Bakıda iş saatları dəyişə bilər 07:0015:00


Digərləri 10 Fev 2026 15:24:00 222 0

Bakıda iş saatları dəyişə bilər  07:0015:00

Tıxac problemi hələ də həllini tapmayan məsələlərdən biri olaraq qalır. Müxtəlif təkliflər səslənsə də, müəyyən addımlar atılsa da hələ ki, ciddi bir nəticə əldə olunmayıb. Tıxac problemindən danışarkən tez-tez səsləndirilən fikirlərdən biri də iş və dərs saatlarının dəyişdirilməsi ilə bağlıdır.

Dünyada nəqliyyat sıxlığını azaltmaq üçün ən ideal iş saatları aşağıdakı kimi müəyyən edilib:

07:00-15:00 (Erkən başlayanlar üçün)

08:00-16:00 (Standart iş vaxtı)

09:00-17:00 (Ənənəvi iş rejimi)

10:00-18:00 (Gec başlayanlar üçün).

Bəs, bu mexanizm ölkəmizdə də tətbiq oluna bilərmi?

Məsələ ilə bağlı Son.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, Azərbaycanda iş və dərs saatlarının dəyişdirilməsi ilə bağlı təşəbbüslər var, məsələ gündəmdə olub.Onun sözlərinə görə, bu istiqamətdə real nəticələr əldə olunmayıb. Hətta pandemiya dövründə müvafiq qərarlar verilsə də, onların icrasına ciddi şəkildə əməl olunmayıb.

Ekspert qeyd edib ki, hazırda "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nda bu məsələyə yenidən baxılması nəzərdə tutulur:

"İndiki halda dövlət proqramına baxsaq, orada da göstərilir ki, iş və dərs saatları məsələsinə bir daha baxılsın. Ümid edirik ki, bu dəfəki baxış real və müsbət nəticə verəcək".

Ekspert bildirib ki, Bakıda əsas tıxac səbəblərindən biri təhsil sistemi ilə bağlıdır. Onun sözlərinə görə, ali və orta məktəblər bağlı olduqda şəhərdə tıxacın nəzərəçarpacaq dərəcədə azalması bunu sübut edir:

"Bizdə dərs saatları biyabırçılıqdır. Sovet dövründən qalan bir ənənə üzrə formalaşıb. Səhər saat 8-də birinci sinif uşağını yuxulu halda məktəbə aparmaq məcburiyyətində qalırıq. Halbuki buna real ehtiyac yoxdur".

E.Muradlı qeyd edib ki, xüsusilə aşağı sinif şagirdləri tıxac problemini daha da kəskinləşdirir. İzah edib ki, 5-ci sinfə qədər olan uşaqlar əsasən valideynlərin şəxsi avtomobilləri ilə məktəbə aparılır:

"Yuxarı sinif şagirdləri artıq ictimai nəqliyyatdan və ya piyada hərəkətdən istifadə edir. Əsas problem məhz aşağı siniflərdədir və bu da məktəblərin qarşısında ciddi sıxlığa səbəb olur".

Ekspertin fikrincə, problemin həlli üçün dərs və iş saatlarının fərqli rejimə keçirilməsi mümkündür. O, xüsusilə sıx yaşayış məntəqələrində yerləşən məktəblərə fərdi yanaşmanın vacibliyini vurğulayıb:

"Elə bir qərar olmamalıdır ki, bir məktəbə görə bütün ölkə üzrə dərs saatları dəyişsin. Elm və Təhsil Nazirliyi ilə Dövlət Yol Polisi birgə işləyib, konkret tıxac yaradan məktəblər üzrə fərdi qərarlar verə bilər. Fərdi yanaşmalarla müəyyən qədər vəziyyətdən çıxmaq olar".

E.Muradlı əlavə edib ki, bu məsələdə əsaslı və elmi araşdırmalar aparılmadan nəticə əldə etmək mümkün deyil:

"Gözəyarı qiymətləndirmə çıxış yolu deyil. Heç olmasa test rejimində bəzi dəyişikliklər yoxlanılmalıdır. Biz bunu etməmişik, ona görə də vəziyyət dəyişmir. İş saatlarının dəyişdirilməsinə isə çox normal yanaşıram və düşünürəm ki, bu, Bakı şəhərində tıxac probleminin azalmasına müsbət təsir göstərə bilər".

Mina Mikayılova Son.az

Restoranı 6 nəfər yandırıb, 3ü tutulub  Adları məlum oldu like
  • 10 Fev 15:15  
Digərləri Restoranı 6 nəfər yandırıb, 3ü tutulub Adları məlum oldu

Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən "Şeyx Lo

arrow Ətraflı
Məşhur cərrahı öldürən həyat yoldaşı barəsində QƏRAR like
  • 10 Fev 15:12  
Digərləri Məşhur cərrahı öldürən həyat yoldaşı barəsində QƏRAR

Tanınmış plastik cərrah Türkan Gündüzü qətlə yetirməkdə təqsirlə

arrow Ətraflı
AZAL bayramlarla əlaqədar Naxçıvana səfərləri əvvəlcədən planlaşdırmağı tövsiyə edir like
  • 10 Fev 15:11  
Digərləri AZAL bayramlarla əlaqədar Naxçıvana səfərləri əvvəlcədən planlaşdırmağı tövsiyə edir

Novruz və Ramazan bayramları ərəfəsində, xüsusilə də bayram günlərind

arrow Ətraflı
"Rəqsanə bundan da pis günə qalsın" like
  • 10 Fev 15:10  
Şou-biznes "Rəqsanə bundan da pis günə qalsın"

Aparıcı və aktyor Sərxan Kərəmoğlu müğənni Rəqsanə İsmayılova ilə

arrow Ətraflı
AzMİ Çin Xalq Respublikasının Milli Metrologiya İnstitutu ilə Anlaşma Memorandumu imzalayıb like
  • 10 Fev 15:08  
Digərləri AzMİ Çin Xalq Respublikasının Milli Metrologiya İnstitutu ilə Anlaşma Memorandumu imzalayıb

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Baza

arrow Ətraflı
Ədliyyə müşaviri idarəyə rəis təyin edildi like
  • 10 Fev 15:02  
Digərləri Ədliyyə müşaviri idarəyə rəis təyin edildi

Kiçik ədliyyə müşaviri Ülvi Etibar oğlu Ələkbərli Gəncə şəhər İc

arrow Ətraflı
Əkiz övlad anası üçəm dünyaya gətirdi like
  • 10 Fev 14:52  
Digərləri Əkiz övlad anası üçəm dünyaya gətirdi

Lənkəran Rayon Mərkəzi Xəstəxanasında 1992-ci il təvəllüdlü hamilə

arrow Ətraflı
Xəstəxananın tibbi avdanlıqları yağış altında qalıb like
  • 10 Fev 14:47  
Digərləri Xəstəxananın tibbi avdanlıqları yağış altında qalıb

Nərimanov rayonunda yerləşən 5 nömrəli xəstəxananın Kardiologiya İnsti

arrow Ətraflı
"Xəyanət etməmişəm, anladım ki..." like
  • 10 Fev 14:40  
Şou-biznes "Xəyanət etməmişəm, anladım ki..."

Müğənni Günay İbrahimlinin doğum gününü qeyd edir. 

arrow Ətraflı
Artımlarla birgə fevralın pensiyaları bu tarixdə veriləcək  Dəqiq gün məlum oldu like
  • 10 Fev 14:30  
Digərləri Artımlarla birgə fevralın pensiyaları bu tarixdə veriləcək Dəqiq gün məlum oldu

Prezident İlham Əliyevin yeni Sərəncamı ilə pensiyalar indeksləşdirilər

arrow Ətraflı
"Avropa İttifaqı ölkələrinin hərbi büdcəsi illik 700 milyard avroya çatmalıdır" like
  • 10 Fev 14:25  
Dünya "Avropa İttifaqı ölkələrinin hərbi büdcəsi illik 700 milyard avroya çatmalıdır"

Avropa İttifaqına üzv ölkələrin ümumi hərbi büdcəsi 10 il ərzində il

arrow Ətraflı
Mətbuat Şurası mediaya müraciət etdi like
  • 10 Fev 14:19  
Digərləri Mətbuat Şurası mediaya müraciət etdi

"Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları"da media mat

arrow Ətraflı
Yeni təyin edilən sədr kimdir?  DOSYE like
  • 10 Fev 14:15  
Digərləri Yeni təyin edilən sədr kimdir? DOSYE

Xəbər verdiyimiz kimi, Azər İsmayıl oğlu Mursaqulov Dövlət Statistika Ko

arrow Ətraflı
Prezident İlham Əliyev Dövlət Statistika Komitəsinə yeni sədr təyin edib  Sərəncam like
  • 10 Fev 14:12  
Digərləri Prezident İlham Əliyev Dövlət Statistika Komitəsinə yeni sədr təyin edib Sərəncam

Azər İsmayıl oğlu Mursaqulov Dövlət Statistika Komitəsinin sədri təyin

arrow Ətraflı