Bir gündə ikinci məktəb zorakılığı: Şagird döyülərək xəstəxanalıq oldu
Digərləri 06 Fev 2026 15:40:00 232 0
Məktəbdə baş verən hadisələr bitmək bilmir. Növbəti belə insident Sumqayıt şəhərində yerləşən 33 nömrəli tam orta məktəbdə 7-ci sinif şagirdləri arasında baş verib. Mübahisə zamanı şagirdlərdən biri digərinə fiziki xəsarət yetirilib.
Son.az xəbər verir ki, məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən reaksiya bildirildi:
"Hadisə dərhal məktəb rəhbərliyi tərəfindən nəzarətə götürülüb. Xəsarət alan şagirdə yerində ilkin tibbi yardım göstərilib, dərhal təcili tibbi yardıma, hüquq-mühafizə orqanlarına və şagirdlərin valideynlərinə məlumat verilib. Məktəbli təcili tibbi yardım xidməti vasitəsilə tibb müəssisəsinə aparılıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Hər iki şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir".
Sumqayıt Tibb Mərkəzindən isə sorğumuza cavab olaraq bildirilib ki, dəqiqləşdirilməmiş kəllə-beyin travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib, hazırda həkim müşahidəsi altında müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
Qeyd edək ki, Sumqayıtda yerləşən 33 nömrəli tam orta məktəbdə sinif yoldaşı tərəfindən döyüldüyü iddia edilən 2012-ci il təvəllüdlü şagird qapalı kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
Asya Son.az
Azərbaycan Milli İncəsənət Muzeyinin 90 illiyinə həsr olunmuş tədbirlə
Ölkənin birinci bankı Kapital Bank və Milli Aviasiya Akademiyası arasında
Müğənni Kəmalə Günəşli qonaq olduğu televiziya proqramında ona zəng e
2026-cı ilin yanvar ayında yaşayış və qeyri-yaşayış sahələrinə gör
Bakıda yerləşən İdrak liseyində baş verən silahlı insident sadəcə kri
Dövlət Sərhəd Xidmətində (DSX) aparılan kadr islahatları çərçivəsi
"İdrak" liseyində baş vermiş insident ictimaiyyətin diqqət mərk
Pakistanın paytaxtı İslamabad şəhərindəki məsciddə güclü partlayış
Qarlı və buzlu hava şəraiti bir çox hallarda yol-nəqliyyat hadisələrinin
Fevralın 6-da Bakının Binəqədi rayonunda yerləşən özəl "İdrak&qu
Türkiyənin məşhur müğənnisi Tarkanın İstanbulda verdiyi 10 konsertlik s
Xalq artisti Brilliant Dadaşovanın Aisellə oxuduğu "Ayrı düşdük&quo
İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, sərnişin da
Məclisdə Röyanı görən Elgizin reaksiyası izləyiciləri güldürüb.
Ağdaş Rayon İcra Hakimiyyətində struktur islahatları və yeni kadr təyina
