Niyə birinci su çərşənbəsi gəlir?
Digərləri 24 Fev 2026 12:27:00 283 0
Novruz bayramı baharın gəlişini, təbiətin oyanışını və yeni ilin başlanğıcını simvolizə edən qədim el bayramıdır. Minilliklərdən gələn bu ənənə təkcə təqvim dəyişimi deyil, həm də yenilənmə, bərəkət və birlik fəlsəfəsidir.
Son.az xəbər verir ki, Novruzdan əvvəl qeyd olunan dörd çərşənbə təbiətin mərhələli oyanışını simvolizə edir. Su - həyatın başlanğıcı, od - işıq və enerji, yel - hərəkət və nəfəs, torpaq - məhsuldarlıq və bərəkət. Bu gün ilk çərşənbədir - su çərşənbəsi.
İlk çərşənbənin su olması isə təsadüfi deyil. Çünki Orxon Yenisey yazılarından Avesta mətnlərinə, Altay miflərindən antik fəlsəfəyə qədər su həyatın başlanğıcı kimi qəbul olunub. Qədim türklərdə su müqəddəs sayılırdı. Çaylara, göllərə, bulaqlara and içmək ən ciddi and forması idi. Ümumiyyətlə su bütün mədəniyyətlərdə təmizlənmə və yenilənmə rəmzidir: islamda dəstəmaz və qüsl, xristianlıqda xaç suyuna salınma mərasimi, şaman ayinlərində su ilə arınma. Bu arxetip onu göstərir ki, su fiziki təmizlənmədən daha çox mənəvi yenilənmə simvoludur.
Yazın ilk nəfəsi də məhz sudan gəlir. Su çərşənbəsinin kökləri qədim türk inanclarına dayanır. Bu çərşənbəyə xalq arasında "əzəl çərşənbə", "gözəl çərşənbə", "gül çərşənbə", "sular Novruzu" da deyilir. Su çərşənbəsi suya sitayişlə başlayarmış, insanlar günəş doğmadan bulaq başına gedər, təzə suda əl-üzünü yuyar, suyun üstündən atlanar, ətrafında bir sıra mərasimlər keçirərdilər.
Su çərşənbəsi insanın təbiəti müşahidə etməsindən doğan ən qədim təqvim işarələrindən biridir. Qədim dövrlərdə yazın gəlməsi tarixlə deyil, suyun səsi ilə ölçülürdü. Çayın səviyyəsi qalxanda, buzlar sınanda, torpaq nəmlənəndə insanlar anlayırdı ki, zaman dəyişir. Su çərşənbəsi təkcə folklor adəti deyil həm də minilliklərə dayanan yaddaş ənənəsidir.
Avtomobilin dövlət qeydiyyat nişanı nəqliyyat vasitəsini ölkə ərazisind
Müğənni Rəqsanə İsmayılova ilk dəfə estetik müdaxilələri ilə bağl
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan
Milli Məclis "Yol hərəkəti haqqında" və "Avtomobil yolları
Bu gün saat 11:18 radələrində Bakı metropoliteninin "İçərişəhər-
Bakıda "İdrak" liseyində şagirdi tərəfindən güllələnən mü
Azərbaycanla Keniya, Qambiya, Laos və Maldiv arasında parlamentlərarası əl
Fevralın 23-də Nehrəm qəsəbəsində şəhid Orucəli Həmzəyevin atası, 1
Qax rayonunda yas mərasimləri ilə bağlı yeni qərar qəbul olunub.
Xəbər verdiyimiz kimi, tanınmış hüquqşünas, sabiq müstəntiq Müşfiq
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Maliyyə şöb
Əməkdar artist Coşqun Rəhimov yenidən parodiyası ilə gündəmə gəlib.
Milli Məclisdə Xocalı soyqırımı qurbanlarının xatirəsi birdəqiqəlik s
Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığının "Lənk
Bəzi sosial şəbəkə səhifələrində vətəndaş Böyükağa Abdullayev, on
