Onları işdən çıxarmaq qanunla qadağandır
Digərləri 01 Mar 2026 09:00:00 239 0
Bəzi kateqoriyadan olan işçilərin işdən çıxarılması qadağandır.
Son.az-ın məlumatına görə, bu, Əmək Məcəlləsinin 79-cu maddəsində əksini tapıb.
Belə ki, hamilə və 3 yaşınadək uşağı olan qadınların əmək müqaviləsinin ləğvinə yol verilmir. 3 yaşınadək uşağını təkbaşına böyüdən kişilər də bu kateqoriyaya daxildir. Yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin də işdən çıxarılması qadağandır.
Eyni zamanda əmək qabiliyyətini müvəqqəti itirən şəxslər, öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilər də bu kateqoriyaya aiddir. Həmçinin şəkərli diabet və ya dağınıq skleroz xəstəsi olan əməkdaşlarla əmək müqaviləsinin ləğvinə yol verilmir. Həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə işdən çıxarılması da qadağandır.
Bundan başqa işçinin məzuniyyətdə və ya ezamiyyətdə olduğu müddətdə əmək müqaviləsinin ləğvi qadağandır.
Lakin bu müddəalar müəssisənin ləğv edilməsi və ya müddətli əmək müqaviləsinin müddətinin başa çatması hallarına şamil edilmir.
Mina Mikayılova Son.az
"Səni dağlar qoynunda bəslədim ata. Ummadığın payları, gözləmədi
Toy ildönümü sadəcə təqvimdə növbəti tarix deyil. İllər keçdikcə da
Qış aylarında havaların soyuması ilə birlikdə mövsümi xəstəliklərin
ABŞ və İsrailin birgə endirdiyi zərbələrdən sonra Tehrandakı Ali Rəhb
İranın pilotsuz təyyarəsi Dubay Beynəlxalq Hava Limanına zərbə endirib.
ABŞ Prezidenti son hərbi zərbələrin İranın idarəetmə mexanizmini iflic
Xamenei 1989-cu ildən bəri İranın Ali Rəhbəri vəzifəsini tutur. O, ölk
İranın Ali Rəhbəri Əli Xameneinin cəsədi tapılıb və onun öldüyü tə
Türkiyənin Samsun şəhərində iki 13 yaşlı məktəblinin həyatını itird
İranın dini lideri Əli Xameneinin oğlu Müctəba Xamenei də öldürülüb.
Kəlbəcərdə yol-nəqliyyat hadisəsi baş verib.
Son.az bu günün qoroskopunu təqdim edir.
İranın Ali Rəhbəri Əli Xamenei bu səhər İsrailin İrana endirdiyi hava z
ABŞ Prezidenti Donald Tramp İranın bir çox şəhərini hədəf alan hücumla
İsrail Baş naziri Benyamin Netanyahu İranın ali lideri Əli Xameneinin iqam
