İsrail pasportu olanlara şok qadağa: Bu ölkəyə girişləri yasaqlandı
Dünya 16 Apr 2025 15:41:11 377 0
Hind Okeanında yerləşən məşhur turizm məkanı olan Maldiv adaları İsrail vətəndaşlarının ölkəyə girişini qadağan edib.
Bu xəbəri də oxu: Luvr muzeyinin mühafizəçisi oğrularla əlbir olub?
Son.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu İsrail pasportuna sahib olan şəxslərin ölkəyə daxil olmasını yasaqlayan qanun layihəsini təsdiqləyib.
Fələstinlə həmrəyliyin nümayişi
Prezident Administrasiyası tərəfindən verilən açıqlamada bildirilib: "Bu qərar İsrailin Fələstin xalqına qarşı davam etdirdiyi vəhşilik və soyqırımı əməllərinə cavab olaraq hökumətin sərgilədiyi qəti mövqeni əks etdirir. Maldiv hökuməti Fələstin məsələsindəki prinsipial dəstəyini və Fələstin xalqının hüquqlarının qorunmasına olan sadiqliyini bir daha təsdiqləyir. Maldiv beynəlxalq hüquq normalarının pozulmasına görə cavabdehliyə çağırmaqda və İsrailin hərəkətlərini beynəlxalq platformalarda pisləməkdə davam edəcək."
1967-ci il sərhədlərinə diqqət
Açıqlamada əlavə olunub ki, Prezident Muizzu Maldiv Respublikasının mövqeyini dəfələrlə bəyan edib: Maldiv BMT qətnamələri və beynəlxalq hüquq normalarına əsaslanaraq paytaxtı Şərqi Qüds olan 1967-ci il sərhədləri daxilində müstəqil və suveren Fələstin dövlətinin yaradılmasına prinsipial dəstək verir.
Məlumata görə, qadağa dərhal qüvvəyə minib. Qeyd edək ki, İsrail Xarici İşlər Nazirliyi ötən il İsrail vətəndaşlarını Maldivlərə səyahət etməmələri barədə xəbərdar etmişdi.
Hüseyn Son.az
Ağsuda selin ekskavatoru aparması nəticəsində ölən şəxs sahə rəisi ol
"Bir insana necə ölüm arzulamaq olar axı?!"
Ağsuda selin ekskavatoru aşırması nəticəsində xəsarət alanların kimliy
Şakir Paşa Ailəsi" serialının çəkilişləri zamanı növbəti faciə
Elm adamları Günəşdə nadir görünən iki partlayışın baş verdiyini bil
Son.az AZƏRTAC-a istinadən bildirir ki, aprelin 16-da Azərbaycan Respublika
Ekoloji tarazlığın pozulması respublikamızın ərazisində il ərzində bir
ADPU-nun Kimya və biologiya fakültəsinin "Kimya müəllimliyi" ixti
Müğənni İlhamə Qasımova həyatı ilə bağlı bilinməyən faktları açı
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Nə
Türkiyəli məşhur müğənni Kənan Doğulunun musiqiçi qardaşı Ozan Doğ
Son zamanlar sürücüləri maraqlandıran məsələ avtomobillərin bazar qiym
Milyarder iş adamı, "Aznar" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sa
Avstraliyada məşhur olan fast food brendi Taco Bell, iflasın astanasına gəl
