Nəcməddin Sadıkovun müavini olmuş generalleytenantdan xəbər var
Digərləri 09 Fev 2026 18:13:00 262 0
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin sabiq müavini-Əməliyyat Baş İdarəsinin rəisi olmuş general-leytenant Ayaz Həsənovla bağlı məhkəməyə müraciət olunub.
Son.az xəbər verir ki, onunla bağlı mülki iddia qaldırılıb. İddiaya Bakıda məhkəmələrin birində baxılacaq. İddia icraata götürülüb. Məhkəmənin hazırlıq iclası fevralın 13-nə təyin edilib.
Sabiq Baş Qərargah rəisinin müavini Ayaz Həsənovun ev alqı-satqısı ilə bağlı verdiyi sözə əməl etmədiyi iddia olunur. Belə ki, o, Novxanıda yerləşən bağ evini satarkən evi təmir edəcəyini desə də, verdiyi sözə əməl etməyib. Alıcı Ayaz Həsənova bununla bağlı bir neçə dəfə müraciət etsə də, müsbət cavab ala bilməyib. Ona görə də alqı-satqı müqaviləsinin ləğvi ilə bağlı məhkəməyə müraciət edilib. Hazırlıq iclasında general-leytenantın əmlaklarına həbs qoyulması ilə bağlı vəsatətin veriləcəyi gözlənilir.
Qeyd edək ki, general-leytenant Ayaz Həsənov 2017-2021-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini - Əməliyyat Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.
2021-ci il iyulun 23-də vəzifəsindən azad edilib.
O, Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı kimi tanınır. (APA) Son.az
Türkiyənin ən zəngin 10 məşhur qadını ilə bağlı maraqlı paylaşım d
ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Ermənistana səfər edib.
Siyəzən rayonu sakini olan Vətən müharibəsi qazisi Cəfərov İzzət Zau
Mədəniyyət Nazirliyinin musiqi və incəsənət sahəsinə aid islahatları
Prezident İlham Əliyevin yeni Sərəncamı ilə pensiyalar indeksləşdiril
Bəzi qidalar uşaqların beyin inkişafına mənfi təsir göstərə bilər.
Müğənni Şəbnəm Tovuzlu açıqlaması ilə diqqət çəkib.
Xəbər verdiyimiz kimi, Tahir Yaqub oğlu Budaqov Bakı şəhəri Nəsimi Rayo
Tahir Yaqub oğlu Budaqov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin ba
Azərbaycan Milli İncəsənət Muzeyində "Muzeydə musiqi" layihəsi
T.Y.Budaqovun Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sə
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bə
Müğənni Emrah sosial mediada övladları Elyesa və Eleysa haqqında yazılan
