Mərkəzi Bankın yeni qaydaları: Kredit kartı almaq çətinləşir


Digərləri 08 Mar 2026 20:12:00 206 0

Mərkəzi Bankın yeni qaydaları: Kredit kartı almaq çətinləşir

Azərbaycanda kart bazarı böyüməyə davam etsə də, rəqəmlər daxilində diqqət çəkən ziddiyyət formalaşıb. Yanvarın sonunda banklar və "Azərpoçt" MMC sistemləri üzrə dövriyyədə olan ödəniş kartlarının sayı aylıq müqayisədə 176 min artaraq 22 milyon 156 minə çatıb. İllik artım 11 faizdir ki, bu da nağdsız ödənişlərin genişlənməsi və bank xidmətlərinə çıxışın artması fonunda gözlənilən dinamika kimi qiymətləndirilə bilər. Lakin ümumi artımın arxasında fərqli mənzərə var. Belə ki, debet kartları 13.3 faiz artdığı halda, kredit kartlarının sayı 7.6 faiz azalıb. Yəni bazar böyüyür, amma borclanma alətləri geri çəkilir. Bəs görəsən kredit kartlarının azalmasının səbəbi nədir?

Son.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Məqsəd izafi borclanmanın qarşısını almaqdır"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, kredit kartlarının azalması əsasən onların verilmə şərtlərinin dəyişdirilməsi ilə bağlıdır: "Mərkəzi Bank tərəfindən kredit xətti üzrə yeni qaydalar hazırlanıb və bu qaydalara əsasən, vətəndaşın rəsmi gəliri ilə ona açılan kredit xətti arasında birbaşa əlaqə müəyyənləşdirilib. Məqsəd vətəndaşların izafi borclanmasının qarşısını almaq, kreditləşməni daha məsuliyyətli etməkdir. Bu addım borclanmanın nəzarətdə saxlanmasına və risklərin azaldılmasına xidmət edir. Bu proses həm də istehlak kreditləşməsinin zəifləməsi demək deyil. İstehlak kreditlərinə tələb hələ də qalır və kredit portfelində artım müşahidə olunur".

V.Bayramovun fikrincə, yenilik vətəndaşları izafi borclanmadan uzaqlaşdırır: "Əvvəlki dövrlərdə kredit kartları üzrə rəsmi gəlirlə açılan kredit xətti arasında tam mütənasiblik müşahidə olunmurdu. Nəticədə bəzi banklar və poçt qurumları tərəfindən yüksək məbləğli kredit xətləri təklif edilirdi və nəzarət mexanizmləri indiki qədər sərt deyildi. Bu isə bir sıra hallarda vətəndaşların artıq borclanmasına səbəb olurdu. Xüsusilə gəlirlə müqayisədə böyük limitlərin açılması sonradan ödəniş çətinlikləri yaradır, gecikmələr və əlavə maliyyə öhdəlikləri formalaşdırırdı. Yeni qaydaların tətbiqi kredit kartlarının sayına birbaşa təsir göstərib, çünki kredit kartı faktiki olaraq kredit xəttinin açılması deməkdir və hər bir yeni kart potensial borclanma imkanı yaradır. Kredit kartlarının azalması tələbin zəifləməsi deyil, bazarın optimallaşdırılması kimi qiymətləndirilir. İzafi borclanma uzunmüddətli perspektivdə maliyyə sabitliyi üçün risk faktoruna çevrilə bilərdi".

"Kredit kartlarının sayında yenidən artım gözlənilir"

Millət vəkili bildirdi ki, bu dinamika kredit kartlarının növbəti dövrlərdə də azalacağı anlamına gəlmir: "Rəsmi gəliri olan və kredit kartı əldə etmək istəyən kifayət qədər vətəndaş mövcuddur və müraciət edən şəxslərə onların gəlirlərinə uyğun limit müəyyən edilir. Yəni bazarda tələbin tamamilə itməsi deyil, daha selektiv və ölçülmüş kreditləşmə modeli formalaşır. Yeni qaydalar tətbiq olunduqdan sonra bazar müəyyən müddət reaksiya verir, daha sonra isə yeni şərtlərə uyğunlaşaraq tarazlıq formalaşdırır. Adaptasiya mərhələsindən sonra kredit kartlarının sayında yenidən artımın mümkün olduğu istisna edilmir və bazarın daha dayanıqlı struktur üzərində inkişaf edəcəyi gözlənilir".

"Geniş həcmdə kredit xətləri asanlıqla təqdim edilmir"

Bank eksperti Emin Kərimov isə qeyd etdi ki, kredit kartları müştərinin gəlirləri və xərcləri nəzərə alınmaqla təqdim olunur və bu proses bir neçə mərhələdən ibarətdir: "Kartın rəsmiləşdirilməsi üçün vətəndaş banka müraciət etməli, onun adına olan mövcud borclar, aylıq rəsmi gəlirlər, kredit öhdəlikləri və zaminlikləri qiymətləndirilməlidir. Yəni kredit kartı sadəcə ödəniş vasitəsi deyil, eyni zamanda kredit xəttidir və bu xəttin açılması üçün maliyyə göstəriciləri əsas meyar sayılır. Məsələn, şəxs 3 min manatlıq kredit limiti istəyirsə, lakin bankın hesablamalarına əsasən ona maksimum 1500 manat uyğun görülürsə, həmin şəxs digər banklara müraciət etdikdə də ümumi borclanma səviyyəsinə görə imtina ilə qarşılaşa bilər. Bu isə nəticə etibarilə kredit kartlarının ümumi sayına təsir göstərir. Çünki hər müraciət müsbət qərarla nəticələnmir və risk göstəriciləri yüksək olan şəxslərə limit açılmır. Bununla yanaşı, tənzimləyici qurumların qaydaları sərtləşdirməsi və borcalanların qiymətləndirilməsi meyarlarının daha da dəqiqləşdirilməsi bankların kredit siyasətinə təsir edir. Artıq əvvəlki dövrlərdə olduğu kimi geniş həcmdə - 3-5 min manatlıq kredit xətlərinin asanlıqla təqdim edilməsi mümkün deyil. Banklar riskləri azaltmaq üçün daha aşağı məbləğlərdə limitlər tətbiq edir və daha selektiv yanaşma sərgiləyir. Bu isə statistik olaraq kredit kartlarının sayında azalma ilə nəticələnə bilir".

E.Kərimovun sözlərinə görə, debet kartların artması və kredit kartlarının azalması bütövlükdə bazarın gedişatı ilə tənzimlənir: "Bununla belə, kredit kartları vətəndaşlar üçün əlavə maliyyə vəsaiti kimi əhəmiyyətini qoruyur və istehlakın maliyyələşdirilməsində rol oynayır".

"İstehlak kreditlərinə daha çox üstünlük verirlər"

Ekspertin fikrincə, istehlak kreditlərinin cəlbediciliyi də rəqəmlərə təsir edir: "Kredit kartlarına tələbin azalması müəyyən hallarda əhalinin borclanmadan yayınması ilə də əlaqələndirilir. Bəzi dövrlərdə vətəndaşlar istehlak kreditlərinə daha çox üstünlük verə bilirlər. Məsələn, müəyyən banklarda istehlak kreditləri 10 faizdən başlayaraq təklif olunduğu halda, kredit kartları üzrə faiz dərəcələri 22-30 faiz intervalında dəyişə bilir. Bu fərq seçimə təsir edir və kredit kartlarından istifadənin müvəqqəti azalmasına səbəb olur". Son.az

SEPAH: Azı 6 ay intensiv hərbi əməliyyatlar apara bilərik like
  • 08 Mar 19:59  
Digərləri SEPAH: Azı 6 ay intensiv hərbi əməliyyatlar apara bilərik

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın intensiv hərbi əməl

arrow Ətraflı
29 yaşlı qadın dəm qazından öldü like
  • 08 Mar 19:49  
Digərləri 29 yaşlı qadın dəm qazından öldü

Goranboyda zəhərlənmə hadisəsi baş verib.

arrow Ətraflı
“Trampı rahat buraxmayacağıq” like
  • 08 Mar 19:43  
Digərləri “Trampı rahat buraxmayacağıq”

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ABŞ Preziden

arrow Ətraflı
Acun ondan üzr istədi like
  • 08 Mar 19:31  
Şou-biznes Acun ondan üzr istədi

Məşhur türkiyəli prodüser Acun Ilıcalı müğənni Yılmaz Morgülün &quo

arrow Ətraflı
"Ford" 1,74 milyon avtomobili GERİ ÇAĞIRIR like
  • 08 Mar 18:58  
Digərləri "Ford" 1,74 milyon avtomobili GERİ ÇAĞIRIR

"Ford Motor Company" arxa görüntü kamerası sistemlərindəki probl

arrow Ətraflı
“Ya təslim olacaqlar, ya da…” like
  • 08 Mar 18:37  
Dünya “Ya təslim olacaqlar, ya da…”

"ABŞ müharibədə rəqibləri üzərində böyük fərqlə üstünlük qa

arrow Ətraflı
Makron İlham Əliyevə zəng edib like
  • 08 Mar 18:34  
Siyasət Makron İlham Əliyevə zəng edib

Fransa Respublikasının Prezidenti Emmanuel Makron martın 8-də Azərbaycan Re

arrow Ətraflı
BƏƏ ilk dəfə İrana zərbə endirdi like
  • 08 Mar 18:13  
Dünya BƏƏ ilk dəfə İrana zərbə endirdi

Birləşmiş Ərəb Əmirlikləri İranın hücumlarına cavab olaraq ilk dəfə

arrow Ətraflı
“Müsyö Jordanın Qarabağ Sərgüzəştləri” tamaşasının Baki premyerası gerçəkləşib  FOTO like
  • 08 Mar 18:07  
Kriminal “Müsyö Jordanın Qarabağ Sərgüzəştləri” tamaşasının Baki premyerası gerçəkləşib FOTO

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin regionlarda teatr prosesini

arrow Ətraflı
Xanımı ilə FOTOlarını paylaşdı like
  • 08 Mar 18:06  
Şou-biznes Xanımı ilə FOTOlarını paylaşdı

Reper Orxan Zeynallı xanımı ilə istirahətindən fotolarını yayıb.

arrow Ətraflı
Tramp hədələdi: Xatırladacağıq... like
  • 08 Mar 17:19  
Dünya Tramp hədələdi: Xatırladacağıq...

ABŞ ordusu İranı məğlub edəndən sonra Böyük Britaniyanın Yaxın Şərq

arrow Ətraflı
Xuramanın makiyajsız halı GÜNDƏM OLDU like
  • 08 Mar 17:04  
Şou-biznes Xuramanın makiyajsız halı GÜNDƏM OLDU

Xuraman Şuşalı bu dəfə makiyajsız görüntüsü ilə gündəmə gəlib.

arrow Ətraflı
Rüfət Nasosnu “Milyonların şou”sunda oyunu ilə GÜNDƏM OLDU: like
  • 08 Mar 16:34  
Şou-biznes Rüfət Nasosnu “Milyonların şou”sunda oyunu ilə GÜNDƏM OLDU:

"Milyonların şousu" proqramının bugünkü iştirakçıları arası

arrow Ətraflı
Netanyahu İrana "çoxlu sürprizlər" vəd edib like
  • 08 Mar 16:19  
Dünya Netanyahu İrana "çoxlu sürprizlər" vəd edib

İrana qarşı müharibə heç bir güzəşt və kompromis olmadan davam edəcə

arrow Ətraflı