Bakıda ilk dəfə Beynəlxalq Mədəniyyət və Sənət Moda Həftəsi keçirildi FOTO
Kriminal 02 Apr 2025 14:21:00 373 0
Daş Salnamə Muzeyində ilk Beynəlxalq Bakı Mədəniyyət və Sənət Moda Həftəsi keçirildi.
Bu xəbəri də oxu: “Regionlarda peşəkar teatr dərsləri”: layihənin budəfəki ünvanı Ağdam teatrı olub FOTO
Layıhənin Milli direktoru, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova və AFWEU -nun (Asiya, Afrika, Amerika və Avropa qitələrini təmsil edir) təsisçisi Aydın Açıkın təşkilatçılığı ilə Azərbaycan, Qazaxıstan, Gürcüstan, Rusiya, Türkiyə dizaynerlərin iştirakı ilə əsrarəngiz nümayişlər təqdim olundu.
Bağlanış mərasimində Nene Clothing (Gürcüstan), Natia Budsizhvili (Gürcüstan) və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin gənc dizaynerlərinin nümayişləri keçirilib. Bildirilib ki, gənc azərbaycanlı dizaynerlərin ən yaxşı əsərləri beynəlxalq arenada təqdim olunacaq. Axşamın aparıcısı - Əməkdar Mədəniyyət İşçisi Leyla Quliyevadır. Stilist-vizajist Səbinə İmanova. Gecənin kulminasiyası Gülnarə Xəlilovanın "Şəbəkə" yeni kolleksiyasının defilesi olub. Beynəlxalq Bakı Mədəniyyət və Sənət Moda Həftəsi alqış ilə tamamlanıb.
Gülnarə Xəlilova qonaqlara və layihənin həyata keçirilməsində müxtəlif təşkilat və şirkətlərə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib. Qeyd edək ki, layihədə xarici modellər və videoqraflar iştirak edib.
Baku Culture and Creative Fashion Week - tarixin və mədəniyyətin moda ilə qarşılaşdığı bənzərsiz bir təcrübə təqdim etdi. Bakının zəngin mədəni irsini və tarixini əks etdirən Daş Salnamə Muzeyi builki Moda Həftəsi üçün ideal məkan seçilib. Muzeydə nümayiş olunan tarixi daşlar və heykəllər keçmişdən bu günə qədər olan hekayələri ilə modaya ilham verdi. Dizaynerlər estetik və simvolik dəyəri əks etdirən tarixi daş elementlərindən ilhamlanan müasir və yeni kolleksiyalar təqdim etdi. Hər bir moda nümayişi mədəni elementlərin estetik və bədii dəyərlərini əks etdirən anlayışlarla hazırlanmışdır. Ənənəvi geyim və aksessuarlar müasir moda zövgü ilə birləşdirilmişdir. Moda sənayesinin inkişafı sahəsində xüsusi çıxışlar təşkil olunub. Moda və sənətin birləşməsi həm yerli, həm də beynəlxalq səviyyədə sənətkarlar və dizaynerlər arasında əməkdaşlığı və yaradıcı dövrləri təşviq edərək,turizm və iqtisadiyyatın inkişafına töhfə verilib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az, Azernews.Az
"Realme" şirkəti 8000 mAh batareyaya malik smartfonu sınaqdan keçi
Son.az bildirir ki, aprelin 2-də Azərbaycan Respublikasının Prezidenti İlha
"ABŞ Demokrat Partiyasının rəhbərliyi keçmiş prezident Co Baydenin y
Çox şadam ki, Azərbaycanın dünyanın əsas ticarət yollarının birləşdi
ABŞ prezidenti Donald Tramp "TikTok" ilə bağlı yekun qərarı apre
"RacingJunk" saytında qeyri-adi bir nəqliyyat nümunəsi - "Ove
Bazar ertəsi yerli vaxtla saat 19:00-da ABŞ Senatının Baş Assambleyasında
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca
Aktrisa Sonaxanım Əliyeva açıqlamaları ilə diqqət çəkib.
8 yaşlı Narinin dostları Ramazan Bayramının ilk günü onun məzarını ziy
Azərbaycanda dövlətə məxsus bir sıra nəqliyyat vasitələri hərraca çı
Aprelin 15-dən etibarən "Azəristiliktəchizat" ASC həm Bakıda, h
Bu günə qədər sülh müqaviləsinin mətni tam razılaşdırılıb, 17 paraq
ABŞ-də su parkını ziyarət edən bir yaşlı uşaq ölüb. Buna səbəb beyi
Ermənistan ilə Azərbaycan arasında sülh prosesinin çox böyük əhəmiyyə
