Dünya şokdadır: Epşteynin kamerasından yeni görüntülər hər şeyi dəyişdirəcək


Dünya 08 Fev 2026 22:47:00 251 0

Dünya şokdadır: Epşteynin kamerasından yeni görüntülər hər şeyi dəyişdirəcək

ABŞ-da yetkinlik yaşına çatmayan qızları hədəf alan fahişəlik şəbəkəsi idarə etdiyi iddiası ilə mühakimə olunarkən həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynin intihar etdiyi gecə ilə bağlı yeni görüntülərdə "narıncı kostyumlu bir şəxsin" kamerasına doğru getdiyi görünür.

ABŞ-ın CBS kanalının ekspert rəyləri ilə dəstəklənən analitik xəbərinə görə, Ədliyyə Nazirliyinin Epşteynlə bağlı yayımladığı son sənədlər göstərir ki, əvvəlki rəsmi məlumatlardan fərqli olaraq, milyarder iş adamının intihar etdiyi iddia edilən gecə hadisə yerində narıncı kostyumlu başqa bir şəxs də olub.

Son.az Lent.az istinadla bildirir ki, xəbərdə deyilir: "Ədliyyə Nazirliyinin yeni dərc olunmuş ekspert rəyləri ilə dəstəklənən təhlilə əsasən, Ceffri Epşteynin ölüm gecəsindən təhlükəsizlik kamerası görüntülərini araşdıran müstəntiqlər 2019-cu il avqustun 9-da təxminən saat 22:39-da Epşteynin kamerasının yerləşdiyi təcrid olunmuş və bağlı mərtəbəyə doğru pilləkənlərlə qalxan narıncı rəngli bir cisim müşahidə ediblər".

Epşteynin saxlanıldığı Metropolitan həbsxanasından video görüntülərin təhlili əsasında Federal Təhqiqat Bürosunun açıqlamasını vurğulayan xəbərdə deyilirdi: "L mərtəbədəki pilləkənlərdə narıncı bir şey var. Ola bilsin ki, bu, həmin mərtəbəyə aparılan məhbusdur" ifadəsinin "əvvəllər bildirilməmiş" bir şeyə işarə etdiyini və Ədliyyə Nazirliyinin müfəttişlərinin hesabatı ilə ziddiyyət təşkil etdiyini vurğulayan xəbərdə qeyd olunur: "Yeni səs yazıları həmin axşam Epşteynin mərtəbəsinin yaxınlığındakı proseslərlə bağlı əlavə suallar doğurur".

Ədliyyə Nazirliyinin sənədlərində eyni saat və dəqiqədə çəkilmiş görüntülər araşdırılıb və sözügedən şəxsin narıncı "çarşaf və ya yataq dəsti" daşıyan "naməlum" həbsxana zabiti ola biləcəyi irəli sürülüb. Ədliyyə Nazirliyinin və FTB-nin hesabatlarının nəzərdən keçirilməsi göstərib ki, Epşteynin öldüyü gecə növbətçi olan zabitlər son görüntülərdə adı çəkilən narıncı kostyumlu şəxslə bağlı heç vaxt dindirilməyiblər.

Bundan əlavə, sənədlərdən həmçinin məlum olub ki, həmin gecə Epşteynin kamerasının yerləşdiyi mərtəbədə növbətçi olan qadın zabit Tova Noel 2019-cu ildə gecənin bir hissəsində binadakı məhbus sayının bir nəfər az olması ilə bağlı dindirilib.

Noel ifadəsində bildirib ki, həmin gecə binadakı məhbusların sayını saat 22:00 ilə 03:00 arasında 72 olaraq qeyd etməkdə "yəqin ki, səhvə yol verib", halbuki məhbusların sayı əslində 73 idi və rəqəmin dəyişdiyini xatırlamır.

FTB-nin keçmiş direktor müavini Dan Bonqino da ötən yay "Fox News"a müsahibəsində iddia edib ki, Epşteynin ölüm gecəsi eyni mərtəbədə mühafizəçidən başqa heç kim olmayıb və "görüntülər olduqca aydındır". Həmin gecəni çəkdiyi bilinən yeganə kamera Epşteynin kamerasına aparan pilləkənləri qismən örtmək üçün yerləşdirilib, digər bucaqdakı kamera isə çəkiliş aparmayıb.

Yetkinlik yaşına çatmayan qızları fahişəliyə cəlb etməkdə ittiham olunan Ceffri Epşteynin şübhəli şəraitdə öldüyü həbsxanadan yayımlanan son görüntülər, həmin gecə baş verənlər və Epşteynin ölüm səbəbi ilə bağlı şübhələri daha da artırıb. Epşteynin kiçik qardaşı Mark Epşteyn uzun müddətdir ki, qardaşının qətlə yetirildiyinə inanır.

Son.az

Dehliyə uçan təyyarə Bakıda məcburi eniş etdi like
  • 08 Fev 22:29  
Digərləri Dehliyə uçan təyyarə Bakıda məcburi eniş etdi

8 fevral tarixində "Virgin Atlantic" aviaşirkətinə məxsus hava g

arrow Ətraflı
Kadırovun oğlu üç həftədir yoxa çıxıb like
  • 08 Fev 22:08  
Digərləri Kadırovun oğlu üç həftədir yoxa çıxıb

Çeçenistan liderinin oğlu Adam Kadırov 16 yanvarda baş verən avtomobil qə

arrow Ətraflı
Avtomobilinizə əsla plastik şüşədə su qoymayın like
  • 08 Fev 22:00  
Digərləri Avtomobilinizə əsla plastik şüşədə su qoymayın

Maşında unudulan bir şüşə su sadəcə sağlamlığınız üçün təhlük

arrow Ətraflı
Daha bir ölkə uşaqlara sosial şəbəkələri qadağan etməyə hazırlaşır like
  • 08 Fev 21:25  
Dünya Daha bir ölkə uşaqlara sosial şəbəkələri qadağan etməyə hazırlaşır

Moldova 16 yaşdan kiçik uşaqlar üçün sosial medianın qadağan edilməsini

arrow Ətraflı
İnfarkt və insult riskini artıran məhsullar açıqlanıb like
  • 08 Fev 20:54  
Digərləri İnfarkt və insult riskini artıran məhsullar açıqlanıb

Həddin artıq emal olunmuş məhsullarla zəngin rasion ürək-damar xəstəlik

arrow Ətraflı
Xalq artistinin yeni görünüşü like
  • 08 Fev 20:40  
Şou-biznes Xalq artistinin yeni görünüşü

Xalq artisti Aygün Kazımova yeni görüntüləri ilə gündəmə gəlib. 

arrow Ətraflı
Türkiyədən toyuq məhsullarının ixracı dayandırılacaq like
  • 08 Fev 20:17  
Digərləri Türkiyədən toyuq məhsullarının ixracı dayandırılacaq

Türkiyədən toyuq məhsullarının ixracı sabahdan etibarən dayandırılacaq

arrow Ətraflı
Qubada səkkiz nəfər qonaqlıqda zəhərləndi like
  • 08 Fev 20:04  
Digərləri Qubada səkkiz nəfər qonaqlıqda zəhərləndi

Quba rayonunda səkkiz nəfər qidadan zəhərlənib.

arrow Ətraflı
Nə su, nə də soda: Türk qəhvəsinin yanına əslində bunu qoymaq lazımdır like
  • 08 Fev 20:00  
Digərləri Nə su, nə də soda: Türk qəhvəsinin yanına əslində bunu qoymaq lazımdır

Türk qəhvəsi içərkən yanında su verilməsi qədim bir ənənədir. Lakin

arrow Ətraflı
Britaniyadan Rusiyaya yeni qadağa like
  • 08 Fev 19:15  
Dünya Britaniyadan Rusiyaya yeni qadağa

Böyük Britaniya hökuməti 2026-cı ilin sonunda Rusiyanın mayeləşdirilmiş

arrow Ətraflı
Turşu yeyərkən iki dəfə düşünün: Faydalıdır, yoxsa zərərli? like
  • 08 Fev 19:00  
Digərləri Turşu yeyərkən iki dəfə düşünün: Faydalıdır, yoxsa zərərli?

Qış süfrələrinin əvəzolunmazı olan turşu, tərkibindəki probiotiklər

arrow Ətraflı
Ermənistan məhkəməsinin qərarı Azərbaycanın suverenliyinə qarşı yönəlib like
  • 08 Fev 18:55  
Siyasət Ermənistan məhkəməsinin qərarı Azərbaycanın suverenliyinə qarşı yönəlib

Qərbi Azərbaycan İcması ABŞ Prezidenti Donald Trampın iştirakı ilə 2025

arrow Ətraflı