Əmisi oğlunun pasportu ilə Bakıya uçan şəxs tutuldu "İspaniya planı"
Kriminal 01 Mar 2025 23:02:00 434 0
19 yaşlı pakistanlı Muhammad Arşad Bakı Hava Limanında saxlanılıb. Buna səbəb başqa şəxsin pasportu ilə Azərbaycana keçməyə cəhd etməsidir.
Bu xəbəri də oxu: "Art Weekend" çərçivəsində Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Püstə ağacı: yaddaşın kökləri” adlı multidissiplinar layihə təqdim olunacaq VİDEO FOTO
Son.az xəbər verir ki, Muhammad Arşad Lahor-Bakı reysi ilə Bakıya gəlib.
Hava limanında yoxlanış zamanı fotodakı şəxsin Arşada oxşamadığı müəyyən edilib. Araşdırma zamanı həmin şəxsin başqası olduğu bilinib.
Arşad dindirilən zaman məlum olub ki, onun təqdim etdiyi pasport əmisi oğlu Ali Osmana məxsus olub. Həmin pasporta görə əmisi oğluna üç min dollar ödəyib.
O, əməlindən peşman olduğunu, Bakıya gəlməkdə məqsədinin buradan İspaniyaya getmək olduğunu bildirib.
Maraqlıdır ki, Arşad həmin pasportla Pakistan hava limanından Bakıya uça bilib.
Araşdırma zamanı o da məlum olub ki, Ali Osman öz pasportunu əmisi oğlu Arşada verən zaman İspaniyada müvəqqəti yaşamaq icazəsi verilən sənəd də təqdim edib. Arşad işləmək və yaşamaq üçün İspaniyaya getmək istədiyini deyib.
Məhkəmə Muhammad Arşada səkkiz ay həbs cəzası verib. Cəzası başa çatdıqdan sonra məcburi qaydada ölkədən çıxarılacaq. (Musavat.com) Son.az
Ramazan ayının ilk gününü yaşayırıq.
Rəsmi statistika göstərir ki, 2025-ci ilin ilk ayında qiymət artımı keç
Məşhur "Titanik" və "Avatar" filmlərinin rejissoru Ceyms
Amerikanın "FedEx" kuryer şirkətinə məxsus təyyarə Newark Hava
Müğənni Cavid Məmmədov Ukraynada səs yarışmasında iştirak etdiyi dövr
Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Kir Star
Müğənni Manaf Ağayev mərhum aktrisa Çimnaz Sultanovanın bir neçə günd
Gəncədə kişi balta və armaturla həyat yoldaşına ölümcül xəsarətlər
Mingəçevirdə yüksək mərtəbəli binada yanğın həyəcanı yaşanıb.
Ezoterik ekspertlər əmindirlər ki, bürcün bütün əlamətləri arasında d
