Prezident tapşırıq verdi Hər bir dövlət qurumunda bu sahəyə bir müavin ayrılacaq


Siyasət 11 Fev 2026 18:29:00 230 0

Prezident tapşırıq verdi  Hər bir dövlət qurumunda bu sahəyə bir müavin ayrılacaq

Hər bir dövlət qurumunda, ilk növbədə, nazirliklərdə rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik üzrə bir müavin ayrılsın, ya yeni ştat vahidi yaradılsın, ya da bu sahə mövcud müavinlərin birinə tapşırılsın ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları, rəhbərliyi bilsinlər ki, onların təmasda olacaqları şəxslər kimdir və hər bir dövlət qurumunda bu sahə prioritet sayılmalıdır

Son.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə deyib.

Dövlət başçısı bildirib: 

"Bir neçə aparıcı şirkətlə danışıqlar aparılıb, ölkəmizin imkanları onlara təqdim edilib. Eyni zamanda, dünyanın böyük və deyə bilərəm ki, ən böyük maliyyə resurslarını idarə edən qlobal fondlarla bizim sıx əlaqələrimiz var. Azərbaycan Dövlət Neft Fondu uzun illərdir bu təsisatlarla əməkdaşlıq edir və o təsisatlar vasitəsilə Azərbaycanın valyuta ehtiyatlarının bir hissəsi idarə olunur. Biz artıq bu təsisatlara vəsait yatırırıq və onlarla bu yaxınlarda aparılmış danışıqlarda, eyni zamanda, bu qurumlardan Azərbaycana investisiyaların cəlb edilməsi məsələləri də qaldırılmışdır və müsbət cavab alınmışdır. Yəni indi konkret layihələr üzərində işləyirik və rəqəmsallaşma, süni intellekt sahələrində aparıcı şirkətlərin səhmlərinin bir hissəsi də dediyim ən böyük Amerika fondlarının sərəncamındadır. Bu, bizim böyük üstünlüyümüzdür. O cümlədən dünən bu binada Amerika Hökuməti ilə Azərbaycan Hökuməti arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası da bu üstünlüyü bizə təmin edir. Bu Xartiya tarixi bir sənəddir. Bu, artıq mətbuatda da dərc edilib, hər kəs görə bilər nədən ibarətdir, o cümlədən data mərkəzləri, rəqəmsallaşma, süni intellekt və bu sahədəki Amerika şirkətləri ilə sıx əlaqələrimiz. Yəni bu da bizim üstünlüyümüzdür. Eyni zamanda, bizim Avropa İttifaqına üzv 10 ölkə ilə strateji tərəfdaşlıq sənədləri var. Təbii ki, Avropa şirkətləri bu sahədə Amerika şirkətləri ilə rəqabət apara bilməzlər, onlardan bəlkə ən azı bir nəsil geridədirlər. Ancaq orada da müəyyən işlər görülür və o ölkələrin şirkətləri ilə də səmərəli əməkdaşlıq təmin edilməlidir. Keçən il isə Çin Xalq Respublikası ilə hərtərəfli Strateji Tərəfdaşlıq sənədi imzalamışıq. Yəni biz bu gün dünyada nadir ölkələrdənik ki, dünyanın aparıcı güc mərkəzləri ilə artıq imzalanmış strateji tərəfdaşlıq formatında çalışırıq. Yəni bu, bizim üstünlüyümüzdür. Dünyada bu qədər üstünlüyü olan ikinci ölkə tapıla bilər, çox axtarsan. Ona görə bundan istifadə etməmək tamamilə qəbuledilməzdir. Bütün bunları nəzərə alaraq, artıq bir müddət bu istiqamətdə işlərin vahid koordinasiyası ilə bağlı məsələlər müzakirə edilir, mənim göstərişimlə bu məsələlər ətrafında fikir mübadiləsi aparılır, bu gün isə mənim sədrliyimlə. Nəzərə alsaq ki, bu məsələ qeyd etdiyim kimi, prioritet təşkil edir, mənim sədrliyimlə bugünkü müşavirədə biz görüləcək işlərlə bağlı konkret fəaliyyət planının hazırlanmasına başlamalıyıq. Tezliklə onu başa çatdırmalıyıq və beləliklə, bu sahəyə daha güclü təkan verməliyik. Bu gün təqdimatda əsas məsələlər göstəriləcək. Ondan əvvəl bəzi fikir və tapşırıqlarımı diqqətinizə çatdırmaq istərdim. Birinci növbədə, bu sahədə dövlət qurumları arasında çox sıx koordinasiya aparılmalıdır. Burada dövlət qurumları arasında sıx təmaslar olmalıdır, pərakəndəliyə yol verilməməlidir və qısa müddət ərzində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi dövlət qurumları ilə birlikdə tədbirlər planı hazırlamalıdır və mənə təqdim edilməlidir. Bu məsələdə işlərin daha səmərəli təşkili üçün hesab edirəm ki, hər bir dövlət qurumunda, ilk növbədə, nazirliklərdə rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik üzrə bir müavin ayrılsın, ya yeni ştat vahidi yaradılsın, ya da bu sahə mövcud müavinlərin birinə tapşırılsın ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları, rəhbərliyi bilsinlər ki, onların təmasda olacaqları şəxslər kimdir və hər bir dövlət qurumunda bu sahə prioritet sayılmalıdır".

Prezident: Dünyada nadir ölkələrdənik ki, dünyanın aparıcı güc mərkəzləri ilə artıq imzalanmış strateji tərəfdaşlıq formatında çalışırıq like
  • 11 Fev 18:01  
Siyasət

Biz bu gün dünyada nadir ölkələrdənik ki, dünyanın aparıcı güc mərk

arrow Ətraflı
"Övladlarımı zorla əlimdən alıblar, uşaqlıqlarını GÖRƏ BİLMƏDİM" like
  • 11 Fev 17:45  
Şou-biznes "Övladlarımı zorla əlimdən alıblar, uşaqlıqlarını GÖRƏ BİLMƏDİM"

Müğənni Sabina Selcan şəxsi həyatı ilə bağlı təsirli açıqlamalar ve

arrow Ətraflı
Prezident İlham Əliyev: Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır like
  • 11 Fev 17:39  
Digərləri Prezident İlham Əliyev: Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır

Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır. Bu

arrow Ətraflı
"iPhone17"də daha bir problem üzə çıxdı like
  • 11 Fev 17:34  
Digərləri "iPhone17"də daha bir problem üzə çıxdı

İstifadəçilər bu dəfə də iPhone 17-də çat problemindən şikayətlənir

arrow Ətraflı
"Atlanaatlana oxuyur, biədəb görünür" like
  • 11 Fev 17:27  
Şou-biznes "Atlanaatlana oxuyur, biədəb görünür"

Əməkdar artist Ruhəngiz Musəvi "Öz aramızda" verilişində müas

arrow Ətraflı
Tanınmış aktyorun ölüm səbəbi bəlli oldu like
  • 11 Fev 17:20  
Şou-biznes Tanınmış aktyorun ölüm səbəbi bəlli oldu

Xəbər verdiyimiz kimi, məşhur aktyor Kanbolat Görkem Arslan ötən gecə ev

arrow Ətraflı
İmtahanda kömək vəd edən "sehrli qələmlər" satılır – Həqiqət yoxsa reklam? like
  • 11 Fev 16:55  
Digərləri İmtahanda kömək vəd edən "sehrli qələmlər" satılır – Həqiqət yoxsa reklam?

Həm məktəblərdə, həm də universitetlərdə istifadə olunan "köç

arrow Ətraflı
İmişlidə iki avtomobil toqquşdu – Xəsarət alanlar var like
  • 11 Fev 16:43  
Digərləri İmişlidə iki avtomobil toqquşdu – Xəsarət alanlar var

İmişli rayonunda minik avtomobillərinin toqquşması ilə nəticələnən yol

arrow Ətraflı
Vətəndaşlara milyonluq dələduzluqda ittiham olunan şəxsin məhkəməsi like
  • 11 Fev 16:35  
Digərləri Vətəndaşlara milyonluq dələduzluqda ittiham olunan şəxsin məhkəməsi

Bakıda vətəndaşlara qarşı milyonlarla manatlıq dələduzluq etməkdə tə

arrow Ətraflı
Heydər Əliyev Mərkəzi ABŞ bayrağı ilə işıqlandırıldı like
  • 11 Fev 16:29  
Siyasət Heydər Əliyev Mərkəzi ABŞ bayrağı ilə işıqlandırıldı

Ötən gecə Heydər Əliyev Mərkəzi ABŞ bayrağı ilə işıqlandırılıb.

arrow Ətraflı
Nəsimi Nəbizadə reabilitasiya mərkəzi açır like
  • 11 Fev 16:21  
Digərləri Nəsimi Nəbizadə reabilitasiya mərkəzi açır

Əməkdar jurnalist, tanınmış keçmiş aparıcı Nəsimi Nəbizadə reabilita

arrow Ətraflı