Leyla Əliyeva Bakı Şəhər Narkoloji Mərkəzini ziyarət edib


Digərləri 05 Mar 2026 20:45:00 245 0

Leyla Əliyeva Bakı Şəhər Narkoloji Mərkəzini ziyarət edib

Martın 5-də Leyla Əliyeva Bakı Şəhər Narkoloji Mərkəzini ziyarət edib.

Son.az xəbər verir ki, Leyla Əliyevaya mərkəz barədə ətraflı məlumat verilib.

Bildirilib ki, Azərbaycanda ilk narkoloji tibbi müəssisə olan Bakı Şəhər Narkoloji Mərkəzinin əsası 1980-ci ildə qoyulub. Əvvəllər Bakı Şəhər Narkoloji Dispanseri kimi fəaliyyət göstərib.

Qeyd olunub ki, həmin dövrdə alkoqolizmlə mübarizə əsasında narkologiya psixiatriyadan ayrılanda narkoloji müəssisələrin yaradılmasına başlanılıb. Azərbaycanda ilk olaraq həmin narkoloji mərkəz açılıb.

2012-ci ildə dispanser Səhiyyə Nazirliyi tərəfindən əsaslı təmir edilərək istifadəyə verilib. Səhiyyə Nazirliyinin 2020-ci il 11 avqust tarixli qərarı ilə "Bakı Şəhər Narkoloji Dispanseri" əsasında "Bakı Şəhər Narkoloji Mərkəzi" publik hüquqi şəxsi yaradılıb. Mərkəz 16 otaqdan ibarətdir: qeydiyyat, qəbul, 7 həkim, manipulyasiya, 6 administrativ otaq.

Paytaxtın 12 rayonuna xidmət edən mərkəzin 18 həkim, 25 tibb bacısı və 27 digər vəzifələrdə çalışan əməkdaşı var. Mərkəz gün ərzində 200-300 nəfərə qədər vətəndaşa xidmət göstərmək gücündədir.

Bakı Şəhər Narkoloji Mərkəzində paytaxt üzrə 17 min 557 nəfər, onlardan 1416 nəfər alkoqolizmdən, 14 min 753 nəfər narkotik maddələrin qəbulundan yaranan psixi və davranış pozuntuları, 1388 nəfər toksiki maddələrin qəbulundan yaranan psixi və davranış pozuntuları ilə qeydiyyatdadır.

Gün ərzində narkoloji asılılıqdan əziyyət çəkən 20 nəfər mərkəzə müraciət edir, nadir hallarda alkoqolizm asılılığına görə müraciət daxil olur. Kəskin vəziyyətləri olan alkoqolizm halları stasionara yönləndirilir. Yüngül vəziyyətdə olan alkoqolizm halları isə mərkəzdə ambulator müalicə edilir.

Bakı Şəhər Narkoloji Mərkəzində sifilis, İİV, Hepatit B və C-nin müayinəsi də aparılır.

Mərkəz üçün yeni yerin ayrıldığı, yaxın gələcəkdə həmin məkana köçürüləcəyi də diqqətə çatdırılıb.

Leyla Əliyeva qeydiyyat, qəbul, həkim, baş tibb bacısı, manipulyasiya otaqlarına baş çəkib, mərkəzin tibbi personalı ilə həmsöhbət olub, onlarla şəkil çəkdirib.


Xəbərə aid fotolar

BƏƏ Prezidenti İlham Əliyevə zəng edib like
  • 05 Mar 19:58  
Siyasət BƏƏ Prezidenti İlham Əliyevə zəng edib

Martın 5-də Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd

arrow Ətraflı
Azərbaycan və Türkiyə müdafiə nazirləri Naxçıvana hücum aktını müzakirə etdi like
  • 05 Mar 19:27  
Siyasət Azərbaycan və Türkiyə müdafiə nazirləri Naxçıvana hücum aktını müzakirə etdi

Martın 5-də Türkiyə milli müdafiə naziri Yaşar Gülerin təşəbbüsü il

arrow Ətraflı
Ərdoğan İlham Əliyevə zəng edib like
  • 05 Mar 19:19  
Siyasət Ərdoğan İlham Əliyevə zəng edib

Martın 5-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Az

arrow Ətraflı
Azərbaycanİran dövlət sərhədində yük avtomobillərinin hərəkəti tam dayandırıldı like
  • 05 Mar 19:08  
Digərləri Azərbaycanİran dövlət sərhədində yük avtomobillərinin hərəkəti tam dayandırıldı

Nazirlər Kabineti Azərbaycan-İran dövlət sərhədindən yük avtomobilləri

arrow Ətraflı
Britaniya İranın hücumlarını dəf etmək üçün Qətərə qırıcılar göndərir like
  • 05 Mar 18:49  
Dünya Britaniya İranın hücumlarını dəf etmək üçün Qətərə qırıcılar göndərir

Böyük Britaniya İranın hücumlarını dəf etməyə yardım göstərmək ü

arrow Ətraflı
Abşeron rayonunun bəzi ərazilərində qaz olmayacaq like
  • 05 Mar 18:36  
Digərləri Abşeron rayonunun bəzi ərazilərində qaz olmayacaq

Abşeron rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

arrow Ətraflı
Kallas: İranın dron hücumları qəbuledilməzdir, Aİ Azərbaycanla tam həmrəydir like
  • 05 Mar 18:35  
Siyasət Kallas: İranın dron hücumları qəbuledilməzdir, Aİ Azərbaycanla tam həmrəydir

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə

arrow Ətraflı
Nadir Qafarzadənin ikinci nəvəsi doğuldu like
  • 05 Mar 18:31  
Şou-biznes Nadir Qafarzadənin ikinci nəvəsi doğuldu

Müğənni Nadir Qafarzadənin ikinci nəvəsi dünyaya gəlib. 

arrow Ətraflı
Universitet və kolleclərə sənəd qəbulunun vaxtı uzadıldı like
  • 05 Mar 18:25  
Digərləri Universitet və kolleclərə sənəd qəbulunun vaxtı uzadıldı

Ali təhsil müəssisələrinə, həmçinin tam (11 illik) və ümumi (9 illik)

arrow Ətraflı
Azərbaycan və İsrail XİN rəhbərlərinin telefon danışığı olub like
  • 05 Mar 18:12  
Siyasət Azərbaycan və İsrail XİN rəhbərlərinin telefon danışığı olub

Azərbaycan və İsrail XİN rəhbərlərinin telefon danışığı olub.

arrow Ətraflı
“Zəfər Yurdu ilə Zərif Nəğmələr” adlı konsert proqramı keçirilib – FOTO like
  • 05 Mar 18:07  
Kriminal “Zəfər Yurdu ilə Zərif Nəğmələr” adlı konsert proqramı keçirilib – FOTO

4 mart Azərbaycan Milli İncəsənət Muzeyində "Muzeydə musiqi" la

arrow Ətraflı
Fransa səfirindən Naxçıvana hücumla bağlı paylaşım like
  • 05 Mar 17:27  
Siyasət Fransa səfirindən Naxçıvana hücumla bağlı paylaşım

Fransanın Azərbaycandakı səfiri Sofi Laqut Naxçıvana dron hücumunu tənqi

arrow Ətraflı
Bu ölkələr də Azərbaycana dron hücumunu pislədi like
  • 05 Mar 17:24  
Siyasət Bu ölkələr də Azərbaycana dron hücumunu pislədi

İordaniya, Latviya və Moldova Azərbaycana dron hücumunu pisləyib.

arrow Ətraflı