Pentaqon Rusiyaya qarşı hücumlarının dayandırıldığını inkar edir KİV
Dünya 04 Mar 2025 12:31:00 404 0
Pentaqon KİV-lərdə yayılan, yeni müdafiə naziri Pit Hegsetin Rusiyaya qarşı hücum kiberəməliyyatlarının dayandırılması barədə göstəriş verdiyi iddialarını təkzib edib.
Bu xəbəri də oxu: Qorxutma doktrinası: Tramp niyə Karib dənizində güc oyununa başladı
Son.az qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə Bloomberg adı açıqlanmayan rəsmi şəxsə istinadən xəbər yayıb.
Mənbənin anonimlik şərtilə verdiyi açıqlamaya görə, Hegset Rusiyanın "zərərli hədəflərinə" qarşı heç bir əməliyyatı ləğv etməyib və təxirə salmayıb. O bildirir ki, əməliyyatların dayandırılması və ya oxşar məzmunlu heç bir əmr verilməyib.
Kiber təhlükəsizlik sahəsində fəaliyyət göstərən The Record nəşri cümə günü Hegsetin Pentaqonun strukturuna daxil olan ABŞ Kiberkomandanlığına Rusiyaya qarşı hücum kiberəməliyyatlarının planlaşdırılmasından imtina etməyi əmr etdiyini yazmışdı. Bu məlumat qısa müddət sonra digər nəşrlər tərəfindən də təsdiqlənmişdi.
Bundan sonra bir sıra demokratlar, xüsusilə Senatda azlıq lideri Çak Şumer narazılığını bildirib və Tramp administrasiyasının Moskvaya "azad keçid" verdiyini vurğulayıb. O qeyd edib ki, Rusiya ABŞ-ın kritik infrastrukturuna qarşı kiberhücumlarını davam etdirdiyi halda, Vaşinqtonun bu əməliyyatları dayandırması qəbuledilməzdir.
Bununla yanaşı, qeyri-rəsmi məlumatlara görə, Tramp administrasiyası Ukraynaya hərbi yardım tədarükünü, o cümlədən Bayden administrasiyasının qərarlarına əsasən göndərilməsi planlaşdırılan yardımları da dayandırıb.
ABŞ prezidenti Donald Tramp Ukraynaya hərbi yardımları dayandırmaq qərarı
Oruc tutmaq orqanizm üçün çox faydalıdır. Amma sağlamlığında elə prob
Xəzər və Mərkəzi Asiya regionunun hava yolu ilə aparıcı yükdaşıma şi
Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəll
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutuna tələbə q
Yaponiyanın şimalında baş verən və son 30 ilin ən böyük meşə yanğın
"Azərbaycanın ən çox istifadə etdiyi və ya böyütdüyü məsələ re
Artıq bir neçə gündür ki, oxucular Asan İmzanın işləməməsi ilə bağl
ABŞ Nümayəndələr Palatasının üzvü, respublikaçı Darrel İssa bildirib
Bir sürücünün məsuliyyətsizliyi, qaydalara əməl etməməyi ölüm və x
Dünyanın ən populyar internet brauzeri olan "Google Chrome"un 16 ə
Dövlət qulluqçularının və onların ailə üzvlərinin sosial müdafiəsi
Qərbin siyasi mənzərəsi ciddi dəyişikliklərə məruz qalır. ABŞ prezide
