İran prezidenti bu tarixdə Azərbaycana gəlir
Siyasət 18 Apr 2025 13:40:00 406 0
Aprelin 27-də İran prezidenti Məsud Pezeşkian Azərbaycana səfər edəcək.
Bu xəbəri də oxu: İlham Əliyev Zəngilanda 104 mənzilli yaşayış kompleksində görülmüş işlərlə tanış olub
Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Palatasının sədr müavini Hüseyn Pirmoəzzen Hökumət və Özəl Sektor Dialoqu Şurasının iclasında deyib.
Onun sözlərinə görə, İran prezidentinin Azərbaycana səfərində 120 nəfərdən ibarət heyətdə özəl sektorun nümayəndələri, İran və Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndələri və İranın şimal-qərbində yerləşən 4 vilayətin valisi yer alacaq.
Pirmoəzzen əlavə edib ki, səfər çərçivəsində iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi və özəl sektorun nümayəndələrinin növbəti səfərlərinin planlaşdırılması nəzərdə tutulub.
Palata rəsmisi qeyd edib ki, İran və Azərbaycan arasında körpünün istifadəyə verilməsi (Ağbənd-Kəlalə) ilə iqtisadi əməkdaşlıq daha da inkişaf edəcək.
Qeyd edək ki, bundan əvvəl İranın Azərbaycandakı Səfirliyindən Trend-ə bildirilmişdi ki, İran Prezidenti Məsud Pezeşkian aprel ayında Azərbaycana dövlət səfərinə gələcək. Səfər çərçivəsində Azərbaycan-İran biznes-forumunun keçiriləcəyi, bir sıra sənədlərin imzalanmasının nəzərdə tutulduğu qeyd edilmişdi.
Əlverişsiz hava şəraiti tək əhvalımıza yox, iş rejimimizə də təsir e
Polis tərəfindən "TikTok" əməliyyatlarında saxlanılan "Mag
Amerikalı milyarder İlon Maskın "Starlink" layihəsi mobil internet
Məşhur müğənni Hayko Çepkinin konsert zamanı etdiyi çıxışlar və siya
Ən sevilən ləzzətlərdən biri olan mürəbbənin əslində mədəyə və qa
Əməkdar artist, tanınmış aktyor Vahid Əliyev ağciyər çatışmazlığı
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin millət vəkili c
Azərbaycanda daşınmaz əmlak bazarında qiymət artımı son dövrlərdə xü
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti dah
Naxçıvan Muxtar Respublikasının kəndlərindən birinin mollası olan 1940-c
Ermənistanın baş naziri Nikol Paşinyanın ölkə Konstitusiyasından Müstə
Azərbaycanda bank kartları ilə bağlı yeni dələduzluq növləri qeydə al
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və 32 il sonra
