Martda 17 gün iş olmayacaq Maaş belə hesablanacaq
Digərləri 20 Fev 2026 19:30:00 204 0
Qarşıdan gələn 17 günlük qeyri-iş günləri dövrü işçilərin hüquqları və əməkhaqqının hesablanması məsələsini gündəmə gətirib. Bu müddətdə işə cəlb olunan əməkdaşların ödənişi və ikiqat əmək haqqı prinsipi cəmiyyətin diqqət mərkəzindədir. Eyni zamanda əlavə istirahət günlərinin verilməsi mexanizmləri də qanunvericiliklə tənzimlənir.
Son.az xəbər verir ki, iqtisadçı Asif İbrahimov Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanın yeni dəyişiklik edilmiş Əmək Məcəlləsi həm daxildə, həm də dünyada əmək münasibətlərini tənzimləyən sənədlər arasında ən çox dəyişikliklərə məruz qalan sənədlərdəndir.
O, qeyd edib ki, yeni Məcəllədə beynəlxalq sosial məsuliyyət standartları, müasir trendlər və digər vacib məsələlər nəzərə alınıb:
"Qeyri-iş günlərində işləyən işçilərin əmək ödənişi bir günlük iş üçün ikiqat nəzərdə tutulur. Bu ödəniş istirahət, bayram və matəm günləri üçün minimum səviyyədir. İşçi istəsə, başqa gün əlavə istirahət günü götürə bilər. Xüsusilə xidmət sahələrində vətəndaşlara fasiləsiz xidmət təmin edilməlidir və həmin əməkdaşların ödənişi də ikiqat həyata keçirilir. İşə cəlb olunan personalın razılığı mütləq alınmalı, sonra müvafiq rəsmiləşdirmə işləri aparılmalıdır".
Əgər bayram günü işə çağırılırsınızsa, həmin günün pulu sizə adi gündəkindən iki dəfə çox ödənilməlidir. Məsələn, gündəlik qazancınız 30 manatdırsa, bayramda işlədiyiniz hər gün üçün 60 manat almalısınız. Əgər əlavə ödəniş istəmirsinizsə, bunun əvəzinə rəhbərlikdən başqa bir iş günündə istirahət tələb edə bilərsiniz.
Həmçinin işəgötürən sizi məcburi şəkildə işlədə bilməz. Bunun üçün mütləq sizin razılığınız olmalı və rəsmi əmr verilməlidir. Bu qaydalar işçilərin həm əməkhaqqının düzgün hesablanmasını təmin edir, həm də onların hüquqlarının qorunmasına xidmət edir. Uzunmüddətli tətil dövründə xidmət və istehsalat sahələrində çalışanların bu hüquqlarını bilməsi vacibdir.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, Novruz və Ramazan bayramlarının üst-üstə düşməsi, həmçinin istirahət günlərinin yerdəyişməsi nəticəsində martın 20-dən 30-na qədər ardıcıl 11 gün iş olmayacaq. Bundan əlavə, 8 Mart Beynəlxalq Qadınlar Günü bazar gününə təsadüf etdiyi üçün 9 mart tarixi də istirahət günü hesab ediləcək. Beləliklə, vətəndaşlar mart ayında bayramlar və şənbə-bazar günləri də daxil olmaqla ümumilikdə 17 gün istirahət edəcəklər.
Türkiyənin Kahramanmaraş vilayətində 42 yaşlı Hayri Kul diş ağrısını
Xəbər verdiyimiz kimi, Xalq artisti Fatma Mahmudova qızı Nigar Tofiqızı il
Əfqanıstanın Hindukuş dağlarında 5.5 bal gücündə zəlzələ olub.
Dövlət Statistika Komitəsinin (DSK) Bakı Şəhər Statistika İdarəsinə ye
Fevralın 25-i saat 15:00-dan etibarən 2025-2026-ci tədris ilinin ikinci yarı
Qırmızı ət seçimində ən sağlam variant kimi keçi əti ön plana çıxı
Narkotik istintaqı çərçivəsində saxlanılan müğənni Murat Dalkılıçı
Ötən il "Özbəkistanın Mədəniyyət Səfiri" medalı ilə təltif
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnst
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinə yeni rəi
19 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab
Bahalı hədiyyələr edir - Maşını ‘Range Rover’dir
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının tabeliyində "M
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Medianın İnkişaf
