Prezident İlham Əliyev Moldovanın Baş nazirinin müavinini qəbul edib FOTO


Siyasət 06 Mar 2026 11:28:00 206 0

Prezident İlham Əliyev Moldovanın Baş nazirinin müavinini qəbul edib  FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoini qəbul edib.

Son.az xəbər verir ki, qəbula görə dövlətimizin başçısına təşəkkür edən Mixay Popşoi Moldova Prezidenti Maya Sandunun salamlarını Prezident İlham Əliyevə çatdırdı.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Maya Sanduya çatdırmağı xahiş etdi. Prezident İlham Əliyev beynəlxalq təşkilatlar çərçivəsində Moldovanın dövlət başçısı ilə görüşlərini və aparılmış müzakirələri məmnunluqla xatırladı.

Mixay Popşoi İranın pilotsuz uçuş aparatları ilə Azərbaycana qarşı törətdiyi hücumları Moldovanın qətiyyətlə qınadığını dedi, bu məsələdə ölkəmizlə həmrəy olduqlarını vurğuladı. O, hücum zamanı xəsarət alanların tezliklə sağalmasını arzuladı.

Xalqlarımız arasında dostluq münasibətlərinin mövcud olmasını məmnunluqla qeyd edən qonaq dedi ki, Moldovanın çətin günlərində Azərbaycanın dəstəyini həmişə xatırlayırlar və bunu yüksək qiymətləndirirlər.

Prezident İlham Əliyev nümayiş olunan mövqeyə görə təşəkkür etdi.

Söhbət zamanı Azərbaycanın və Moldovanın daim bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədikləri məmnunluqla qeyd olundu, ikitərəfli münasibətlərimizin inkişafı, o cümlədən siyasi, iqtisadi-ticari, enerji və digər sahələrdə əməkdaşlığın dərinləşdiyi vurğulandı, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əlaqələrimizin genişlənməsində roluna toxunuldu. Bu xüsusda Mixay Popşoinin səfərinin uğurlu olacağına əminlik bildirildi.

Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, siyasi dialoqun intensivləşdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıldı.

Naxçıvana düşən dronun üzərinə görün nə YAZILIB like
  • 06 Mar 10:50  
Digərləri Naxçıvana düşən dronun üzərinə görün nə YAZILIB

Ötən gün İran tərəfindən Naxçıvan istiqamətində atılan pilotsuz uçu

arrow Ətraflı
Sərdar Ortacın son halı sevənlərini KƏDƏRƏ BOĞDU like
  • 06 Mar 10:45  
Şou-biznes Sərdar Ortacın son halı sevənlərini KƏDƏRƏ BOĞDU

Türkiyənin tanınmış pop ifaçılarından biri olan Serdar Ortaç uzun illə

arrow Ətraflı
HHQdə Bayraktar kursunun birinci buraxılış mərasimi keçirilib like
  • 06 Mar 10:32  
Digərləri HHQdə Bayraktar kursunun birinci buraxılış mərasimi keçirilib

Cari ilin hazırlıq planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin (HHQ) n

arrow Ətraflı
Azərbaycan nefti kəskin BAHALAŞDI like
  • 06 Mar 10:00  
Digərləri Azərbaycan nefti kəskin BAHALAŞDI

İtaliyanın Auqusta limanında "Azeri Light" markalı Azərbaycan nef

arrow Ətraflı
"Xəmsə Park" ticarət mərkəzində YANĞIN like
  • 06 Mar 09:28  
Digərləri "Xəmsə Park" ticarət mərkəzində YANĞIN

Gəncədə yanğın hadisəsi baş verib.

arrow Ətraflı
Bu ərazidə 13:00dək işıq OLMAYACAQ like
  • 06 Mar 09:27  
Digərləri Bu ərazidə 13:00dək işıq OLMAYACAQ

Martın 6-da Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV

arrow Ətraflı
"Heyif, ağbirçək vaxtını görə bilmədik" like
  • 06 Mar 08:08  
Şou-biznes "Heyif, ağbirçək vaxtını görə bilmədik"

Müğənni Talıb Tale mərhum anası ilə bağlı paylaşım edib.

arrow Ətraflı
Arktika bölgəsinə maraq buzlu sularda yol açan buzqıran gəmilərə ehtiyacı artırır like
  • 06 Mar 07:07  
Dünya Arktika bölgəsinə maraq buzlu sularda yol açan buzqıran gəmilərə ehtiyacı artırır

İqlim dəyişikliyi və geosiyasi balansların təsiri ilə gündəmdəki yerin

arrow Ətraflı
Mayaların it ticarəti etdiyinə dair sübutlar tapıldı like
  • 06 Mar 06:06  
Dünya Mayaların it ticarəti etdiyinə dair sübutlar tapıldı

Yeni tapıntılar göstərir ki, Klassik Dövr Maya icmaları uzaq məsafələr

arrow Ətraflı
Damarları açır, öd kisəsini təmizləyir: Mətbəxinizdəki möcüzəvi ikili like
  • 06 Mar 00:56  
Digərləri Damarları açır, öd kisəsini təmizləyir: Mətbəxinizdəki möcüzəvi ikili

Mətbəximizin ən sadə məhsullarından olan qatıq və kətan toxumu bir aray

arrow Ətraflı
Xameneinin oğlu lider seçilir  Trampın reaksiyası gündəm oldu like
  • 06 Mar 00:41  
Dünya Xameneinin oğlu lider seçilir Trampın reaksiyası gündəm oldu

İranın növbəti liderinin seçilməsində şəxsən iştirak etməliyəm.

arrow Ətraflı
Xəmirin rahat yayılması üçün nə etməli? like
  • 06 Mar 00:35  
Digərləri Xəmirin rahat yayılması üçün nə etməli?

Xəmirin rahat yayılması üçün doğru un seçimi çox vacibdir. Aşağı pro

arrow Ətraflı
Bayramovla Mirzoyan regiondakı son hadisələrdən danışdı like
  • 06 Mar 00:24  
Siyasət Bayramovla Mirzoyan regiondakı son hadisələrdən danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistanın xarici

arrow Ətraflı
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı? like
  • 06 Mar 00:16  
Dünya Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?

BBC-nin arxivlərində qorunan qeydlər arxeoloq Hovard Karterin 12 fevral 1924-

arrow Ətraflı