Arkadi Qukasyan azərbaycanlıların Xankəndidən çıxmağa məcbur edildiklərini etiraf edib
Siyasət 17 Apr 2025 15:22:00 421 0
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyan məhkəmənin ötən iclasında tədqiq edilmiş sənədlərlə bağlı dindirilib.
Bu xəbəri də oxu: Azərbaycanın Təbrizdəki baş konsulu vəzifəsinə yeni təyinat olub
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, o, dövlət ittihamçılarının suallarını cavablandırarkən azərbaycanlıların Xankəndidən çıxmağa məcbur olunduqlarını etiraf edib.
Arkadi Qukasyan azərbaycanlılara qarşı cinayət törətmiş dəstələrin rəhbərlərindən - Robert Köçəryanla 1992-ci ildən, Samvel Babayanla 1993-cü ildən, Murad Petrosyanla 2000-ci ildən sonra tanış olduğunu bildirib.
Təqsirləndirilən şəxs Xəlfəliçay üzərindəki körpünün partladılması barədə suala cavabında isə bu hadisəni xatırladığını deyib.
A.Qukasyan hadisələr baş verən vaxtlarda - ötən əsrin 90-cı illərində Ermənistandan Azərbaycan ərazilərinə (Xankəndiyə və digər yerlərə) gələnlərin olduğunu təsdiqləyib, lakin silahların haradan gətirilməsi barədə məlumatsız olduğunu iddia edib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
"Volsvagen" qrupun "Porşe" və "Audi" markalar
Azərbaycanda 2006-cı ildən sonra pensiya almaq üçün iki əsas şərt lazı
Gəncə şəhərində 1984-cü il təvəllüdlü Vüqar qısqanclıq zəminində
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının ərazisində praktik tibb
Mingəçevir şəhərində 1999-cu il təvəllüdlü Vəliyeva Aygün Elşan qı
ABŞ-nin Los-Anceles şəhərində yerləşən "Love Jewels" adlı zin
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 9-da keçirilən buraxıl
Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind
"Mənə görə italyan da meyxanaya qulaq asacaq"
Türkiyənin Kocaeli vilayətinin Çayırova rayonunda anası ilə birlikdə av
Əlilliyi olan şəxslərin öz bacarıqları və yaradıcılıqları ilə məş
17 aprel – Ümumdünya Hemofiliya Günüdür
Milyarder iş adamı, "Aznar" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sa
Bu gün yeni ticarət rüsumlarını həyəcanla müzakirə edənlər - sanki fu
