İsa Məsihin məzarı tapılıb? Arxeoloqlardan tarixi kəşf
Dünya 09 Apr 2025 07:01:00 333 0
Arxeoloqlar Hz. İsanın çarmıxa çəkilməsi və dəfn edilməsi ilə bağlı İncil qeydlərini dəstəkləyən yeni dəlillər tapdıqlarını bildiriblər.
Bu xəbəri də oxu: Rusiyada tələbə hamilə qızlara 2800 manat veriləcək
Son.az xəbər verir ki, bu iddia bütün dünyada milyonlarla insanın maraqla izlədiyi müzakirələrə yeni nəfəs verib.
İtaliyanın Romadakı Sapienza Universitetindən bir qrup arxeoloq Yerusəlim yaxınlığında apardıqları qazıntılar zamanı 2 min il əvvələ aid fosilləşmiş zeytun və üzüm bitkiləri tapıblar. Bu tapıntı İncilin Yəhya 19:41 ayəsində bəhs edilən, İsanın dəfn edildiyi "bağ"ın mövcudluğuna dair əhəmiyyətli sübut kimi dəyərləndirilir.
Tədqiqatın rəhbəri, arxeoloq Francesca Romana Stasolla bildirib ki, qazıntılar təkcə dini bir məkanın deyil, həm də bu inanca sahib insanların tarixi izlərini ortaya çıxarır:
"İnsan Müqəddəs Qəbirin tarixi gerçəkliyinə inanıb-inanmamasının fərqi yoxdur. Bu, nəsillər boyu yaşadılan bir inancın izidir".
Hal-hazırda Pasxa bayramı qeyd olunduğuna görə qazıntılara fasilə verilib. Arxeoloqlar bayramdan sonra işlərinə davam edəcəklərini və ərazinin qədim tarixini daha da dərindən araşdıracaqlarını açıqlayıblar.
Bu kəşf Hz. İsanın dəfn yerinə dair mübahisələrə yeni elmi baxış bucağı gətirə bilər.
Fidan Son.az
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının
"Qorxmaz Əlilicanzadənin oğlu Məmmədlə dostam. Ola bilər aramızda i
Xolesterol səviyyəsinə nəzarət sağlamlığı qorumaq və ürək-damar xəs
Dünyanın ən varlı qadınlarının siyahısı açıqlanıb.
"Deyirlər ki, şou-biznes insanları məsuliyyətsiz, yalançı olurlar. O
Son illərdə estetik prosedurlar arasında ən çox yayılmış üsullardan bir
Dəfnə yarpağı ilə evdəki mənfi enerjini yox et - qədim üsul yenidən tr
Xəbər verdiyimiz kimi, müğənni Səidə Sultan bir müddət əvvəl ana ola
Tövsiyə olunan həftəlik fiziki fəaliyyət miqdarını yerinə yetirmək hə
Ancelina Coli - sadəcə bir ulduz deyil, əsl əfsanədir! Onun seçdiyi ətirl
Şizofreniyadan əziyyət çəkən ana və övladı 1 il 3 aydır ki, dərmanlar
Kolumbiya Universitetinin məzunu və psixiatr Dr. Judith Joseph psixi sağlaml
Ermənistan Daxili İşlər Nazirliyi Qarabağ ermənilərinin pasportlarında d
Azərbaycanda I rübdə vətəndaşlara geri qaytarılan Əlavə Dəyər Vergisi
Virtual biznes oyununa qoşuldu, indi isə gənclərə "mən yandım, siz y
