Dünya liderlerinin öncəki PEŞƏLƏRİ: Roma papası gecə klubunda işləyib, Meloni ofisiant...
Siyasət 28 Fev 2026 16:56:00 294 0
Son günlər sosial şəbəkələrdə dünya liderlərinin siyasətə gəlməzdən əvvəl hansı peşələrlə məşğul olduqları barədə paylaşımlar geniş marağa səbəb olub.
Son.az xəbər verir ki, xüsusilə də adları siyahıda yer alan məşhur siyasətçilərin əvvəlki fəaliyyətləri izləyicilər arasında müzakirə yaradıb.
Donald Trump - biznes imperiyasından Ağ Evə
ABŞ-nin prezidenti Donald Tramp siyasətə gəlməzdən əvvəl daşınmaz əmlak maqnatı və iş adamı kimi tanınıb. O, "The Trump Organization" şirkətini idarə edib, tikinti və hotelçilik sahəsində böyük layihələrə imza atıb. Eyni zamanda televiziya layihələrində iştirak edib və prodüserlik fəaliyyəti ilə də gündəmə gəlib. Onun biznes keçmişi hələ də tez-tez müzakirə olunur.
Vladimir Putin - kəşfiyyatdan Kremlə
Rusiya prezidenti Vladimir Putinin keçmişi də maraq doğuran məqamlardandır. O, uzun illər SSRİ Dövlət Təhlükəsizlik Komitəsində (KQB) çalışıb və kəşfiyyatçı kimi fəaliyyət göstərib. Hüquq təhsili alan Putin daha sonra təhlükəsizlik strukturlarında və dövlət idarəçiliyində müxtəlif vəzifələr tutaraq ölkə rəhbərliyinə qədər yüksəlib.
Recep Tayyip Erdoğan - futboldan siyasətə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da gənclik illərində fərqli sahədə fəaliyyəti olub. O, peşəkar səviyyədə olmasa da, uzun müddət futbol oynayıb və idmana böyük maraq göstərib. Daha sonra siyasətə qoşularaq İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri, ardınca isə ölkə rəhbəri olub.
Dünya liderlərinin əvvəlki peşələri ilə bağlı məlumatlar sosial mediada geniş müzakirələrə səbəb olub. İzləyicilər onların keçmiş fəaliyyətlərinin indiki siyasi qərarlarına təsir edib-etmədiyi barədə müxtəlif fikirlər səsləndiriblər.
Bu faktlar bir daha göstərir ki, siyasətə gedən yol hər zaman eyni olmur və bir çox liderlər tamam fərqli sahələrdən dövlət idarəçiliyinə gəliblər.
Son.az dövlət başçılarının əvvəlki peşəsini təqdim edir:
Ukrayna Prezidenti Volodimir Zelenski - Aktyor
Kanada Baş naziri Castin Trüdo - Mühafizəçi
Hindistan Baş naziri Narendra Modi - Çayçı
İtaliyanın keçmiş baş naziri Silviyo Berluskoni - Müğənni
Albaniya Baş naziri Edi Rama - Rəssam
Pakistanın keçmiş baş naziri İmran Xan - Kriketçi
Vatikan dövlətinin başçısı, Papa Frensisk - Gecə klubu mühafizəçisi
Fransa Prezidenti Emmanuel Makron - Maliyyə məmuru
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson - Jurnalist
Almaniyanın keçmiş kansleri Angela Merkel - Fizik
İtaliya Baş naziri Corciya Meloni - Ofisaint, Jurnalist
ABŞ-nin keçmiş prezidenti Barak Obama - Dondurma satıcısı
Ətraflı videoda:
Hüseyn Son.az
Xeyriyyəçi fəaliyyəti və televiziya aparıcısı kimi tanınan Hacı Nuran
Sosial şəbəkələrdə Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən v
Bakı metrosunda maraqlı və yaddaqalan anlar yaşanıb.
Küçədə banan satan bir səyyar satıcının anası ilə bağlı səsləndird
Müğənni Nadir Qafarzadə izləyicini xəyanət barədə sualına cavabı ilə
3 mart, saat 15:00-da Azərbaycan Teatr Xadimləri İttifaqında rejissor, pedaq
İranın cənubunda yerləşən Minab şəhərində ibtidai qızlar məktəbinə
Xalq artisti Röya Ayxan bu dəfə qardaşı, istedadlı musiqiçi İsmayıl Zad
Fevralın 28-i axşam saatlarında Yerin peyki Ay "planetlərin paradı&quo
Müğənni Ofelya Şabanova son müsahibəsində həyat yoldaşının avtomobili
Xəbər verdiyimiz kimi, Azərbaycanın tanınmış yazıçısı Həmid Herisçi
Alman avtomobil istehsalçısı BMW yanğın riski ilə bağlı dünya miqyasın
İsrailin Baş naziri Benyamin Netanyahunun İrana qarşı başladılan "Ş
"Qanot Sharq" aviaşirkətinə məxsus təyyarədə həyəcanlı anlar
