Netanyahu 9 nəfərin öldüyü bölgədən danışdı: "Trampla dünyanı xilas etdik"
Dünya 03 Mar 2026 00:39:00 281 0
İsrail Baş naziri Binyamin Netanyahu İranın raket zərbəsi nəticəsində 9 mülki vətəndaşın həyatını itirdiyi Qüdsün qərbindəki Beyt-Şemeş qəsəbəsinə baş çəkib. Dağıntılar kölgəsində kameralar qarşısına keçən Netanyahu İranı birbaşa mülki şəxsləri hədəf almaqda ittiham edib və ABŞ ilə atılan addımların "qlobal təhdidi aradan qaldırmağa" yönəldiyini müdafiə edib.
Son.az xəbər verir ki, Netanyahu çıxışında Tehran rəhbərliyini "tiraniya" adlandıraraq, İsrailin hərəkətlərinin qanuni müdafiə çərçivəsində olduğunu bildirib:
"Tehranın tiranları mülki insanları hədəf alır. Biz isə mülki insanları qorumaq üçün həmin tiranları hədəf alırıq," - deyə o, vurğulayıb.
Baş nazir qeyd edib ki, İranın nüvə silahı və qitələrarası ballistik raket imkanlarına sahib olması təkcə İsrail üçün deyil, bütün dünya üçün təhlükədir.
İranın illərdir "İsrailə ölüm, Amerikaya ölüm" şüarları atdığını xatırladan Netanyahu təhdidin Avropa da daxil olmaqla bir çox regiona uzandığını iddia edib. O, əməliyyatların məqsədinin bu qlobal təhlükəni mənbəyində yox etmək olduğunu bildirib.
ABŞ və İran arasında Cenevre mütəxəssislərinin iştirakı ilə davam ed
Küveytdə baş verən hərbi qəza zamanı ABŞ-yə məxsus 3 döyüş təyyar
"Sevdiyim qız yoxdur. 99 faiz bir-birinə oxşayır. Sədaqətli insan azd
Son.az bu günün qoroskopunu təqdim edir.
Sosial şəbəkələrdə avtomobillərin dövlət qeydiyyat nişanını gizlətm
İran ABŞ və İsrail obyektlərinə qarşı "Həqiqi vəd - 4" əmə
Əməkdar artist Hicran Nəsirovanın səhhətində problem yaranıb.
27 fevral tarixində Panama Respublikasının xarici işlər naziri Xavyer Eduar
İranın hücumları nəticəsində Dubayın əsas logistika mərkəzləri, o c
Müğənni Sevda Kazımovanın səhhətində problem yaranıb.
Lənkəran Dövlət Dram Teatrında yazıçı-dramaturq Hüseynbala Mirələmovu
Baku TV-nin "Arzunun vaxtı" verilişinin budəfəki buraxılışı d
ABŞ Prezidenti Donald Tramp ABŞ-ın İrana qarşı əməliyyatının ilk gün
