Qatil reperin klipi onu ələ verdi
Şou-biznes 07 Apr 2025 09:06:00 294 0
ABŞ-nin İndiana ştatında 19 yaşlı Kemeron Kayzer Jr. qətldə şübhəli bilinərək həbs edilib.
Bu xəbəri də oxu: "Ana olandan sonra buna son qoydum"
Son.az oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkədəki yazıları və qətldən bəhs etdiyi rep klipi onu tapmağa yardımçı olub.
Qətl 2024-cü ilin iyulunda baş verib. Qurban 20 yaşlı Caten Maksvell olub. O, baş və bud nahiyəsindən aldığı güllə yaralarından dünyasını dəyişib. Hadisə yerində polis 27 ədəd 9 mm-lik patron gilizləri tapıb.
Qətldə şübhəli bilinən şəxs "Thrusthard Clk" təxəllüsü ilə tanınan həvəskar reperdir. Onun "YouTube" kanalının 1800, "Instagram"ında isə 13,8 min abunəçisi var.
Sözügedən qətldən cəmi bir neçə saat sonra qatil "YouTube"da öz cinayətindən bəhs edən rep klipini yerləşdirib. Videoda o, öz əməli ilə, vurub öldürməklə öyünür. Klipdə "Mən onların başladıqları mübahisəni bitirməliyəm. Əgər kimsə sənin qardaşını incidirsə, mənə zəng et", - kimi sözlər də yer alır. Son.az
Koreya Respublikasının hakimiyyət orqanları növbədənkənar prezident seç
"İran ABŞ-la Oman Sultanlığı vasitəsilə danışıqlar aparmağı tə
Şəmkir Rayon Polis Şöbəsinə "Mercedes" markalı avtomobildə sə
ABŞ Prezidenti Donald Tramp həftə sonu Avropa və Asiya liderləri ilə Birl
İsrailin Baş naziri Benyamin Netanyahu müdafiə naziri İsrael Katza Fələst
Gürcüstan xalqı səbirli olsa, Abxaziya və Cənubi Osetiya ilə birləşmək
Müğənni Aysun İsmayılova TikTok-da onun birinci həyat yoldaşı Eşqin Cə
Türkiyəli qulaq burun boğaz xəstəlikləri mütəxəssisi prof.dr.Yavuz Səl
Türkiyənin tanınmış komediya ustası Cem Yılmaz "X" sosial şəb
Çinli seysmoloqlar Çin və ətraf bölgələrdə zəlzələlərin baş vermə
Gecə, şirin yuxudaykən birdən-birə narahatcasına ürəyinin səsinə və
Bahar süstlüyü yazın başlaması ilə bağlı yorğunluq, güc itkisi və ya
Xaçmaz rayonunun Xaspolad-oba kəndində baş verən qətlin detalları məlum
