"Sənin fağır bilib aldığın gəlin saman altından su yeridir"
Şou-biznes 09 Fev 2026 15:50:00 315 0
Şairə və xına məclislərinin təşkilatçısı Nazilə Səfərli qatıldığı "Tarixin bir günü" verilişinin canlı efirində səsləndirdiyi fikirlərlə gündəm olub.
Son.az xəbər verir ki, onun bəzi gəlinlərin davranışları ilə bağlı sərt və açıq ifadələri ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.
Nazilə Səfərli bildirib ki, uzun illər susqun, sakit görünən bəzi qızlar evləndikdən sonra tamamilə fərqli davranış sərgiləyirlər. Onun sözlərinə görə, "İllərlə ağzını açmayan qızlar qucağına bir oğlan alan kimi elə bil alçaq dağları yaradır, başımıza it oyunu açırlar". Səfərli bu fikirləri ilə bəzi gəlinlərin sonradan dəyişən davranışlarını tənqid edib.
O, qeyd edib ki, açıq sözlü insanlar ona görə daha yaxşıdır ki, özlərini əvvəldən tanıdırlar. Nazilə Səfərlinin fikrincə, bu cür insanlarla nə qədər yol gedə biləcəyini əvvəlcədən bilmək olur. O, bu mövqeyini konkret nümunə ilə də əsaslandırıb və Fərqanə Qasımovanın qızının toyda açıq sözlü davranışını dəstəklədiyini bildirib.
Nazilə Səfərli deyib ki, bu mövqeyinə görə onu şou nümayəndələri arasında qınayanlar da olub:
"Mən Fərqanə Qasımovanın qızının toyda açıq sözlü olmasının indi də tərəfdarıyam. Hətta buna görə məni şou nümayəndələri arasında qınayanlar da oldu ki, gəlin fağır olar. Birinə dedim ki, sənin fağır bilib aldığın gəlin saman altından su yeridir. Məni çox danışdırma".
Onun bu açıqlamaları efirdən sonra sosial şəbəkələrdə geniş müzakirə olunub və birmənalı qarşılanmayıb.
Musa Son.az
6 fevral tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniya
Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir
Müğənni Aysun İsmayılova canlı efirdə bir müddət öncə söylədiyi sö
Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Son.az &q
Bələdiyyələrin qanunsuz torpaq ayırmaları ilə bağlı qərarları ləğv
"Toydan 4 ay sonra satıcılığa başladım"
Bələdiyyələrlə əlaqədar cinayət işlərinin sayı açıqlanıb.
Cabbar Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiy
Bələdiyyə seçkiləri nəticəsində 682 bələdiyyə (3 bələdiyyə üzr
Paltarların ev şəraitində qurudulması otaqdakı rütubət səviyyəsini sü
Azərinşaatservis MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxs
Türkiyənin əhalisi əvvəlki illə müqayisədə 427.224 nəfər artaraq 86 m
