABŞ dollar və 14 299 manat kredit borclarını ödəməyi öz üzərinə götürüb. Sənətçi eyni zamanda Mərdəkandakı villada olan hüquqlarından imtina edəcəyini bildirib.
Lalə Əliyeva bildirib ki, dəyəri milyonlarla ölçülən Mərdəkandakı fərdi yaşayış evi uzun illər əvvəl qızlarına alınıb və qızlarının doğum günündə - 2003-cü il tarixdə hədiyyə olaraq evin təməli atılıb:
"2018-ci ildəki məhkəmə prosesində Ağadadaş Ağayev təklif etdi ki, kredit borcunu ödəsin və ev banka keçməsin. Dedi ki, onsuz da bu bağ evi qızlarımındır. Amma bildirdi ki, hansısa sənədləşmə və kredit işləri ilə əlaqədar onun adına olması lazımdır, yaxın gələcəkdə qızlarına bağışlayacağını, digər əmlakları isə bütün övladları arasında ədalətli şəkildə böləcəyini bildirdi. Mən də Ağadadaş Ağayevin vədlərinə inanaraq barışıq sazişini imzalamağa məcbur oldum".
Lalə Əliyevanın sözlərinə görə, o, barışıq sazişinə öz sərbəst iradəsinin əleyhinə olaraq birinci qrup əlil qızı, nəvələri və böyük bir ailə ilə evsiz-eşiksiz qalmamaq üçün, eyni zamanda qarşı tərəfin yalan vədlərinə aldanaraq imza atıb:
Sosial şəbəkədə yayılan video marağa səbəb olub.
Teleaparıcı Zaur Baxşəliyev hazırda yayılan epidemiya ilə bağlı narahat
Bakıda fəaliyyət göstərən restoranlardan birində müğənninin ifası zam
Rusiya Prezidenti Vladimir Putin Qazaxıstanın birinci Prezidenti Nursultan Naz
Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar
Rusiya qüvvələri Ukraynanın Donetsk vilayətində Mirnoqrad və Zaporojye vi
Türkiyədə məşhur şəxslər arasında narkotik vasitələrin istifadəsi v
Türkiyəin bir çox bölgəsinə təsir edən qar və çovğun nəqliyyatın h
Ölkəyə qanunsuz yollarla gətirilən külli miqdarda - 1 milyon 180 min ədə
