5 dəqiqə şorbası: Həm tez, həm ləzzətli
Digərləri 01 Mar 2026 19:00:00 225 0
İntensiv iş qrafiki olanlar və ya qəfil qonağı gələnlər üçün ideal olan bu şorba cəmi 12 dəqiqəyə (5 dəqiqə hazırlıq, 7 dəqiqə bişmə) süfrənizdə olur. Unun yağda qovrulub tomatla birləşməsi ona həm klassik, həm də doyurucu bir dad verir.
Son.az lazım olan ərzaqları təqdim edir (2 nəfərlik): 1 xörək qaşığı kərə yağı
2 xörək qaşığı zeytun yağı
2 xörək qaşığı un
1 xörək qaşığı pomidor tomatı (salça)
1 desert qaşığı bibər tomatı
1 stəkan soyuq su (topaqlanmaması üçün)
4 stəkan isti su
Ədviyyatlar: Pul bibər, quru nanə, istiot, duz
Hazırlanma qaydası: Qazanda kərə yağı və zeytun yağını əridin. Unu əlavə edib qoxusu çıxana qədər 1-2 dəqiqə qovurun.
Pomidor və bibər tomatını əlavə edib bir az da qovurmağa davam edin.
Topaqlanma olmaması üçün əvvəlcə soyuq suyu əlavə edib çırpıcı ilə sürətlə qarışdırın. Ardınca isti suyu əlavə edin və qaynamaya buraxın.
Ədviyyatı (nanə, bibər, duz) əlavə edin. 4-5 dəqiqə qaynadıqdan sonra ocaqdan götürün.
Unu qovurarkən rəngini çox tündləşdirməyin, sadəcə xəfif qoxusunun çıxması kifayətdir. Soyuq su əlavə etmək unun topaqlanmasının qarşısını alan ən vacib hiylədir. Lalə Qüdrətova Son.az
ABŞ Prezidenti Donald Trampa cəsarətinə və Baş nazir Benyamin Netanyahuya
"Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranın zərbələri qarşısı
Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə
Xəbər verdiyimiz kimi, Ayətullah Əlirza Ərafi İranın Ali Lideri vəzifəs
İranın sabiq prezidenti Mahmud Əhmədinejad ABŞ və İsrailin Tehranın Nər
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və Şəki Dövlət Dram Teatr
Azərbaycan hazırda İranla sərhədi keçmək üçün, aralarında iş adamlar
Yaxın Şərq regionunda baş verən hadisələr səbəbindən Tbilisi və Batum
Martın 1-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramo
Tehrandakı Serbiya səfirliyi zərbənin birbaşa hədəfi olmasa da, bina həl
İranın Ali Lideri Əli Xameneinin xatirəsinə Qum şəhərindəki Cəmkəran
Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti
