Ermənistandan Rusiya ilə bağlı U dönüşü Paşinyan gizli tapşırıq verdi
Dünya 04 Mar 2025 10:26:00 145 0
Ermənistan xarici siyasət kursunu yenidən Rusiyaya doğru dəyişir.
Bu xəbəri də oxu: “Titanik”dən sağ çıxanın məktubu hərracda 400 min dollara satıldı
Son.az publika.az-a istinadən xəbər verir ki, rəsmi İrəvan Avropa İttifaqına üzvlük məsələsini təxirə salıb.
"Hraparak" nəşri yazır ki, Ermənistan parlamentinin dünən Avropa İttifaqına daxil olmaq prosesinin başlanması haqqında qanun layihəsinin ikinci oxunuşda qəbulunu 2 ay müddətinə uzadıb: "Layihənin ümumiyyətlə təxirə salındığı haqda da məlumatlar var. Parlamentin Avropaya inteqrasiya komitəsi hökumətin təkliflərini qapalı formatda müzakirə etmək qərar verib, sonra yarım saatlıq fasilə elan edilib, lakin fasilə iki saata yaxın davam edib. Bundan sonra komitənin sədri Arman Yeqoyan bildirib ki, müzakirələr uzandığı üçün layihəni saat 12:00-a qədər qəbul edə bilməyiblər. Buna görə növbəti gündəliyə daxil edilməyib. Yəni qanun layihəsi bu gün başlayan dördgünlük iclasın gündəliyinə salınmayıb".
Yeqoyan bildirib ki, məsələ texniki səbəbdən qaynaqlanır: "Bu layihə martın 4-də yox, martın 25-də başlayacaq növbəti dördgünlük sessiyada parlamentin plenar iclasında səs qoyulacaq".
Nəşr hökumətdəki mənbələrinə istinadən yazır ki, əsas səbəb Rusiyanın mövqelərinin gücləndiyi vaxtda Ermənistanın Qərbə tələsik yaxınlaşmaq siyasətinin təxirə salınmasıdır.
"Artıq bir neçə gündür Xarici İşlər Nazirliyinə rusiyalı həmkarları ilə paralel əlaqələri və əməkdaşlığı bərpa etmək tapşırılıb. Təbii ki, bir müddət rusofobik hisləri şifahi səviyyədə saxlayacaqlar, lakin reallıqda fərqli hərəkət edəcəklər. Parlamentin spikeri Alen Simonyanın MDB Parlamentlərarası Assambleyasının II Dünya müharibəsində qələbənin 80-ci ildönümünə həsr olunmuş iclasında iştirakı da təsdiqlənib", - nəşr qeyd edir.
Milli Məclisinin martın 7-də keçiriləcək növbəti plenar iclasının gün

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrin

Ötən gün Mingəçevirdə dəm qazından zəhərlənərək vəfat edən Gülna

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əm

Qərb Rusiya Prezidenti Vladimir Putini dayandıra bilər və bunun üçün xüs

Bu həftə bəzi bürclər üçün əsl sınaq ola bilər.

Sülh üçün səyləri təqdir etmək tam mənzərəni kölgədə qoymamalıdı

"O ses Türkiye"nin növbəti bölümündə iştirakçılardan biri Az

Bu ilin martın 1-dən Azərbaycanda Ramazan ayı başlayıb. Oruc tutmaq insan

Əməkdar artist Rəşad İlyasov qızı Leyla ilə bağlı paylaşım edib.

Türkiyənin Antalya vilayətində qəfil yağan güclü yağış əsnasında ya

Qlobal qərar qəbuletmə mexanizmlərinin dəyişən qlobal şəraitə uyğunla

O, peşəkar aktyor, illüziyaçıdır. Səhnədəki hər hərəkəti, etdiyi h

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Böyük Britaniyadakı səfiri
