“Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin final mərhələsinə start verilib


Digərləri 03 Mar 2026 16:20:00 187 0

“Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin final mərhələsinə start verilib

Martın 3-də "Sabahın alimləri" XV Respublika Layihə Müsabiqəsinin final mərhələsinin açılış mərasimi keçirilib.   

Son.az xəbər verir ki, giriş nitqi ilə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov müsabiqə iştirakçılarını salamlayaraq gənc ixtiraçılara uğurlar arzulayıb. Nazir müavini layihənin əhəmiyyətini vurğulayaraq bildirib ki, gələcəyin alimləri ideyalarını real məhsula çevirmək və onların səmərəliliyini artırmaq üçün davamlı çalışmalıdırlar. Dünyada elm və texnologiya sahəsində mövcud trendlərə toxunan nazir müavini qeyd edib ki, gələcəyin əsas istiqamətlərindən biri süni intellektdir və müsabiqədə süni intellektlə bağlı layihələrin olması da sevindiricidir.   

Daha sonra Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev çıxışında bildirib ki, müsabiqə artıq 15 ildir uğurla həyata keçirilir və hər il böyük maraqla qarşılanır. Fuad Qarayevin sözlərinə görə, layihənin əsas məqsədi şagirdlərdə elmə marağın artırılması və tədqiqat bacarıqlarının inkişaf etdirilməsidir. Qeyd olunub ki, son iki ilin qalibləri dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil alırlar və builki iştirakçıların da yüksək nəticələr əldə edəcəyinə inam böyükdür.  

Fuad Qarayev XV müsabiqə ilə bağlı statistik göstəriciləri də diqqətə çatdırıb. Bildirilib ki, 9 istiqamət üzrə yarışan IX-XI sinif şagirdləri 126 məktəbi təmsil ediblər. Onlardan 42-si Bakı məktəbi, 84-ü region məktəbi, o cümlədən 10-u kənd məktəbidir. Müsabiqəyə ümumilikdə 760 layihə təqdim olunub. Seçim mərhələsinin nəticələrinə əsasən 127-si kollektiv, 25-i fərdi olmaqla ümumilikdə 152 layihə final mərhələsinə vəsiqə qazanıb.  

Tədbirin bədii hissəsində İncəsənət Gimnaziyasının kamera ansamblı çıxış edib.  

Qeyd edək ki, final mərhələsi çərçivəsində növbəti iki gün ərzində şagirdlərin riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri, robototexnika və süni intellekt istiqamətləri üzrə elmi-tədqiqat layihələri dəyərləndiriləcək. Qaliblər arasından seçilən məktəblilər ABŞ-də keçirilən beynəlxalq sərgidə ölkəmizi təmsil edəcəklər.  

Rəsmi hissədən sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, ARTİ-nin direktoru səlahiyyətlərini icra edən, elm və təhsil nazirinin müşaviri  Elnur Əliyev, ali təhsil müəssisələrinin rektorları finalçıların layihələrinin nümayiş olunduğu sərgi ilə tanış olublar.

1 / 23

03.03.2026 - 15:00

Paylaş

Digər xəbərlər

İranın yeni ali dini lideri nə vaxt seçiləcək? like
  • 03 Mar 15:56  
Digərləri İranın yeni ali dini lideri nə vaxt seçiləcək?

"ABŞ və İsrail ordularının hücumları zamanı öldürülən İranın

arrow Ətraflı
İranda ölənlərin sayı açıqlandı like
  • 03 Mar 15:49  
Digərləri İranda ölənlərin sayı açıqlandı

ABŞ və İsrailin fevralın 28-dən etibarən İrana qarşı həyata keçirdiyi

arrow Ətraflı
Prezident İlham Əliyev: Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu oynayır like
  • 03 Mar 14:51  
Digərləri Prezident İlham Əliyev: Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu oynayır

Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu da oynay

arrow Ətraflı
Azərbaycanda tibb təhsili 5 ilə SALINIR? like
  • 03 Mar 14:22  
Digərləri Azərbaycanda tibb təhsili 5 ilə SALINIR?

Azərbaycanda həkimlik ixtisası üzrə təhsil müddətinin 6 ildən 5 ilə en

arrow Ətraflı
Varlıların bank hesablarından kasıblara PUL KÖÇÜRƏN bank müdiri like
  • 03 Mar 14:15  
Digərləri Varlıların bank hesablarından kasıblara PUL KÖÇÜRƏN bank müdiri

2009-cu ildə İtalyada baş verən hadisə illər keçsə də müzakirə mövzu

arrow Ətraflı
Bəşarət Məmmədova ağır İTKİ like
  • 03 Mar 14:07  
Digərləri Bəşarət Məmmədova ağır İTKİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Media və ictimaiyyətlə əlaqələ

arrow Ətraflı
Koronavirusun bilinməyən fəsadı üzə çıxdı  Yoluxanların 35 faizində... like
  • 03 Mar 14:00  
Digərləri Koronavirusun bilinməyən fəsadı üzə çıxdı Yoluxanların 35 faizində...

Koronavirus infeksiyasını keçirən şəxslərin əhəmiyyətli hissəsində s

arrow Ətraflı
Regionlarda torpaq qiymətləri süni şəkildə artırılır?  AQCdən ciddi ittiham like
  • 03 Mar 13:52  
Digərləri Regionlarda torpaq qiymətləri süni şəkildə artırılır? AQCdən ciddi ittiham

"Regionlarda torpaq və əmlakın qiymətləndirilməsi prosesində qanunve

arrow Ətraflı
Bu şəxslərin maaşı ARTIRILDI  RƏSMİ like
  • 03 Mar 13:50  
Digərləri Bu şəxslərin maaşı ARTIRILDI RƏSMİ

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mövsümi işlər

arrow Ətraflı
Xalq artisti dəbdəbəli evindən FOTOlarını yaydı like
  • 03 Mar 13:50  
Şou-biznes Xalq artisti dəbdəbəli evindən FOTOlarını yaydı

Xalq artisti Məleykə Əsədova evindən fotolarını izləyiciləri ilə böl

arrow Ətraflı
Azərbaycanda 26 illik məşhur şirkət yüksək məbləğdə borca DÜŞDÜ like
  • 03 Mar 13:43  
Digərləri Azərbaycanda 26 illik məşhur şirkət yüksək məbləğdə borca DÜŞDÜ

Yapon, Koreya və Avropa istehsalı olan avtomobillər üçün ehtiyat hissələ

arrow Ətraflı
Təmir şirkətlərinin “kvadrat metr” OYUNU – Ziyana düşə bilərsiniz like
  • 03 Mar 13:40  
Digərləri Təmir şirkətlərinin “kvadrat metr” OYUNU – Ziyana düşə bilərsiniz

Təmir şirkətləri "kvadrat metr" üzərindən sabit qiymət təklif

arrow Ətraflı