Melikset Paşayan Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində qanunsuz hərbi xidmət keçdiyini etiraf edib
Kriminal 10 Apr 2025 14:33:00 469 0
Aprelin 10-da Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Melikset Paşayan dövlət ittihamçılarının suallarını cavablandırarkən Azərbaycan Respublikasının vaxtilə işğal altında olmuş ərazilərində qanunsuz şəkildə hərbi xidmət keçdiyini etiraf edib.
Bu xəbəri də oxu: Tovuzda kafedə bıçaqlanma oldu
AZƏRTAC xəbər verir ki, Ermənistan Respublikası silahlı qüvvələrində xidmət etmiş M.Paşayan ona "Kalaşnikov" silahı təhkim olunduğunu bildirib.
Bir neçə istiqamətdə, o cümlədən Ağdam rayonunun Sarıcalı, Güllücə və digər kəndlərində döyüş postlarında durduğunu deyən təqsirləndirilən şəxs dövlət ittihamçısı Fuad Musayevin sualına cavabında "Ağdam Azərbaycan Respublikasının rayonudur" deyib. Azərbaycan ərazilərində nəyi kimdən qoruması barədə suala isə cavab verə bilməyib.
Xatırladaq ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu
Argentina prokurorları 1994-cü ildə Buenos-Ayresdə yəhudi mərkəzinin part
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasın
Bu cümə axşamı ulduzlar bürcün əlamətlərindən birinə gözlənilməz h
Aprelin 9-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlha
Müğənni Lətifə Söyüöz rəqqasə Fatimə Fətəliyevanın ad günü məcl
"Dövlət məmurları öz bilik səviyyələri haqqında düşünməlidirl
ATV-də yayımlanan "Gün ortası" verilişində maraqlı anlar yaşan
Azərbaycanda dörd gün Kliniki Tibbi Mərkəzin (KTM) Doğum-Reanimasiya şö
Xəbər verdiyimiz kimi, tanınmış iş adamı, "Şərur MTK"nın sah
Aprelin 11-də gözlənilən hava şəraiti açıqlanıb.
Ermənistanın Kasax (Abaran) və Proşyan kəndlərinin sakinləri hökumətin
