Tramp: "Prezident Ərdoğana hörmət edirəm, Netanyahu da hörmət edir"
Dünya 30 Dek 2025 01:18:00 62 0
ABŞ Prezidenti Donald Tramp, İsrail Baş naziri Binyamin Netanyahu ilə keçirdiyi 5-ci rəsmi görüşdən sonra mətbuata səmimi və strateji açıqlamalar verib. Görüşün əsas mövzularından biri Türkiyənin Qəzzadakı rolu və bölgədəki hərbi mövcudluğu olub.
Bu xəbəri də oxu: Falçının arxivdə gizlədilən proqnozu tapıldı 26 fevral, 2026cı ildə…
Son.az xəbər verir ki, jurnalistlərin "Türk əsgərlərinin Qəzzada yerləşdirilməsini gözləyirsinizmi?" sualına Tramp belə cavab verib:
"Prezident Ərdoğanla çox yaxşı münasibətim var və bu mövzunu müzakirə edəcəyik. Əgər uyğundursa, məncə, bu yaxşı bir şeydir. Türkiyə möhtəşəm bir ölkədir və Ərdoğan da mükəmməl bir liderdir."
Tramp Türkiyə lideri ilə olan dostluğunu və ona olan etimadını xüsusi vurğulayıb:
"Prezident Ərdoğan mənim çox yaxın dostumdur, ona hörmət edirəm, Netanyahu da ona hörmət edir."
"Mənim onunla (Ərdoğanla) başqalarının edə bilmədiyi işləri necə bacardığımı gördünüz. Sona qədər Ərdoğanlayam, tamamilə. Eyni zamanda sona qədər Netanyahuylayam. Heç bir problem olmayacaq."
Görüşdə Qəzza ilə bağlı bəzi fikir ayrılıqlarının olduğunu da gizlətməyən Tramp, Həmasa qarşı sərt mesajlar ünvanlayıb:
Silahsızlanma: "Həmasa silahsızlanmaq üçün çox qısa vaxt veriləcək. Əgər qəbul etməsələr, bunun bədəlini ödəyəcəklər."
Fikir ayrılığı: "Çox sayda nəticəyə vardıq, lakin Qəzza mövzusunda Netanyahu ilə baxış bucaqlarımız arasında kiçik bir fərqlilik var."
Bu görüş Trampın Ağ Evdəki ikinci dönəmində Netanyahu ilə keçirdiyi 5-ci zirvə görüşü kimi qeydə alınıb. Görüşün dekabrın əvvəlində baş tutan telefon danışığından sonra, İsrail tərəfinin təşəbbüsü ilə planlaşdırıldığı bildirilir. Lalə Qüdrətova Son.az
Xaricdə yeni həyat qurmaq arzusunda olanlar üçün gözlənilən siyahı aç
Meyxanaçı Orxan Lökbatanlı xanımına açdığı mağazadan danışıb.
Maye sabun şüşələrinin göz qırpımında boşaldığını hiss etmisinizmi
Adi toyuq yumurtası təkcə əlçatan zülal mənbəyi deyil, eyni zamanda sağ
"Mən xoşbəxt sənətkar deyiləm. Çünki o boyda səs hər yerdə eşid
Ermənistan hökuməti Qarabağdan köçən ermənilərin dövlət hesabına evl
Son.az 30 dekabr 2025-ci il üçün günün ulduz falını təqdim edir:
Mətbəxdə istifadə edilən elektrikli çaydan (kettle) zamanla içərisində
Dekabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyi
Azərbaycan Prezidenti İlham Əliyev sosial media hesablarında "Bakı Ağ
Əməkdar artist Fərqanə Qasımovanın qızı Mövlanənin toy tarixində dəy
1974-ci ildə vəfat etmiş Volf Messinq fevralın 26-dan bir gün əvvəl düny
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Elxan Oqta
İlin başa çatmasına 2 gün qalır. Abonentləri təbii olaraq qaz limitləri
