QeyriHökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyəti təkmilləşdirilir FƏRMAN
Siyasət 29 Dek 2025 15:13:00 73 0
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyəti təkmilləşdirilir.
Bu xəbəri də oxu: Xarici ölkələrdəki silahlı münaqişələrdə iştirak etmək ağır cinayətdir Baş Prokurorluq
Son.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, dövlət büdcəsindən maliyyələşdirilən və fəaliyyət istiqamətlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərə, habelə bələdiyyələrə qrant verə bilən qurumlar, həmçinin Azərbaycan Gənclər Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi qeyri-hökumət təşkilatlarının müsabiqə yolu ilə və müsabiqədənkənar yolla, dövlət sifarişləri və subsidiya daxil olmaqla bütün növ maliyyələşdirilməni "bir pəncərə" prinsipi əsasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birlikdə həyata keçirəcəklər.
Eyni zamanda fərmanla "Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi" informasiya sistemi yaradılır. Sistemin sahibi və operatoru funksiyalarını QHT-lərə Dövlət Dəstəyi Agentliyi həyata keçirəcək.
Nazirlər Kabineti qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini və sistemin əsasnaməsinin layihəsini altı ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.
Azərbaycanda gizir və miçmanlar üçün ehtiyatda olmağın yaş həddi artı
2012-ci ildə Lənkəranda itkin düşmüş qadının qətlə yetirildiyi müəy
Özbəkistanda məktəb direktorunun şagirdə məxsus mobil telefonla bağlı d
Azərbaycanda ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi
Dekabrın 28-də Zirə Mədəniyyət Mərkəzinin Eko-Park ərazisində yerləş
"İşsizlikdən Sığorta Fondunun 2026-cı il büdcəsi" haqqında qa
Dövlət icbari şəxsi sığortası ilə əhatə olunan şəxslər üçün adam
Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2026-cı il üçün yaşay
Azərbaycan Respublikasında istehsal olunan tütün məmulatları üzrə aksiz
Media subyektlərinin öz fəaliyyətlərindən əldə etdikləri gəlirlərin g
Pop ulduz Röya Ayxanın açıqlamaları sosial şəbəkələrdə geniş maraq d
Rüsumsuz ticarət mağazalarına satılan mallar ƏDV və aksizə sıfır dər
"Məşğulluq haqqında" Qanunda nəzərdə tutulmuş qeyri-formal mə
ƏDV-nin məqsədləri üçün məcburi qeydiyyat limiti nağdsız hesablaşmala
Azərbaycana idxal olunan mobil cihazlar aksizli malların siyahısına əlavə
