MEMİMin “Sənət dialoqu” layihəsi çərçivəsində ilk görüş keçirilib


Kriminal 02 Mar 2026 15:28:00 243 0

MEMİMin “Sənət dialoqu” layihəsi çərçivəsində ilk görüş keçirilib

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən "Sənət dialoqu" adlı yeni layihə həyata keçirilir.

Layihə çərçivəsində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Bakı Xoreoqrafiya Akademiyasının (BXA) prorektoru, xoreoqraf və pedaqoq, Xalq artisti Təranə Muradova ilə görüş təşkil olunub. Tədbir BXA, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Azərbaycan Dövlət Uşaq Filarmoniyası və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin dəstəyi ilə gerçəkləşib.

Əvvəlcə çıxış edən MEMİM-in direktoru dosent Vüqar Hümbətov layihə haqqında məlumat verib. Qeyd edib ki, məqsəd tanınmış mədəniyyət xadimlərinin paytaxt və regionlarda fəaliyyət göstərən incəsənət məktəblərinin şagirdləri ilə görüşlərinin təşkili, sənətkarların öz bilik və təcrübələrini gənc istedadlarla bölüşməsi, gənc nəslin sənət zövqünün zənginləşdirilməsi və onların yaradıcılığının stimullaşdırılmasıdır.

Xalq artisti Təranə Muradovanın ölkəmizdə xoreoqrafiya sahəsinin inkişafına verdiyi töhfələrdən danışan V.Hümbətov yeni xoreoqraflar nəslinin yetişdirilməsində onun mühüm xidmətləri olduğunu bildirib.

Mərkəzi İncəsənət Məktəbinin direktoru professor Könül Hüseynova layihənin əhəmiyyətini vurğulayıb, tanınmış xoreoqrafın sənət yolu və pedaqoji fəaliyyətindən söz açıb.

Təranə Muradova rəqs sənəti haqqında məlumat verib, bu sahənin tədrisi və təbliği məsələlərindən danışıb. Rəqs üçün geyim, milli elementlər, musiqi seçimi və s. problemlər ətrafında söhbət aparılıb. O, "Sənət dialoqu" layihəsinə dəvət olunduğuna görə minnətdarlığını bildirib, auditoriyanı maraqlandıran sualları cavablandırıb.

MEMİM-in əməkdaşı Nicat Həsənzadənin moderatorluğu ilə keçirilən tədbirdə BXA, Azərbaycan Dövlət Uşaq Filarmoniyası, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi, Vaqif Mustafazadə adına 2 nömrəli, eləcə də 4 nömrəli incəsənət məktəblərinin şagirdlərindən ibarət rəqs kollektivləri rəngarəng proqramla çıxış ediblər.

Təqdim edilən rəqs nömrələri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Son.az, Azernews.Az


Xəbərə aid fotolar

Azərbaycanda bu şəxslərin evləri pulsuz təmir EDİLƏCƏK like
  • 02 Mar 14:27  
Digərləri Azərbaycanda bu şəxslərin evləri pulsuz təmir EDİLƏCƏK

Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində fərdi ya

arrow Ətraflı
Həbsdən çıxan müğənni 4 dəfə adsoyadını DƏYİŞİBMİŞ like
  • 02 Mar 13:53  
Digərləri Həbsdən çıxan müğənni 4 dəfə adsoyadını DƏYİŞİBMİŞ

Bir müddət əvvəl həbsdən azad olunan və hazırda barəsində başqa cinay

arrow Ətraflı
Məcburi köçkünlərin evlərinin təmirinə 458 min manat xərclənəcək like
  • 02 Mar 13:49  
Digərləri Məcburi köçkünlərin evlərinin təmirinə 458 min manat xərclənəcək

Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində fərdi ya

arrow Ətraflı
Gəncədə yerləşən Cümə məscidinin təmiri üçün vəsait ayrılıb  SƏRƏNCAM like
  • 02 Mar 13:26  
Digərləri Gəncədə yerləşən Cümə məscidinin təmiri üçün vəsait ayrılıb SƏRƏNCAM

Gəncə şəhərində yerləşən Cümə məscidində təmir-bərpa işlərinin

arrow Ətraflı
"Məni narahat edən oğlumun sağlamlığıdır"  Dubayda qalan azərbaycanlı bloqer like
  • 02 Mar 13:25  
Şou-biznes "Məni narahat edən oğlumun sağlamlığıdır" Dubayda qalan azərbaycanlı bloqer

Xəbər verdiyimiz kimi, istirahət üçün Dubaya yollanan bloqer cütlük Ülv

arrow Ətraflı
Ayın 3də 15 dərəcə şaxta OLACAQ  PROQNOZ like
  • 02 Mar 12:46  
Digərləri Ayın 3də 15 dərəcə şaxta OLACAQ PROQNOZ

Martın 3-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
İranın ölkəmizdəki səfiri Azərbaycana təşəkkür etdi like
  • 02 Mar 11:57  
Digərləri İranın ölkəmizdəki səfiri Azərbaycana təşəkkür etdi

"Azərbaycan dövləti və xalqına minnətdaram ki, bu çətin dövrdə ö

arrow Ətraflı
16 yaşlı qızın meyiti tapıldı like
  • 02 Mar 11:50  
Digərləri 16 yaşlı qızın meyiti tapıldı

Siyəzən rayonunda yeniyetmə qızın meyiti tapılıb.

arrow Ətraflı
"Biz ABŞla danışıqlar aparmayacağıq" like
  • 02 Mar 11:48  
Digərləri "Biz ABŞla danışıqlar aparmayacağıq"

Biz ABŞ-la danışıqlar aparmayacağıq.

arrow Ətraflı
"Polat Alemdar" illər sonra QAYIDIR: Bu seriala çəkiləcək like
  • 02 Mar 11:45  
Şou-biznes "Polat Alemdar" illər sonra QAYIDIR: Bu seriala çəkiləcək

Türkiyədə yayımlanan "Yeraltı" serialı ilə bağlı yeni iddia g

arrow Ətraflı
Xameneinin öldürüldüyü toplantıdan bir o sağ qaldı  Təsadüf, yoxsa sirr? like
  • 02 Mar 11:40  
Dünya Xameneinin öldürüldüyü toplantıdan bir o sağ qaldı Təsadüf, yoxsa sirr?

İranda yüksək səviyyəli şəxslər öldürülüb. Yalnız İranın Qüds

arrow Ətraflı
İran XİN BMTni tədbir görməyə ÇAĞIRDI like
  • 02 Mar 11:35  
Digərləri İran XİN BMTni tədbir görməyə ÇAĞIRDI

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ölkənin Ali Lideri Seyid

arrow Ətraflı
Bu ildən məzuniyyət haqqı belə HESABLANACAQ like
  • 02 Mar 11:22  
Digərləri Bu ildən məzuniyyət haqqı belə HESABLANACAQ

Bu ildən Əmək Məcəlləsində əhəmiyyətli dəyişikliklər edilib. Bu də

arrow Ətraflı
Türkiyə İranla sərhədi bağladı like
  • 02 Mar 11:15  
Digərləri Türkiyə İranla sərhədi bağladı

Türkiyə ilə İran sərhədindəki hər üç keçid məntəqəsində sərnişi

arrow Ətraflı