Yeni ilə həsr olunmuş inklüziv “Arzuların Rəngi” bayramı keçirilib
Kriminal 30 Dek 2025 14:54:00 63 0
Şərq Bazarında Psixoloji Mərkəz Soulmind tərəfindən təşkil olunan inklüziv Yeni il bayramı "Arzuların Rəngi" baş tutub. Əsas qonaqlar Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan Şəxslərin Peşə-Əmək Reabilitasiyası Mərkəzində müxtəlif peşələr öyrənən 30 istedadlı gənc olub, xəbər verir Trend Life.
Bu xəbəri də oxu: Azərbaycan Kino Akademiyasının “Qızıl Pəri” – 2025 kino və TV üzrə peşə mükafatlarının təqdimetmə mərasimi keçirilib
Psixoloji Mərkəz Soulmindin rəhbəri Nərmin Nağıyeva və mütəxəssislər qeyd ediblər ki, əsas məqsəd yalnız fiziki deyil, həm də əlilliyi olan şəxslərin mənəvi reabilitasiyasına dəstək olmaqdır. "Arzuların Rəngi" aksiyası gənclərə göstərib ki, onların xəyalları sərhəd tanımır və hər bir fərd cəmiyyətin dəyərli üzvüdür. Buna görə də bu görüş yalnız bayram tədbiri olmayıb, həm də gənclərin cəmiyyətdəki mövqeyini möhkəmləndirən mühüm addım olub və inklüzivliyin və həmrəyliyin gözəl nümunəsinə çevrilib.
Tədbirin maraqlı məqamlarından biri art-terapiya olub. Bu fəaliyyət gənclərin özünəinamını artırmaq, öz emosiyalarını və ümidlərini incəsənət vasitəsilə ifadə etməyə şərait yaratmaq məqsədi daşıyıb. Tələbələr rənglərin köməyi ilə daxili dünyalarını ağ kağıza köçürərək incəsənətin terapevtik və birləşdirici gücünü nümayiş etdiriblər. Hər bir iş iştirakçıların yaradıcılıq potensialını və arzularını əks etdirib.
Bayram müddətində iştirakçılar musiqi, səmimi söhbətlər və yaradıcılıq emalatxanaları ilə sevindirilib. Tədbirin sonunda hər bir iştirakçıya xüsusi Yeni il hədiyyələri təqdim olunub.
Bu təşəbbüs bir daha göstərdi ki, diqqət və qayğı ən güclü motivasiyadır. Qeyd olunub ki, bu cür sosial məsuliyyət layihələri gələcəkdə də davam etdiriləcək və mümkün qədər çox insanın həyatına "rəng qatmaq" məqsəd qoyulub.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az
"Elektroenergetika haqqında" və 2026-cı il 1 yanvar tarixindən qü
Aİ-92 markalı benzinin qiyməti 5 qəpik bahalaşıb.
Tehranda Milad əşyaları satan mağazalarda, xüsusilə "Santa Klaus"
"Bayram günlərində paytaxtdan bölgələrimizə üz tutan, tətil ərəf
Diasporla İş üzrə Dövlət Komitəsi İsveçrənin Malmö şəhərində vəf
Paytaxtın Qaradağ rayonunda oğurluq hadisələri baş verib.
İstanbulun Florya sahillərində Kiçikçəkməcə lövbər rayonunda müşahid
Son illərdə Azərbaycanda evlərdə, ofislərdə və ictimai obyektlərdə san
Hindistanın Dehli şəhəri yaxınlığında baş verən dəhşətli yol-nəqli
Vergi hesabatlarının və dövlət rüsumunun tutulması barədə hesabatların
"Rəngarəng" verilişində qonaq olan meyxanaçı Pərviz Bülbülə
"Kısmetse Olur" müsabiqə tipli verilişin iştirakçısı Rabia Kar
Bloger Pələng Kərimovun İrandan paylaşdığı bazar qiymətləri izləyicil
Bakıda taksi sürücüsü ilə xanım müştərisi arasında insident baş veri
