Cennifer gecə saatlarında əylənərkən "tutuldu" FOTO
Şou-biznes 25 Mar 2025 23:00:00 427 0
Hollivud aktrisası Cennifer Eniston keçmiş ərinin toyu elan olunduqdan bir neçə gün sonra çilili həmkarı Pedro Paskalla görüşərkən görüntülənib.
Bu xəbəri də oxu: “Çirkin öpülmədiyinə görə özünü namuslu sayıb”
Son.az bildirir ki, cütlük gecəni Qərbi Hollivudda keçirib.
Paparatsiyalar Eniston və 49 yaşlı Paskalın yerli restoranda üç saatlıq şam yeməyindən sonra "Sunset Tower" otelinin dayanacağında söhbət edərkən çəkməyə nail olublar.
Görüşdə Cennifer tünd göy cins şalvar, qara jilet və ağ köynək geyinib. Pedro isə mavi cins şalvar, qara köynək və qəhvəyi rəngli dəri gödəkçədə olub.
Aktyorların nahara ayrı-ayrılıqda gəldiyi və restoranı da eyni şəkildə tərk etdikləri məlum olub.
Sosial şəbəkələr dərhal cütlüyün mümkün romantikası haqqında danışmağa başlayıb.
Qeyd edək ki, Cennifer Eniston iki dəfə evlənib. İlk əri 5 il evli olduğu və Ancelina Coliyə ayrılan Bred Pitt olub. Bu ayrılığı çox ağır qəbul edən aktrisa cəmi 10 il sonra yenidən evlənib: onun seçdiyi aktyor Castin Teru olub. 2018-ci ildə cütlük ayrıldıqlarını elan ediblər. Və bu yaxınlarda məlum olub ki, aktyor yenidən - özündən 23 yaş kiçik aktrisa ilə evlənib. Şayiələrə görə, bu, Eniston üçün sürpriz olub. Pedro Paskal heç vaxt evlənməyib və övladı yoxdur. O şəxsi həyatını gizli saxlayır. /Olay.az
Rusiyanın öz hərbi üstünlüyünə artan inamı və nüvə müharibəsi risk
Azərbaycan mətbəxi zəngin və müxtəlif dadları ilə dünyada tanınır. B
İngiltərədəki fermalardan birində tapılan unikal toyuq yumurtası dünyan
Qırğızıstanın Rusiyadakı səfiri Kubanıçbek Bokontayevi ölkənin həm d
Çay uzun illərdir ki, insanlar tərəfindən sağlamlıq üçün faydalı içk
Martın 26-da paytaxtın 6-cı Keşlə küçəsində yerləşən dəmiryol keçi
"Meyxanaçı Namiq Qaraçuxurlunun vaxtında təklif etdiyi mahnını oxuma
Kreml Ər-Riyadda ABŞ ilə məsləhətləşmələrin yekunu ilə bağlı bəyan
Bakıda icra başçısı olmaq istəyən şəxs aldadılıb. O, əvvəlcə baş
Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlər G7 ölkələri
35 yaşlı aktyor Oleq Buqanov reanimasiyaya yerləşdirilib.
Papa Fransisk sətəlcəm səbəbiylə xəstəxanaya yerləşdirilərkən ciddi
Müğənni Nadir Qafarzadə ifaçı oğlu Əzizin toy tarixini açıqlayıb.
