Bakıda ərini bir mesaja görə balta ilə vuran qadın


Kriminal 08 Apr 2025 22:26:00 101 0

Bakıda ərini bir mesaja görə balta ilə vuran qadın

Qaradağ rayonunun Qızıldaş qəsəbəsində ərinə balta ilə xəsarət yetirməkdə təqsirləndirilən Lalə İmaşova iki illik məhkəmə çəkişmələrindən sonra bu gün azadlığa buraxılıb.

Lalə İmaşovanın vəkili Altay Mirzəyevin Oxu.Az-a verdiyi məlumata görə, o, CM-nin 29, 120.1-ci maddəsi ilə təqsirləndirilərək Bakı Ağır Cinayətlər Məhkəmələrinin 27 mart 2024-cü il tarixli hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilibmiş.

Appelyasiya Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli qərarı ilə onun cəzası 7 il 2 ay 15 günə endirilib.

Bundan sonra Ali Məhkəmənin 05 mart 2025-ci il tarixli qərarı ilə isə Lalə İmaşovanın üzərində qəti olaraq 3 il 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

Lalə İmaşovaya təyin olunmuş cəzanın çəkilməmiş hissəsinin 18.03.2019-cu il təvəllüdlü azyaşlı uşağı, 14 yaşına çatanadək təxirə salınması ilə bağlı müdafiəçisi tərəfindən Sabunçu Rayon Məhkəməsinə müraciət olunub.

Sabunçu Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli qərarı ilə müdafiə tərəfinin ərizəsi təmin edilərək Lalə İmaşova həbsdən azad olunub.

Qeyd edək ki, əri Ceyhun İmaşov Lalə İmaşovanı 2023-cü ilin yanvarın 20-dən 21-nə keçən gecə birgə yaşadıqları evdə, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində, qısqanclıq zəminində döyərək çoxsaylı xəsarətlər yetirib.

Lalə İmaşova özünü müdafiə etmək məqsədilə ona balta ilə vuraraq sağlamlığına ağır zərər yetirib. Ona qarşı cinayət məcəlləsinin 29, 120.1-ci maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.

Məlumat üçün bildirək ki, istintaqla müəyyən edilib ki, Ceyhun İmaşov Lalə İmaşovanın mobil telefonunda, "WhatsApp" tətbiqi vasitəsilə naməlum profildən daxil olmuş mesaj görüb və yoldaşını ona xəyanət etməkdə günahlandırıb. Aralarında davam edən mübahisə zamanı qadın dəhlizdən götürdüyü baltanın kəsici hissəsi ilə, qonaq otağında ərinin başına arxadan 2 dəfə zərbə vurub. Ceyhun İmaşov vaxtında xəstəxanaya çatdırıldığından onun həyatını xilas etmək mümkün olub.

Onu da qeyd edək ki, aparılmış ibtidai istintaq zamanı Lalə İmaşovanın ərinə xəyanət etməsi təsdiq olunmayıb. Son.az

"Murtuza ilə vardövləti üçün yox, xasiyyətinə görə evlənmişəm" like
  • 08 Apr 22:18  
Digərləri "Murtuza ilə vardövləti üçün yox, xasiyyətinə görə evlənmişəm"

Baku TV-nin "Arzunun vaxtı" verilişinin yeni buraxılışı yayımla

arrow Ətraflı
Bu 5 bürc doğulandan bəri şanslıdır  Sevgi, pul... like
  • 08 Apr 22:10  
Digərləri Bu 5 bürc doğulandan bəri şanslıdır Sevgi, pul...

Astrologiyada bəzi bürclərin şans və bəxt baxımından digərlərindən da

arrow Ətraflı
Lənkəranskinin adamı Xırdalanda güllələndi like
  • 08 Apr 21:59  
Kriminal Lənkəranskinin adamı Xırdalanda güllələndi

2022-ci il mayın 12-də 1984-cü il təvəllüdlü Samir Kazımov Bakı şəhə

arrow Ətraflı
Təqsirləndirilən jurnalist ifadə verdi like
  • 08 Apr 21:50  
Digərləri Təqsirləndirilən jurnalist ifadə verdi

"Abzas Media" cinayət işi üzrə təqsirləndirilən şəxslərin n

arrow Ətraflı
İctimai fəal cinayət işi üzrə araşdırmaya cəlb olundu like
  • 08 Apr 21:43  
Digərləri İctimai fəal cinayət işi üzrə araşdırmaya cəlb olundu

İctimai fəal Anar Abdulla araşdırmaya cəlb olunub.

arrow Ətraflı
20 il sonra barışdılar  FOTO like
  • 08 Apr 21:13  
Şou-biznes 20 il sonra barışdılar FOTO

Tanınmış amerikalı müğənni Madonna 20 ildən sonra britaniyalı bəstəka

arrow Ətraflı
Bu dövlət qurumunda İNSİDENT like
  • 08 Apr 20:46  
Kriminal Bu dövlət qurumunda İNSİDENT

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət g

arrow Ətraflı
"Tramp buna hazırdır" like
  • 08 Apr 20:40  
Dünya "Tramp buna hazırdır"

"Amerika prezidentinin bəyanatlarından təşvişə düşmüşəm". 

arrow Ətraflı
Dahi bəstəkar Nigar nənəsinə elçi gedibmiş  FOTO like
  • 08 Apr 20:29  
Şou-biznes Dahi bəstəkar Nigar nənəsinə elçi gedibmiş FOTO

Azərbaycana 2012-ci ilə "Avroviziya" sevinci bəxş edən müğənni

arrow Ətraflı
Keçmiş deputatın qızı anasını AXTARIR: 18 ildir ki... like
  • 08 Apr 20:18  
Digərləri Keçmiş deputatın qızı anasını AXTARIR: 18 ildir ki...

Sabiq deputat Vaqif Musayevin qızı DNT testi üçün "Səni axtarıram&qu

arrow Ətraflı
Məşhur şadlıq evi BAĞLANDI  FOTO like
  • 08 Apr 20:15  
Digərləri Məşhur şadlıq evi BAĞLANDI FOTO

Sumqayıtda şadlıq evinin fəaliyyəti dayandırılıb.

arrow Ətraflı
"Ərimin corabı boğazınızda qalsın" like
  • 08 Apr 19:55  
Şou-biznes "Ərimin corabı boğazınızda qalsın"

Müğənni Ofelya Şabanova atmacası ilə diqqət çəkib.

arrow Ətraflı
Hamının içdiyi məşhur dərman kişi sonsuzluğu yaradır  Alimlər AŞKARLADI like
  • 08 Apr 19:43  
Digərləri Hamının içdiyi məşhur dərman kişi sonsuzluğu yaradır Alimlər AŞKARLADI

Parasetamolun yüksək dozaları bədəndə toplana və kişilərdə aktiv sperm

arrow Ətraflı
Alimi öldürüb qalıqlarını çamadana yığdılar like
  • 08 Apr 19:32  
Dünya Alimi öldürüb qalıqlarını çamadana yığdılar

Prestijli Kral Biologiya Cəmiyyətində çalışan britaniyalı alim Kolumbiyad

arrow Ətraflı