Leyla Əliyevanın təşəbbüsü ilə şəhər yaşıllıqlarının inventarlaşdırılması üzrə layihənin növbəti mərhələsinə start verilib
Siyasət 13 Apr 2025 19:31:00 355 0
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2022-ci ildən həyata keçirilən "Bakı şəhərində ağacların qeydiyyatı və nömrələnməsi" layihəsinin növbəti mərhələsinə başlanılır.
Bu xəbəri də oxu: Ramiz Mehdiyevin Rusiyaya yazdığı məktub üzə çıxıb FOTOFAKT
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Leyla Əliyevanın iştirakı ilə aprelin 13-də Bakı şəhərinin Nərimanov rayonunda yerləşən yeni açılan parkda layihə üzrə ağacların qeydiyyatı aparılıb, üzərinə nömrəli etiketlər vurulub. Eyni zamanda parkın ərazisində 50 ədəd zeytun ağacı əkilib.
IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin birgə əməkdaşlığı ilə həyata keçirilən layihənin əsas məqsədi yaşıllıqların mühafizəsinin dayanıqlığını təmin etmək, müdaxilə hallarının aradan qaldrılmasına, dəqiqləşdirilmiş inventarizasiya və reyestr platformasının formalaşdırılmasına, ictimai nəzarətin gücləndirilməsinə nail olmaqdır.
Qeyd edək ki, layihə çərçivəsində artıq "Şəhər yaşıllıqlarının reyestri" informasiya sistemi yaradılıb və Bakı şəhərinin Səbail rayonu ərazisində 25 minə yaxın ağac uçota alınıb, yaxın aylarda üzərlərinə nömrə lövhələri vurulmaqla inventarlaşma prosesinin tamamlanması nəzərdə tutulub.
Eyni zamanda, layihənin pilot mərhələdə icrası zamanı Nərimanov rayonu ərazisində yerləşən Atatürk parkı və abad həyət komplekslərində 2 min 352 ağac uçota alınaraq inventarlaşdırılıb. İnventarlaşdırılmış ağacların üzərində hər bir ağacı identikləşdirən inventar lövhələri vurulub.
Ağaclar barədə məlumatların ictimaiyyətə açıq formada təqdim edilməsi məqsədilə www.agac.az portalı sınaq rejimində istifadəyə verilib. Təqdim olunan portal, Azərbaycan Respublikasının Prezidentinin 10 yanvar 2025-ci il tarixli, 282 nömrəli Fərmanı ilə Əsasnaməsi təsdiq edilmiş "Rəqəmsal ekologiya" informasiya sisteminin tərkib hissəsi olaraq yaradılmışdır.
Qeydiyyat işləri şəhərin inzibati ərazisində, o cümlədən park, yol kənarı və həyətyanı məhəllələrdə yerləşən bütün yaşıllıqlara şamil edilir. Proses əvvəlcədən təşkil edilmiş qruplar tərəfindən, hər bir ağacın üzərində xüsusi hazırlanmış nömrə etiketləri vurmaqla və həmin ağac barədə dürüst məlumatların elektron bazada yığılması ilə həyata keçirilir. Nömrələnmə ağaclara tam zərərsiz olan üsul ilə aparılır. Ağacın gövdəsinə vurulan etiketlər davamlı materialdan hazırlanır və üzərində ağacın nömrəsi və ağacın fərdi profilinə keçid üçün QR-kod əks olunur.
Bakıda ağacların qeydiyyatı və nömrələnməsi üzrə layihənin tərəfdaşları hər kəsi yaşıllıqların mühafizəsi və artırılmasına dəstək olmağa, təbiətimizin yaşıl gələcəyi naminə birləşməyə çağırır. Son.az
Aprelin 13-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyin
Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) dərc etdiyi təqvimə əsasən, Məhə
Müğənni Şəbnəm Tovuzlu "Elcanlı verilişinin qonağı olub.
Böyük Britaniyanın dəmir yolu naziri Lord Piter Hendi ikimərtəbəli avtobu
Azərbaycanın bəzi rayonlarında aprelin 14-dən 15-nə keçən gecədən baş
İqtisadçı Eyyub Kərimli "Kredit büroları haqqında" Qanuna dəyi
Müğənni Rəqsanə İsmayılova həmkarlarına mesaj yollayıb.
Azərbaycanın müstəqil xarici siyasəti və dost ölkələrin, xüsusən də
Azərbaycanda siqaretlərin qiymətində artım müşahidə olunur.
Xəbər verdiyimiz kimi, rəqqasə Fatimə Fətəliyevanın özünə dəbdəbəl
Apple onilliklər ərzində Asiyada öz logistikasını qurub, ona görə də Do
Azərbaycan millisinin üzvü Hidayət Heydərov görüntüsü ilə gündəm olu
Əməkdar artist Firuzə İbadovanın başına iş gəlib.
Dünyanın ən varlı siyasətçiləri şəxsi sərvətləri ilə diqqət çəki
Aprel bürcün bəzi əlamətləri üçün əsl sınaq ayı olacaq. Son.az-
