Efirdə məşhur aparıcıya "Ərdoğan ZARAFATI"
Digərləri 23 Fev 2026 14:15:00 228 0
Türkiyənin Beyaz TV kanalında yayımlanan "Sakın Kaçırma" proqramında həm tamaşaçıları, həm də studiyadakı aparıcıları təəccübləndirən anlar yaşanıb.
Son.az xəbər verir ki, canlı yayım zamanı rejidən "Cümhurbaşkanı yayına qoşulacaq" xəbərdarlığı gəlib. Bundan sonra aparıcı Erhan Çelik "Cənab Prezidentimiz xəttdədir" ifadəsi ilə anons edib. Bu sözlər studiyada qısa müddətli gərginlik və həyəcan yaradıb.
Telefonun digər ucundakı şəxs əvvəlcə tamaşaçıları salamlayıb, Ramazan ayının xeyirli və bərəkətli olmasını arzulayıb. Daha sonra "Erhan, necə gedir?" sualını ünvanlayıb. Erhan Çelik əvvəlcə çaşqınlıq yaşasa da, "Sağ olun, efendim. Yenidən ekranlardayam" cavabını verib.
Ardınca aparıcı Evrim Kekliklerə müraciət edilib və onun geyimi ilə bağlı zarafat edilib: "Evrim xanım, sizi hazırda ekrandan izləyirəm. Qara geyinmisiniz, Ramazanı bir az daha rəngli qarşılamaq yaxşı olar". Bu sözlər aparıcının üzündə gərginlik yaradıb. O isə "Haqlısınız, daha diqqətli olacağam" deyə cavab verib.
Bir müddət sonra isə həqiqət üzə çıxıb. Məlum olub ki, xəttdə olan şəxs Türkiyə Prezidenti Recep Tayyip Erdoğan deyil, onun səsini və danışıq tərzini təqlid etməklə tanınan Muhammed Nur Nahya imiş. Sürprizin arxasında isə Erhan Çelikin olduğu bildirilib.
Bakının Xətai rayonu, "NZS" qəsəbəsi, Corat küçəsində su bo
Xəbər verdiyimiz kimi, müğənni Səidə Sultan ilə aparıcı Tarix Əliyev
General-leytenant Orucəli Hacıyev və general-leytenant Etibar Mirzəyev fövq
Bakıda qardaşı oğlunu qətlə yetirməkdə təqsirləndirilən Babək İbad
Türkiyəli müğənni İbrahim Tatlıses son günlər övladlarının onun bar
"Padel hər kəs üçündür" adlı inklüziv idman tədbiri Padel Cen
Xalq artisti Brilliant Dadaşova TikTok canlı yayımında Tv-də yayımlanan v
Bu yaxınlarda təqaüdə göndərilən 43 yaşlı general-leytenant Babək Qur
Hazırda Azərbaycan avtomobil bazarında müşahidə olunan vəziyyət bir neç
İsrailin Baş naziri Binyamin Netanyahu İsrailin "radikal" düşmən
Rusiyanın Xalq Artisti Larisa Dolina paytaxt Moskvanın məşhur klublarında s
Ağdərə rayonunun yenidən bərpa olunan 4 yaşayış məntəqəsinə növbət
Ölkəmizdə təhsil infrastrukturunun inkişafı istiqamətində həyata keçir
Almaniyanın Münhen şəhərində güclü qar uçuşları dayandırıb. Əlveri
