İlham Əliyev Riçard Armitacın vəfatı ilə bağlı başsağlığı verib
Siyasət 16 Apr 2025 18:09:00 385 0
Prezident İlham Əliyev Riçard Armitacın vəfatı ilə bağlı ailəsinə başsağlığı verib.
Bu xəbəri də oxu: Azərbaycan deputatları İrəvana getməkdən imtina etdi
Son.az AZƏRTAC-a istinadən bildirir ki, başsağlığı məktubunda deyilir:
"Görkəmli dövlət xadimi, diplomat və ictimai-siyasi xadim, Azərbaycanın böyük dostu Riçard Armitacın vəfatı xəbəri bizi olduqca kədərləndirdi.
Riçard Armitac uzun illərdən bəri beynəlxalq siyasət və diplomatiya sahəsində davamlı və səmərəli fəaliyyəti, zəngin təcrübəsi və yüksək peşəkarlığı ilə həm ABŞ-da, həm də ondan kənarda böyük nüfuz qazanmışdır. O, dünyada sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olması, münaqişələrin və gərginlik ocaqlarının aradan qaldırılması, qlobal təhdidlərin qarşısının alınması işinə mühüm töhfələr vermişdir.
Riçard Armitac Azərbaycanın dostu idi. Ona Azərbaycanda hər zaman hörmət və rəğbətlə yanaşmışlar. Azərbaycan Respublikası ilə Birləşmiş Ştatlar arasında münasibətlərin inkişafında, dostluq əlaqələrimizin möhkəmlənməsində Riçard Armitacın xidmətlərini xüsusi qeyd etmək istərdim. Onunla görüşlərimi ən xoş təəssüratlarla xatırlayıram.
Riçard Armitacın əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.
Bu ağır anlarda dərdinizi bölüşür, Sizə və ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm". Son.az
Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 73-cü kilometrliyin
"Bir müddət əvvəl "Yeni Klinika"da stasionar müalicəyə cə
Yağışlı hava şəraiti ilə əlaqədar Ağsuçaydan keçən sel suları rayo
Fransa Prezidenti Emmanuel Makron Rusiyanın Ukraynanın Sumı şəhərinə etdi
İran hökuməti İran və Azərbaycan arasında hökumətlərarası təhlükəs
Ukraynada hərbi vəziyyətin və ümumi səfərbərliyin müddəti uzadılıb.
Müğənni Mənzurə Musayeva şəxsi həyatı barədə maraqlı açıqlamalar v
Yağışın davam etdiyini nəzərə alsaq, yağıntıların miqdarının artaca
Amerikalı televiziya siması, "Gambit" və "Tic-Tac-Dough"
Prezident İlham Əliyev "III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda
Bakıda yağan güclü yağışlar paytaxtın bir sıra ərazilərində ciddi f
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) dəniz kənarında qəzaya uğ
Rusiyanın dövlət televiziyasında yayımlanan son veriliş beynəlxalq səviy
Xərçəng - müasir dövrün ən qorxulu xəstəliklərindən biri olsa da, onu
Hazırda Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri və Xaç
