Seyid Əzim Şirvaninin 190 illiyi qeyd ediləcək SƏRƏNCAM
Siyasət 04 Apr 2025 11:36:00 477 0
Prezident İlham Əliyev Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Bu xəbəri də oxu: Paşinyan Azərbaycana bu marşrutu təklif etdi
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə böyük Azərbaycan şairi Seyid Əzim Şirvaninin 190 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməlidir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
2025-ci ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli şair və böyük maarif xadimi Seyid Əzim Şirvaninin anadan olmasının 190 ili tamam olur.
Seyid Əzim Şirvani yaradıcılığı boyu həm Şərq poeziyasının çoxəsrlik ənənələrini yüksək sənətkarlıqla davam etdirmiş, həm də mühüm ictimai-siyasi dəyişikliklərin baş verdiyi bir şəraitdə Azərbaycan ədəbiyyatının yeni maarifçilik ideyaları ilə zənginləşməsində əhəmiyyətli rol oynamışdır. Dəyərli poetik nümunələrdən ibarət parlaq lirikasında mənəvi gözəlliyi tərənnüm edən şair, eyni zamanda, realist satiralarında dövrün aktual məsələlərinə kəskin münasibət bildirmiş, didaktik əsərlərində humanist ideyaların təbliğinə xüsusi diqqət yetirmişdir. Seyid Əzim Şirvani cəmiyyətin sosial-mədəni tərəqqisi uğrunda qabaqcıl ziyalıların apardığı mübarizənin daim ön sıralarında dayanmışdır. Onun xalqa xidmət naminə öz maarifçi düşüncələrini gerçəkləşdirmək arzusu ilə ana dilində açdığı yeni üsullu məktəb Azərbaycan təhsili tarixində dərin iz qoymuşdur.
16 fevralda keçirilən dövlət qulluğuna qəbul imtahanlarında uğur əldə
Abşeron rayonu, Qobu qəsəbəsinin bir hissəsində istehlakçıların qaz tə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Cənub Qaz
Həqiqi hərbi xidmətdə olmağın yaş həddi müəyyən edilməyən şəxslə
Abşeron rayonu Hökməli qəsəbəsinin sakinləri iddia edir ki, içməli suya
Ermənistan ərazisində 3.2 maqnitudalı zəlzələ qeydə alınıb.
Kriminal avtoritet Sərxan Əsədov Rusiyanın Sankt-Peterburq şəhərində yen
Xəbər verdiyimiz kimi, Tovuzda itkin düşən məktəbli qız tapılıb. Tovuz
ChatGPT mətn yazmaq, kodları düzəltmək, tibbi nəticələri analiz etmək
Avropa Parlamenti təcili prosedura əsasında Azərbaycan tərəfindən guya &q
"Kişi səhv etmək, qadın isə ona göz yummaq üçün yaranıb".
Azərbaycanda körpələr arasında ölüm hallarının sayı artıb. Ötən ild
Ağdamda insan skeletinin qalıqları aşkar edilib.
Prezident İlham Əliyev Seneqal Respublikasının Prezidenti Bassiru Diomaye Fa
