Nigar Fərhadla bağlı QƏRAR: kanalın yayımı dayandırılacaq
Şou-biznes 01 Apr 2025 15:49:00 357 0
01 aprel 2025-ci il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib.
Bu xəbəri də oxu: Nigarın Hadise ilə arxiv FOTOsu
Son.az xəbər verir ki, iclasda "Kanal S" televiziya kanalında yayımlanan "Sözün bitdiyi an" proqramının 28 mart tarixində saat 11:00-12:46 efirə getmiş buraxılışında aparıcının səsləndirdiyi fikirlərin qanunvericiliyin tələblərinə uyğunluğu müzakirə olunub.
Müzakirələrdən sonra proqramda "Media haqqında" Azərbaycan Respublikası Qanununun 14.1.4-cü maddəsinin tələblərinin (irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkilik təbliğ olunmamalıdır) pozulmasının baş verdiyi ilə bağlı ümumi nəticəyə gəlinib. Aparıcı tərəfindən səslənən fikirlərdə etik davranış normalarından savayı, gender bərabərliyi, hər hansı bir ayrı-seçkiliyin təbliğinin yol verilməməsi ilə bağlı qanunvericilik tələblərinin kobud şəkildə pozulması aşkar edilib.
Sonda qeyd olunan pozuntu faktına görə qanunla müəyyən edilmiş ən uzunmüddətli yayımın dayadırılması sanksiyası tətbiq olunaraq "Kanal S" televiziya kanalının proqramlarının yayımının 4 aprel 2025-ci il tarixdə saat 06.00-dan 05 aprel 2025-ci tarixdə saat 06.00-dək 24 saatlıq dayandırılması ilə bağlı müvafiq qərar qəbul olunub.
Həmçinin, "Kanal S" MMC-nin rəhbərliyindən aparıcıların "Media haqqında" Qanuna uyğun fəaliyyət göstərmələrinin təmin edilməsi tələb olunub.
Tanınmış idmançı Kamil Zeynallı maraqlı açıqlamalar verib.
Bu günlərdə "Ermənistan Ekoloji Cəbhəsi" sosial mediada həyəca
Malayziyanın paytaxtı Kuala-Lumpurda yanğın baş verib.
Bakı şəhəri 301 nömrəli tam orta məktəbin direktorunun müəllimlərə q
Aprel ayı güclü maqnit qasırğaları ilə zəngin olacaq, ən yaxşı halda
Ağcabədidə 14 yaşlı qızın ana olması və bu iş üzrə məhkəmə hökm
Əslində, bütün soğan növləri çiy halda yeməyə uyğun deyil. Əgər yan
İstanbulda tələbələrin Ekrem İmamoğlunun həbsi əleyhinə keçirdiyi eti
Ölçmə metodikalarının (metodlarının) attestasiyasının nəticələri att
Tanınmış aktrisa Arzu Abdulovaya ağır itki üz verib. Aktrisanın anası d
Dünyadan çox uzaqlara uzanacaq kosmik səfərlər artıq üfüqdə görünməy
Rusiyanın ən zəngin biznesmenlərinin sərvəti 2025-ci ilin əvvəlindən et
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı
Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostan
Aktrisa Pərvin Abıyeva yeni fotolarını izləyiciləri ilə bölüşüb.
