“Acından ürəyim getdi, Xalq artisti mənə yemək aldı” Əməkdar artistlə MÜSAHİBƏ
Şou-biznes 11 Apr 2025 23:53:00 132 0
Lent.az-ın müsahibi Azərbaycan Dövlət Milli Gənc tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Elnur Hüseynovdur.
Bu xəbəri də oxu: Nigar dekolteli geyimi ilə diqqət çəkdi VİDEO
- Elnur, xoş gördük. Məhəmməd Əmin Rəsulzadə obrazını sizin simanızda görmək gözəl idi. Amma ümumilikdə tamaşaçı Elnuru uşaq verilişlərinin aparıcısı kimi tanıyıb sevib. Uzun müddət ekranlarımızdan övladlarımız sizi sevə-sevə izləyiblər. Təəssüf ki, bu gün teleməkanda aparıcısı olduğunuz uşaq verilişi yoxdur. Ümumiyyətlə, uşaqlarla bağlı tamaşa, film, ədəbiyyat, verilişlər sizi qane edir?
- Azərbaycanda uşaqlar üçün maraqlı obraz, qəhrəman qıtlığı yaşanır. Bir zamanlar uşaqlar "Xoruz baba"nı, "Savalan baba"nı az qala öz babalarından çox sevirdilər. Mən də efirdə "Ağıllı" adlı bir obraz təqdim etdim. Amma bu uşaqlar arasında nə dərəcədə rəğbət qazanır bu sual altındadır. Göstərdiyimiz əmək uşaqlar arasında daha az yayılır, nəinki sosial şəbəkələrdə bəsit adamların dillərindən eşitdikləri vulqar ifadələr. Baxırsan ki, çəkdiyin əmək hədər gedir.
- ARB Günəş kanalında yayımlanan verilişiniz niyə dayandırıldı?
- Sponsor olmadığına görə. Uşaq verilişlərində reklam etmək istəmirlər. Öz gücümüzə bu verilişi ayaqda saxlamağa çalışdıq. Bəzən çəkiliş üçün yerimiz olmadı, parklarda, ağacların altında çəkdik. Ssenarini elə yazırdıq ki, guya belə də olmalıdır. Amma axırda telekanal rəhbərliyi bildirdi ki, bizim verilişin reytinqi yoxdur deyə daha yayımlanmayacaq. Amma bizim izləyicilərimiz var idi. Bir ana mənə deyirdi ki, autizmli övladım ancaq sizə baxa-baxa yemək yeyir, başqa cür yedirə bilmirik. Reytinqə qurban getdik. Amma bu gün yaraşıqlı bir oğlan, gözəl bir qız yaxınlaşıb deyəndə ki, uşaq vaxtı sizin verilişlərə çox baxmışıq bu mənim üçün dünyaya dəyir.
- Bəzi müğənnilər efirə çıxıb milyonluq villalarından, çox bahalı avtomobillərindən, aylıq 100- 150 minlik qazanclarından, toy bazarlarından danışırlar. Bu mənada aktyorların bəxti daha az gətirib. Necə dolanırsınız?
- Yaxşı ki, teatr var. Əməkdar artistəm, bir də Prezident mükafatçısıyam. O olmasa nə edərəm bilmirəm. Dövlətim məni çətində qoymaz deyə inanıram. Evim yoxdur, illərdir kirayədə yaşayıram. Mənə ev verilsin demirəm, amma aktyorlara elə bir şərait yaradalar, bina tikələr biz kirayə haqqı kimi aylıq ödənişlərimizi edək, sonunda o ev bizə qalsın. Belə praktika dünyanın bir çox ölkələrində var, bizdə də olsa yaxşı olardı.
- Filmlərə dəvət alırsınız?
- Təəssüf ki, yox. Bu gün filmlərə bir qrup aktyoru çəkirlər. Rasim Balayevin bir sözü var, deyir əsl aktyorlar teatrda yetişir. Mən gündüz Buratino, axşam III Riçard tamaşasında Bekingem rolunu oynayıram. Ustad sənətkarların dediyinə görə pis oynamıram. Amma filmlərə dəvət yoxdur. Əlbəttə istərdik dəvət olsun, film tarixdir yaddaşdır, qalır sabahkı günlər üçün. Tamaşa belədir ki, bu gün oynadın bitdi. Küçədən tapdıqları adamları filmə çəkirlər, bizi yox. Rejissordan soruşsan, deyəcək "sənə uyğun rolumuz yoxdur". Universal aktyoram. Küçədən keçən təsadüfi adamları gətirincə peşəkar aktyoru çək də. Naibə Allahverdiyeva, Nübar Novruzova, Şəfəq Əliyeva, Tariyel Qasımov, Yasin Qarayev kimi aktyorların yaşının və sənətinin elə bir dövrüdür ki, iştirak etdikləri hər film sambala minir, kolorit qatırlar. Naibə xanımın filmdə bir epizodda balkona çıxıb "ay uşaq, orda səs-küy salmayın, gedin, başqa yerdə oynayın" deməsinin özü belə ayrı bir rəngdir, gözəllikdir. Bunu edin də. Rejissorlar bunu anlamırlar. Uşaqlar üçün filmlər yoxdur. Mən dostum, rejissor Heydər Vüqaroğlu ilə birlikdə 2 uşaq filmi çəkdik. Bütün aktyorlar qonorarsız çəkildilər və cəmi bir dəfə efirdə göstərildi. Biz bütün varlığımızla buna can atırıq, amma gərək buna dəyər verilə. Təəssüf ki, film sektorundakılar bizi görmürlər.
- Kimlərlə eyni səhnədə olmaq sizə xoşdur?
- Naibə xanımla. Səhnəmizin sultanı deyirəm ona. Çətin deyəcəyim heç kim yoxdur. Yasin Qarayev bizim ağsaqqalımızdır. O teatra gələn gün hamı onun otağına girir, masaya şirniyyat düzülür, salamlaşıb şirniyyat yeyib gedirlər. Bizim kollektiv çox mehribandır. Böyüyə-kiçiyə hörmət var. Mən öz doğma atamdan çox Yasin Qarayevə qulluq göstərirəm. Çünki teatrdakıları ailəmdəkilərdən daha çox görürəm.
Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin

"2025-ci ildə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş 11-ci

Üç ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsində həlak olan a

"Ailənizi dağıtmayın. Pis demirəm ki? Hər evdə söz-söhbət olur. B

İran Prezidenti Məsud Pezeşkian yüksək çinli məmurlarla görüşü zaman

Məlum olduğu kimi, martın 2-də keçirilmiş buraxılış imtahanında 23 abi

ABŞ-nin Florida ştatında baş verən təyyarə qəzası nəticəsində azı 3

Türkiyənin sabiq xarici işlər naziri, hazırda millət vəkili olan Mövlud

Restoranda müştərinin bank kartından oğurluq edən administrator saxlanıl

"Taksi" tanınma nişanları, taksometr və ya sərnişin və baqaj da

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinə Ukraynada atəş

Naxçıvan şəhəri Sabir küçəsində fərdi yaşayış evində yanğın hadi
