Binəli Yıldırım İlham Əliyevə təbrik məktubu göndərib
Siyasət 02 Apr 2025 12:39:00 381 0
Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Bu xəbəri də oxu: Ramiz Mehdiyevin xəyalını qurduğu “Dövlət Şurası” belə olacaqmış
Son.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Türk dünyasının ortaq dəyəri, baharın müjdəçisi, əcdadlarımızdan bizə çox əhəmiyyətli bir miras olan Novruz bayramı münasibətilə Sizi təbrik edirəm. Bu bayramı qardaşlıq ruhu ilə səciyyələnən gözəl günlərdə qeyd etməyimizin sevincini yaşayırıq.
Novruz baharın gəlişi ilə yeniləşməni, bolluq və bərəkəti, qardaşlığı simvolizə edən mühüm bayramdır, eyni zamanda, keçmişimizdən güc alaraq gələcəyimizi qurmaq iradəmizi gücləndirən bir imkandır.
Bu il Novruz bayramı ilə birlikdə qeyd etdiyimiz, mənəvi saflığın, həmrəyliyin rəmzi olan Ramazan bayramı münasibətilə də Sizi təbrik edirəm. Ümidvaram ki, bu bayram da türk dünyasına sevinc bəxş edəcək, birliyimizi, həmrəyliyimizi daha da gücləndirəcəkdir.
Novruz və Ramazan bayramlarının bütün dünyaya sülh, əmin-amanlıq və bərəkət gətirməsi arzusu ilə Zati-alinizə cansağlığı, xoşbəxtlik və uğurlar diləyir, dərin ehtiramımı bildirirəm.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbayca
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərb
Prezident İlham Əliyev almaniyalı həmkarı Frank-Valter Ştaynmayeri Azərba
Türkiyənin məşhur aktrisanın görüntüsü diqqət çəkib.
Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Qriqol Liluaşv
Özünü Rusiya imperiyasının sonuncu imperatoru II Nikolayın nəvəsi kimi t
Tarixi Zəfərimiz sülh danışıqlarına yol açmışdır və hesab edirəm ki
Ötən ildən etibarən tütün məmulatları tullantılarının ətraf mühitə
Bərpaolunan enerji sahəsində, harada ki, Almaniya şirkətlərinin çox böy
Mən tam əminəm ki, bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan ve
Rusiya Prezidenti Vladimir Putin 2011-ci ildən bəri ən genişmiqyaslı hərbi
Son.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
Astrologiya dünyasında bu həftə mühüm səma hadisələri yaşanır. Neptun
Müğənni Nadir Qafarzadə Londondan sonra Şotlandiyanın paytaxtı Edinburqa
