Tarixdə ilk: "Əjdahalar heyəti" görün hara uçdu
Dünya 01 Apr 2025 13:11:00 369 0
"SpaceX" "Crew Dragon" kosmik gəmisini kosmosa göndərib. Bununla da tarixdə ilk dəfə mülki ekipaj Yerin qütb orbitinə uçub.
Bu xəbəri də oxu: Neandertallar ölülərini belə dəfn edirdilər
Son.az xəbər verir ki, uçuş "SpaceX"in "X" sosial media səhifəsində canlı yayımlanıb.
"Fram2"nin heyəti dörd səyahətçidən ibarətdir. Çin əsilli maltalı iş adamı Çun Van, alman Arktika robot mühəndisi Rabeya Patrisia Roqqe, avstraliyalı qütb tədqiqatçısı Erik Filips və norveçli kinorejissor Yannike Mikkelsen.
Missiyanın maddi cəhətdən neçəyə başa gəlməsi açıqlanmır.
Qeyd edək ki, bazar ertəsi Şərq Sahili vaxtı ilə saat 21:46-da (Bakı vaxtı ilə 05:46) "Crew Dragon" kosmik gəmisini daşıyan raket Kennedi Kosmik Mərkəzindəki "Launch Pad 39A"dan havaya qalxıb. Yaxın üç-beş gün ərzində kosmik gəmi Beynəlxalq Kosmik Stansiya ilə birləşmədən planetimizin səthindən 425-450 kilometr yüksəklikdə orbitə çıxacaq.
Missiyanın 22 unikal elmi tədqiqat aparması planlaşdırılır. Onlar qütb buzlaqlarının vəziyyəti və iqlim dəyişikliyinin dinamikası haqqında məlumatların toplanmasından tutmuş kosmosun insan fiziologiyasına təsirinin ətraflı öyrənilməsinə, o cümlədən ekipaj üzvlərinin rentgen tədqiqatlarının aparılmasına qədər geniş mövzuları əhatə edir. Bundan əlavə, alimlər Yerin ən ucqar və sərt guşələrində mövcud olan ekstremal şəraiti öyrənmək niyyətindədirlər./Publika.az
Dünya birjalarında qızılın (XAU/USD) qiyməti əvvəlki günün artımını
Prezident İlham Əliyev "Valideynlərini itirmiş və valideyn himayəsind
"e-bildiriş"in tərtibi, tətbiqi və uçotu Qaydaları" təsdiq
Milli standartlaşdırma qurumu, səlahiyyətinə standartlaşdırma obyektləri
BB vəzifə altqrupu üzrə dövlət qulluğuna qəbul və dövlət qulluğunda
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu
İran Prezidenti Məsud Pezeşkian aprel ayında Azərbaycana dövlət səfərin
Yuxular insanın şüuraltı düşüncələrinin, hisslərinin və gündəlik h
ABŞ prezidenti Donald Tramp üçüncü dəfə dövlət başçısı olması bar
"Dövlət rüsumlarının elektron idarə edilməsi (e-rüsum)" inform
"Qadınlara deyirəm ki, hər şeyə görə ailənizi dağıtmayın. Düzd
ABŞ Prezidenti Donald Tramp "TikTok" sosial şəbəkəsini bloklamaq
Ermənistanda ilk baxışdan adi regional seçkilərdən biri kimi görünən ha
