İşgəncə verib, qırmızı "gəlinlik" paltarını geyindirənlərə cəza VERİLDİ 44 il 4 ay


Digərləri 25 Fev 2026 14:34:00 224 0

İşgəncə verib, qırmızı "gəlinlik" paltarını geyindirənlərə cəza VERİLDİ  44 il 4 ay

"TikTok" sosial platformasında talışları təhqir edən şəxsi oğurlayaraq işgəncə verməkdə ittiham olunan Səlim Əliyev, Murad Rzayev, Şücaət Rzayev, Samir Hüseynov, Əhməd Əzizov, Müştəba Əliyev, onun oğlu Təbriz Əliyevin cinayət işi üzrə məhkəməsi yekunlaşıb.

Son.az Unikal.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Hökmə əsasən, Şücayət Rzayev 10 il, Səlim Əliyev 8 il 6 ay, Samir Hüseynov 8 il 6 ay, Müştəba Əliyev 8 il 6 ay, Təbriz Əliyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. 

Təqsirləndirilən şəxslərdən Murad Rzayev və Əhməd Əzizov isə 2 il olmaqla şərti cəza verilib. 

Xatırladaq ki, Dövlət ittihamçısı Eldar Məmmədov ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilənlər - Şücayət Rzayevin 12 il, Səlim Əliyevin 11 il, Murad Rzayevin 9 il, Samir Hüseynovun 11 il, Əhməd Əzizovun 8 il, 6 ay, Müştəba Əliyevin 11 il, Təbriz Əliyevin 11 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Xatırladaq ki, Səlim Əliyev, Murad Rzayev, Şücaət Rzayev, Samir Hüseynov, Əhməd Əzizov, Müştəba Əliyev, onun oğlu Təbriz Əliyevə Cinayət Məcəlləsinin 144.2.4-cü (adam oğurluğu - zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə), 144.2.5 ( silahdan yaxud silah qismində istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə) 144.2.6 (tamah məqsədi ilə və ya sifarişlə törədildikdə - səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) 133.2.1 (Əzab vermə - iki və ya daha çox şəxsə qarşı və ya girov götürülən yaxud oğurlanmış şəxsə qarşı və ya sifarişlə törədildikdə) 133.2.3 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə) 133.2.6 (işgəncə verməklə törədildikdə) 170.3 (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə - Bu Məcəllənin 170.1 və ya 170.2-ci maddələrində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə törədildikdə və ya yetkinlik yaşına çatmayanı cinayətkar qrupa və ya ağır, yaxud xüsusilə ağır cinayətin törədilməsinə cəlb etməbeş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) maddələri ilə ittiham elan edilib.

İstintaqla müəyyən edilib ki, Sabunçu rayonunun Zabrat qəsəbəsinin sakini Nəzirxan Ağaxanov "TikTok" sosial şəbəkəsində "Nəzirxan qanuni oğruların dədəsi" adlı hesab açaraq, həmin hesab vasitəsilə kriminal aləmdə "Rövşən Lənkəranski" ləqəbi ilə tanınan mərhum Rövşən Caniyev haqqında xoşagəlməyən ifadələr paylaşıb. Bundan sonra Nəzirxanın paylaşımlarını görən bir qrup şəxs onu cəzalandırmaq qərarına gəlib.

Təqsirləndirilən Şücaət Rzayev tanışı Elsevər Əhmədovun sifarişi ilə digər şəxslərlə birlikdə Nəzirxan Ağaxanovu oğurlayaraq təhqir edib, xəsarət yetirməkdə şübhəli bilinir.

İttihamda deyilir ki, təqsirləndirilənlər Nəzirxan Ağaxanovun mobil telefonunu əldə edib, onu iş görmək adı ilə Zabrat qəsəbəsindəki 118 saylı marşrut avtobusunun sonuncu dayanacağına çağırıblar. Onlar Nəzirxan Ağaxanovu orada qarşıladıqdan sonra söhbətə tutaraq bir qədər aralıya aparıb, öncədən planlaşdırdıqları kimi yük avtomobilinin yük yerinə yerləşdirərək əl-qolunu və gözlərini yapışqan lentlə bağlayıb, yaşadığı Zabrat qəsəbəsindəki evinə aparıblar.

İstintaq materiallarında daha sonra qeyd olunub ki, Təbriz Əliyev, Elnur Alışov, Əhməd Əzizov və Murad Rzayev kəsici-deşici alətlərdən istifadə edərək müxtəlif işgəncələr verməklə onu yaşadığı evin həyətindəki toyuq hininə salıblar.

Bundan sonra həmin şəxslər öncədən gətirdikləri qırmızı rəngli "gəlinlik" paltarını onun əyninə geyindirərək paylaşımlarına görə üzr istəməsi tələb edib, üzr videosunu sosial şəbəkələrdə paylaşıblar. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə şübhəli şəxslər müəyyən olunaraq saxlanılıblar.

Təqsirləndirlilən şəxslərdən ikisi yetkinlik yaşına çatmayandır.

Son.az 

Əli Əsədov Fuat Oktay ilə görüşdü like
  • 25 Fev 14:24  
Siyasət Əli Əsədov Fuat Oktay ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə Böyük Millət Məclisinin (

arrow Ətraflı
Bakıda usta faciəli şəkildə öldü like
  • 25 Fev 14:14  
Digərləri Bakıda usta faciəli şəkildə öldü

Paytaxtın Sabunçu rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş v

arrow Ətraflı
"Mətanət məni SÖYDÜ, mən də onu" like
  • 25 Fev 13:45  
Şou-biznes "Mətanət məni SÖYDÜ, mən də onu"

Azərbaycan şou-biznesində bir müddət qalmaqalı ilə gündəmə gələn akt

arrow Ətraflı
Qazaxıstanda hərbi təyyarə qəzaya uğradı like
  • 25 Fev 13:42  
Dünya Qazaxıstanda hərbi təyyarə qəzaya uğradı

Bu gün Qazaxıstanın Karaqanda bölgəsində planlı təlim uçuşları zaman

arrow Ətraflı
Azərbaycan vətəndaşları Gürcüstandan deport edildi like
  • 25 Fev 13:34  
Dünya Azərbaycan vətəndaşları Gürcüstandan deport edildi

Gürcüstandan son günlər daha 85 qeyri-qanuni miqrant deportasiya edilib.

arrow Ətraflı
24 ölkədən minlərlə robot tozsoranın kamerasına girdi like
  • 25 Fev 13:29  
Digərləri 24 ölkədən minlərlə robot tozsoranın kamerasına girdi

Çinin mülki dron istehsalçısı DJI tərəfindən istehsal edilən robot tozs

arrow Ətraflı
Qarabağ Universitetinin elmi fəaliyyəti genişləndirilir like
  • 25 Fev 13:22  
Digərləri Qarabağ Universitetinin elmi fəaliyyəti genişləndirilir

"Mühüm məsələlərdən biri gələcək elmi tədqiqatlarımızda postm

arrow Ətraflı
Fevralın təqaüd və sosial yardımları bu tarixdə veriləcək  ÖZƏL like
  • 25 Fev 13:01  
Digərləri Fevralın təqaüd və sosial yardımları bu tarixdə veriləcək ÖZƏL

Müavinət, təqaüd, konpenssasiya və ünvanlı sosial yardımların veriləc

arrow Ətraflı
Nigar Camal məşhur meyxanaçı ilə QOHUM İMİŞ... like
  • 25 Fev 13:00  
Şou-biznes Nigar Camal məşhur meyxanaçı ilə QOHUM İMİŞ...

Azərbaycanın "Avroviziya" qalibi Nigar Camal verdiyi açıqlama il

arrow Ətraflı
Anım günü yağış intensivləşəcək, qar yağacaq  PROQNOZ like
  • 25 Fev 12:51  
Digərləri Anım günü yağış intensivləşəcək, qar yağacaq PROQNOZ

Fevralın 26-da gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Akademiyada elmi məktəblərə xüsusi diqqət yetiriləcək like
  • 25 Fev 12:47  
Digərləri Akademiyada elmi məktəblərə xüsusi diqqət yetiriləcək

"Ümumiyyətlə, hər bir tədqiqatçı və alim yaxşı bilir ki, elmi mə

arrow Ətraflı
Anar Kərimova daha bir vəzifə VERİLDİ like
  • 25 Fev 12:46  
Digərləri Anar Kərimova daha bir vəzifə VERİLDİ

Maliyyə nazirinin birinci müavini Anar Kərimova daha bir vəzifə verilib.

arrow Ətraflı
“Türkdilli Dövlətlər” sözündən əl çəkmək lazımdır like
  • 25 Fev 12:44  
Digərləri “Türkdilli Dövlətlər” sözündən əl çəkmək lazımdır

"Türkdilli dövlətlər" sözündən əl çəkmək lazımdır. 

arrow Ətraflı
Azərbaycanda internet sürətinin artırılması ilə bağlı TƏKLİF like
  • 25 Fev 12:41  
Digərləri Azərbaycanda internet sürətinin artırılması ilə bağlı TƏKLİF

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən ölk

arrow Ətraflı