“Xameneinin yerini Trampa o zəng vurub DEYİB"


Dünya 04 Mar 2026 09:10:00 254 0

“Xameneinin yerini Trampa o zəng vurub DEYİB"

ABŞ və İsrail arasında İranla bağlı gərginliyin kulminasiya nöqtəsinə çatdığı iddia olunur.

Son.az-ın xarici mediaya istinadən məlumatına görə, Axios nəşri üç məlumatlı mənbəyə istinadən yazır ki, ötən bazar ertəsi İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında İran məsələsi ilə bağlı mühüm telefon danışığı baş tutub.

Məqalədə bildirilir ki, Netanyahu Trampa İranın Ali Lideri Əli Xamenei və onun yaxın çevrəsinin şənbə günü Tehranda bir araya gələcəyi barədə kəşfiyyat məlumatı təqdim edib. İddiaya görə, bu görüşün bir zərbə ilə hədəfə alınmasının mümkünlüyü vurğulanıb. Mənbələr həmin anı həm Vaşinqton, həm də Təl-Əviv üçün "qaçırılmamalı fürsət" kimi qiymətləndirib.

Nəşr yazır ki, fevralın 23-də Ağ Evdən edilən və indiyədək ictimaiyyətə açıqlanmayan zəng İranla mümkün müharibəyə aparan prosesdə dönüş nöqtəsi sayılır. ABŞ və İsrail rəsmilərinin sözlərinə görə, iki lider son aylarda İran məsələsində intensiv koordinasiya aparıblar. Bu müddətdə Tramp və Netanyahu iki dəfə üz-üzə görüşüb, 15 dəfə telefon danışığı ediblər.

Bildirilir ki, əməliyyatın bir həftə əvvəl həyata keçirilməsi planlaşdırılsa da, hava şəraiti və digər hərbi səbəblərə görə təxirə salınıb. Trampın tapşırığı ilə Mərkəzi Kəşfiyyat İdarəsi İsrail hərbi kəşfiyyatının təqdim etdiyi məlumatları yoxlayaraq təsdiqləyib.

Mənbələr iddia edir ki, Tramp əvvəlcədən İrana qarşı zərbə variantına isti yanaşsa da, konkret vaxt barədə qərar verməkdə tərəddüd edib. Netanyahu ilə söhbətdən sonra isə hazırlıq prosesinin sürətləndirildiyi bildirilir. Bununla belə, prezident əvvəlcə Konqresdə "Birliyin Vəziyyəti" ilə bağlı çıxışını edib.

ABŞ rəsmilərinin sözlərinə görə, Tramp İran rəhbərliyini təşvişə salmamaq və mümkün gizlənmənin qarşısını almaq üçün İrana diqqətin açıq şəkildə yönəldilməməsi barədə qərar verib. Cümə axşamı MKİ-nin yekun təsdiqindən sonra əməliyyatla bağlı qərar mərhələsinə keçilib.

Həmin gün Trampın nümayəndələri Cared Kuşner və Stiv Uitkoff Cenevrədə İran rəsmiləri ilə danışıqlar aparıblar. ABŞ tərəfi diplomatik səylərin nəticəsiz qaldığını bildirib. Rəsmilərin sözlərinə görə, diplomatiya yolu seçilsəydi, razılaşma üçün mübarizə aparılardı, lakin qarşı tərəf prezidentin qəbul edə biləcəyi şərtlərə hazır olmayıb.

Bundan sonra Trampın iki məsələyə əmin olduğu vurğulanır: kəşfiyyat məlumatlarının etibarlılığı və diplomatik imkanların tükənməsi. Məlumata əsasən, cümə günü saat 15:38-də son göstəriş verilib və bir neçə saat sonra Tehrana zərbələr endirilib. Xameneinin öldürüldüyü və müharibənin başladığı iddia olunur.

ABŞ Dövlət katibi Marko Rubio isə tənqidlərə cavab olaraq əməliyyatın "istənilən halda qaçılmaz" olduğunu və bunun yalnız zaman məsələsi sayıldığını bildirib.

Eyni zamanda, ABŞ vətəndaşlarının bir hissəsinin hücumlar barədə əvvəlcədən məlumatlandırılmadığı, İranın mümkün cavab zərbələri fonunda bölgədə risk altında qaldığı qeyd olunur. Dövlət Departamenti 1500-dən çox amerikalının təxliyəsi üçün təcili addımlar atıb. Jurnalistlərin suallarını cavablandıran Tramp isə hadisələrin çox sürətli inkişaf etdiyini deyib.

Ağ Ev yayılan məlumatları rəsmi şəkildə təkzib etməyib və prezidentlə dövlət katibinin açıqlamalarına istinad etməyi kifayət bilib.

Hüseyn Son.az

Maşının qapısına "tələ" asıb qarət edirlər  Sürücülərə xəbərdarlıq like
  • 04 Mar 09:00  
Digərləri Maşının qapısına "tələ" asıb qarət edirlər Sürücülərə xəbərdarlıq

Son vaxtlar qonşu ölkələrdə dələduzların yeni üsulu park edilmiş avtom

arrow Ətraflı
Norveçdə evlərdə niyə pərdə yoxdur? like
  • 04 Mar 08:41  
Dünya Norveçdə evlərdə niyə pərdə yoxdur?

Norveçdə gəzərkən evlərin pəncərələrində pərdə olmadığını görs

arrow Ətraflı
Dəniz altında dünyanın ən böyük koloniyası tapıldı! 4 min kvadratmetr sahəni əhatə edir like
  • 04 Mar 08:08  
Dünya Dəniz altında dünyanın ən böyük koloniyası tapıldı! 4 min kvadratmetr sahəni əhatə edir

Alimlər Sakit okeanın dərinliklərində heyranedici bir kəşfə imza atıbla

arrow Ətraflı
Qəhvənin ən ucuz olduğu Avropa şəhəri like
  • 04 Mar 07:07  
Digərləri Qəhvənin ən ucuz olduğu Avropa şəhəri

Avropa miqyasında bir fincan qəhvənin qiyməti şəhərdən şəhərə böyü

arrow Ətraflı
NASA Mars "Curiosity" ehtimal olunan həyat izlərinin arxasınca like
  • 04 Mar 06:06  
Dünya NASA Mars "Curiosity" ehtimal olunan həyat izlərinin arxasınca

NASA-nın "Curiosity" marsoxodu "Mount Sharp" dağının ət

arrow Ətraflı
İftarda bu məqamlara diqqət edin like
  • 04 Mar 03:03  
Digərləri İftarda bu məqamlara diqqət edin

Ramazanda uzunmüddətli aclıqdan sonra iftar zamanı düzgün qidalanma sağla

arrow Ətraflı
Bağırsaq sağlamlığı üçün ən pis qidalar hansılardır? like
  • 04 Mar 02:02  
Digərləri Bağırsaq sağlamlığı üçün ən pis qidalar hansılardır?

Elm dünyası bağırsaqların bədənin geri qalanı ilə necə qarşılıqlı

arrow Ətraflı
İranın yeni ali lideri seçildi like
  • 04 Mar 01:21  
Digərləri İranın yeni ali lideri seçildi

İranın Ekspertlər Məclisi İnqilab Keşikçiləri Korpusunun (SEPAH) ağır

arrow Ətraflı
İdmançılar ramazanda necə qidalanmalıdır? like
  • 04 Mar 01:01  
Digərləri İdmançılar ramazanda necə qidalanmalıdır?

"Həm sahurda, həm də iftarda yüksək yağlı qızardılmış qidalardan

arrow Ətraflı
Sabunçuda qətl: Şübhəli saxlanıldı like
  • 04 Mar 00:54  
Kriminal Sabunçuda qətl: Şübhəli saxlanıldı

Martın 3-də, axşam saatlarında paytaxtın Sabunçu rayonu ərazisində qətl

arrow Ətraflı
"Eşref Rüya"da yeni sima like
  • 04 Mar 00:47  
Şou-biznes "Eşref Rüya"da yeni sima

Kanal D-nin reytinqli layihəsi olan 'Eşref Rüya'nın aktyor heyəti g

arrow Ətraflı
Zelenski müharibədə tərəfini seçdi like
  • 04 Mar 00:39  
Dünya Zelenski müharibədə tərəfini seçdi

Ukrayna lideri Volodimir Zelenski İranın onilliklər boyu bölgədə sabitliy

arrow Ətraflı
Tramp: "Neftin qiyməti bir müddət yüksək qalacaq" like
  • 04 Mar 00:34  
Digərləri Tramp: "Neftin qiyməti bir müddət yüksək qalacaq"

İrana qarşı hərbi əməliyyatların qlobal bazarlara təsirini şərh edən

arrow Ətraflı
Əməkdar artistə ağır itki like
  • 04 Mar 00:05  
Şou-biznes Əməkdar artistə ağır itki

Əməkdar artist Zaur Əmiraslanova ağır itki üz verib.

arrow Ətraflı