Prezident Xalq artisti Şəfiqə Məmmədovanı 80 illik yubileyi münasibətilə təbrik edib
Siyasət 29 Mar 2025 11:19:00 478 0
Azərbaycan Prezidenti İlham Əliyev Xalq artisti Şəfiqə Məmmədovaya təbrik məktubu göndərib.
Bu xəbəri də oxu: Paşinyan Azərbaycana bu marşrutu təklif etdi
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Hörmətli Şəfiqə xanım!
Sizi - teatr və kino sənətimizin görkəmli nümayəndəsini 80 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Siz Azərbaycan mədəniyyətinin inkişafına dəyərli töhfələr vermiş sənətkarsınız. Özünəməxsus ifa tərzinizə sadiq qalmaqla mənəvi aləminə ustalıqla nüfuz edərək yaratdığınız dolğun, dramatik obrazlar hər zaman həyatiliyi ilə seçilmiş və yaddaşlarda silinməz iz qoymuşdur. Milli Dram Teatrının səhnəsində canlandırdığınız müxtəlif xarakterlər və kinematoqrafiyamızın qızıl fondunda fəxri yer tutan filmlərdə uğurlu ekran həyatı verdiyiniz qəhrəmanlar Sizə geniş şöhrət qazandırmışdır.
Aktyorluq sənətinin sirlərinə gənclərin yiyələnmələri üçün mahir pedaqoq olaraq böyük əmək sərf etmisiniz. Ölkəmizin mədəni-ictimai həyatında fəal iştirakınız vətəndaş mövqeyinizin bütövlüyünün bir təzahürüdür.
Yaradıcı şəxsiyyət kimi səmərəli fəaliyyətiniz daim yüksək qiymətləndirilmiş və dəfələrlə təltiflərə layiq görülmüşdür.
Sizə bu əlamətdar gündə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı və nailiyyətlər arzulayıram".
Baş Dövlət Yol Polisi İdarəsinin səfərdən dönən yol hərəkəti iştir
HƏMAS Qəzza zolağında Ramazan bayramı müddətində atəşkəs üçün bir
Hologic "Qadın Sağlamlığı İndeksi"ni dərc edib.
Qaqauziyada əvvəldən də problemlər var idi. Son dönəmlər rəsmi Moskvan
Amerikalı milyarder İlon Maskın "SpaceX" şirkətinə məxsus "
Kreml genişmiqyaslı münaqişə üçün fəal şəkildə qüvvələr toplayır
Amerikalı biznesmen, ABŞ Prezidenti Donald Trampın baş müşaviri İlon Mask
Dumanla bağlı yollarda görünüş məsafəsi məhdudlaşacaq.
Tarixdə elə anlar olur ki, zəiflik cəsarət kimi təqdim olunur, çaşqınl
ABŞ-da sərnişin təyyarəsi və Hərbi Hava Qüvvələrinin təyyarəsi havad
Bloqer Cavid Nəsrullah "Bakı Metroliteni" QSC-də yeni vəzifəyə t
"Vaşinqton tezliklə dərman preparatları üçün gömrük rüsumlarını
İkinci Qarabağ müharibəsindən və Azərbaycanın Qarabağ üzərində tam s
Ötən il xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmə
Ən yaxşı avtomobillər mövzusu, çox zaman şəxsi zövqə, ehtiyaclara və
