Taksi sahiblərinin NƏZƏRİNƏ: Sığorta haqqı ARTIRILDI
Digərləri 02 Apr 2026 16:57:00 56 0
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydasında dəyişikliklər olunub.
Bu xəbəri də oxu: Öz saytı işləməyən internet şirkətləri SİYAHI
Son.az xəbər verir ki, bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımov müvafiq qərar imzalayıb.
Qərara əsasən, avtonəqliyyat vasitəsi taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün istifadə edildikdə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən ödənilməli olan birillik sığorta haqqı məbləğinin hesablanması üçün 1.5 əmsalı tətbiq ediləcək.
Qeyd edək ki, avtonəqliyyat vasitəsinin taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün istifadə edilməsi dedikdə "Avtomobil nəqliyyatı haqqında" və "Lisenziyalar və icazələr haqqında" qanunlara uyğun olaraq, səlahiyyətli dövlət qurumu tərəfindən verilmiş icazə əsasında avtonəqliyyat vasitəsinə münasibətdə müvafiq buraxılış vəsiqəsi və buraxılış kartı olan daşıyıcılar tərəfindən hər hansı şəxsin sifarişi əsasında qeyri-müntəzəm marşrut üzrə yerinə yetirilən sərnişin daşımaları başa düşüləcək.
Sığorta müqaviləsi bağlanarkən əks olunmuş əmsal avtonəqliyyat vasitəsinin taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və buraxılış kartı barədə məlumat mövcud olduğu halda tətbiq ediləcək.
Avtonəqliyyat vasitəsinin taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və buraxılış kartı barədə məlumatın müəyyən edilməsi mümkün olmadıqda nəzərdə tutulmuş əmsalın tətbiqi sığorta müqaviləsi bağlanarkən sığortalının könüllü bəyanı əsasında həyata keçiriləcək.
Avtonəqliyyat vasitəsinin taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və buraxılış kartı barədə məlumat müəyyən edilməsi mümkün olmadıqda və ya nəzərdə tutulmuş halda həmin məlumat sığortalı tərəfindən sığortaçıya bəyan edilmədikdə sığorta haqqı məbləğinin hesablanması üçün 1 əmsal tətbiq olunacaq.
Həmçinin müəyyən edilən hallarda tətbiq edilən sığorta haqqı üzrə dürüstləşdirmə məbləği üzrə qarşılıqlı hesablaşmaların həyata keçirilməsi məqsədilə sığortaçılar və İcbari Sığorta Bürosu arasında qüvvəyə mindiyi tarixdən ən geci 30 təqvim günü müddətində kollektiv saziş bağlanacaq.
Xəbər verdiyimiz kimi, Sumqayıtda bir ailənin 6 üzvü dəm qazından zəhə
KOB-ların iqlim dəyişiklikləri ilə mübarizədə fəal iştirakının təm
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən apar
Azərbaycanda belə ənənə var ki, may-iyun aylarında büdcəyə əlavələr
ABŞ-ın sabiq prezidenti Donald Trampın İranın uran ehtiyatlarını ələ ke
Yuxuda uşaq paltarı görmək yaxşı şeylərdən yorulur. Bu yuxunun mənası
Bir heçə gün ərzində Bakı şəhərinə yağan şiddətli yağışlardan so
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hərbi Dəniz Qüvvələr
Bakıda və Abşeron yarımadasında martın 31-də hava şəraitinin dəyişkə
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Xalq artisti Rasim
Yapon fəlsəfəsi "Kaizen"dən uyğunlaşdırılan "60 saniyə q
Pişiklərdən insanlara yoluxa bilən Sporothrix brasiliensis göbələyi müə
Texnologiya dünyasında, xüsusilə RAM qiymətlərinin artması və tədarük
Qoz-fındıq və digər çərəzlər ürək sağlığından xərçəngə qədər
