16 yaşlı Nuranəni boğaraq Kürə atan şəxsin cəzası ağırlaşdırıldı
Digərləri 18 Mar 2026 18:51:00 206 0
Sabirabadda qeyri-rəsmi nikahda olduğu 16 yaşlı Nuranə Ələkbərovanı boğub öldürdükdən sonra Kür çayına atan Seyidrəsul Talıbzadənin cəzası ağırlaşdırılıb.
Son.az "Teleqraf"a istinadən xəbər verir ki, bununla bağlı Şirvan Apellyasiya Məhkəməsi yeni hökm çıxarıb.
Belə ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin Seyidrəsul Talıbzadə ilə bağlı çıxardığı 10 il 6 aylıq azadlıqdan məhrumetmə hökmü dəyişdirilib. Şirvan Apellyasiya Məhkəməsinin yeni hökmünə əsasən, təqsirləndirilən şəxs 12 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsində cəza təyini zamanı təqsirləndirilən şəxsin şəxsiyyətinə, əməlin xarakterinə və ictimai təhlükəliliyinə uyğun cəza həddi düzgün qiymətləndirilməyib. Məhkəmə belə qənaətə gəlib ki, Nuranə Ələkbərovanın qətli zamanı Seyidrəsulun xüsusi plan hazırlaması, sonuncunun yalvarışlarına baxmayaraq, amansız rəftar edərək 20 dəqiqə müddətində onu boğması, daha sonra cinayətin əməlini gizlətmək üçün qadını Kür çayına atması təqsirləndirilən şəxsin daha qəddar və amansız olmasını göstərir. Onun bu davranışları cəza təyin olunarkən nəzərə alınmalı idi.
Xəbərə aid video
Xırdalanın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə ya
Azərbaycandan İrana göndərilən növbəti humanitar yardım yola salınıb.
Sabah Ramazan ayının 28-ci günüdür.
ABŞ Prezidenti Donald Tramp İranla müharibədə qələbə qazandığını ela
Sabirabadda mikroavtobusun iştirakı ilə avtomobil qəzası baş verib, 7 nəf
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldür
İsrail Müdafiə Ordusu İranın Milli Təhlükəsizlik Şurasının katibi Əl
Musiqi sağlamlıq və beyin funksiyalarına müxtəlif təsirlər göstərə bi
Qrip və ya soyuqdəymədən sonra yaranan və həftələrlə davam edən öskü
Xaçmaz rayonun Qusarçay kəməri adlanan orta təzyiqli qaz xəttindən Nərə
Mənzil İnşaatı Dövlət Agentliyində aparat rəhbəri vəzifəsinə yeni t
Xaçmazda təqaüdçülərə kömək etmək adı altında yaxınlaşaraq onları
Autumn Durald Arkapav "Günahkarlar" filmindəki fəaliyyətinə gör
Almaniyada yaşayan və özünü bloqer kimi təqdim edən Qabil Məmmədov vasi
