"Sibel can oynayanda bəyənirsiniz, mənə isə əri hara baxır?"
Şou-biznes 16 Fev 2026 18:15:00 242 0
Müğənni Qumral "Tarixin bir günü" canlı efirində səsləndirdiyi fikirlərlə diqqət çəkib.
Son.az xəbər verir ki, o, həm rəqsi, həm də səhnə performansı ilə bağlı ünvanına deyilən tənqidlərə cavab verib.
Qumral bildirib ki, səhnə sənətçidən enerji və performans tələb edir:
"Musiqi ilə qidalanıram, rəqsə getmişəm. Sibel Can oynayanda bəyənirsiniz, mən oynayanda yox? Deyirlər ki, 'ərin hara baxır, sən rəqs edirsən?' Oxuduğum ifalarla performans göstərirəm. Səhnə bunu tələb edir", - deyə o vurğulayıb.
Müğənni qeyd edib ki, istər səhnədə rəqs edən, istərsə də sakit dayanan sənətçilər tənqiddən qaça bilmir:
"Oynayanı da qınayırsınız, səhnədə tərpənməyəni də. Özündən razı olub mühafizəçi ilə gəzənlərə daha çox hörmət edirlər. Mən ucuz maşınla gəlsəm, yenə tənqid olunacağam. Heç vaxt 'mənəm-mənəm' deməmişəm. Mənim kimi qızı-gəlini günorta vaxtı əlinizdə lampa ilə tapa bilməzsiniz. Amma bəziləri 100 manatlıq efirə çıxıb söz sahibi olurlar, kimisə bəyənmirlər".
Mehriban Əliyeva növbəti beş il müddətinə yenidən Azərbaycan Gimnastika
Yeni həftə astroloji baxımdan hərəkətli və dəyişikliklərlə zəngin g
Cənubi Afrikada ölkə miqyasında dabaq xəstəliyi epidemiyası səbəbilə f
Azərbaycanda fevralın 24-də ilin ilk çərşənbəsi- Su çərşənbəsi qeyd
Bakıda fəaliyyət göstərən qadın taksi sürücüsünün sosial şəbəkəd
"Müşahidə Şurasının qəbul etdiyi qərara hörmətlə yanaşıram&quo
Şairə və xına məclislərinin təşkilatçısı Nazilə Səfərli efirdə s
Serbiya qırıcıları Prezident İlham Əliyevin təyyarəsini müşayiət edib
Fevralın 15-də "Telegram" mesajlaşma tətbiqinin administratorları
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyevə ağır itki üz v
Fevralın 13-dən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonund
Mingəçevir sakininə xəsarət yetirən şəxs tutulub.
Bu, ləyaqət, zadəganlıq və ali missiyanın rəmzi olan kral bənövşəyi
Zonquldakın Kilimli rayonundakı Gelik mədənində çökmə baş verib.
Müğənni Xatun Əliyeva canlı efirdə küsülü olduğu şairə Nazilə Səf
