Kitabxana əməkdaşları üçün növbəti təlim Gəncədə təşkil olunub FOTO
Kriminal 11 Apr 2025 15:18:00 464 0
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə həyata keçirilən Gəncədə "Mədəniyyət rüzgarı" tədbirlər proqramı çərçivəsində Azərbaycan Milli Kitabxanasının və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə şəhər və ətraf rayonlarda yerləşən kitabxanaların əməkdaşları üçün təlim təşkil olunub.
Bu xəbəri də oxu: Milli İncəsənət Muzeyində “Keçə sənəti: əllərin sehri” çərçivəsində defile nümayiş etdirilib FOTO
Gəncə şəhəri ilə yanaşı Naftalan, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonunda fəaliyyət göstərən kitabxanaların əməkdaşlarının qatıldığı təlimdə MEMİM-in direktoru vəzifəsini icra edən sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin əməkdaşı Tacir Qurbanov çıxış edərək, kitabxana sahəsində çalışanların peşəkar inkişafına töhfə vermək, onların müasir kitabxana idarəçiliyi və rəqəmsal resursların əlçatanlığını, region kitabxanalarında müasir proqramların tətbiqini təmin etmək məqsədilə bu kimi təlimlərə ehtiyac olduğunu vurğulayıblar.
Daha sonra Azərbaycan Milli Kitabxanasının şöbə müdirləri, tarix üzrə fəlsəfə doktoru Aygün Koçak və Sevinc Əfəndiyeva "İnnovativ metodlar və informasiya texnologiyalarının kitabxana işinə tətbiqi" və "KOHA Avtomatlaşdırılmış Kitabxana İdarəetmə Sisteminin kitabxanalarda tətbiqi" mövzularında təqdimatlarla çıxış ediblər.
Sonda mövzular ətrafında fikir mübadiləsi və müzakirələr aparılaraq təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Onu da qeyd edək ki, MEMİM tərəfindən cari ilin əvvəlində Şəkidə kitabxana əməkdaşları üçün təlim təşkil edilib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az, Azernews.Az
ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv
Bəzi vətəndaşlar Ucarda şəkərli diabet xəstələri üçün müvafiq dər
Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ərtoğruloğl
Bakıda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş ver
Bugünki cəmiyyətdə maddi dəyərlər və materialist yanaşmalar daha çox
Kənd təsərrüfatı və digər məhsulların ixracından əldə olunan pul və
Castin Timberleyk (Justin Timberlake) "The Forget Tomorrow" dünya tur
Piriyev Rəfael Fizuli oğlu Azərbaycan Respublikası Baş Prokurorluğunun İs
Xəbər verdiyimiz kimi, ötən gün Nizami rayonu, Heydər Əliyev prospekti il
Avropa İttifaqı və "European Crafts Alliance"ın dəstəyi ilə Avr
"Parçalanmış dünyada diplomatiyaya dönüş" sloqanı ilə bu gün
Astara rayonunda ailədaxili münaqişə qayınana, qayınata və baldızın cə
Həqiqi hərbi xidmətdə olmağın son yaşı həddi müəyyən edilməyən ş
Borcluların ölkədən getmək hüququ yeni qaydada müvəqqəti məhdudlaşdı
